İftixarla "üç bucaq - bir hədəf"
kontekstində
milli-intellektual teatra
doğru teatro-kulturoloji
diskurs
Bu diskurs sübut edir ki, qeyri-səlis məntiq teatrda texniki üsul deyil, düşüncə
modeli kimi çıxış edir.
Milli-intellektual teatr məhz bu açıq,
dəyişkən və
çoxmənalı idrak
məkanında formalaşa
bilər.
Teatroloq: Nərminə Ağayeva,
kulturoloq: Yeganə Əliyeva, avanqard rejissor: Elvin Mirzəyev
I müstəvi
N.A.: -
XXI əsrin teatr rejissoru metodlar arasında dolaşan deyil, metodlardan sonrakı mərhələdə
məna, enerji və yaddaş sistemləri quran şəxsdir?
- Öncə qeyd etməliyəm ki, bu diskursun "üç bucaq - bir hədəf"
konseptində formalaşması
mənim üçün
yalnız peşəkar
deyil, həm də mənəvi baxımdan dəyərli bir hadisədir. Üç sənət fədaisinin önündə
zehni-zehnə dayanmaq, qarşılıqlı düşünmək
və bu dialoqdan doğacaq intellektual sinerjini əvvəlcədən hiss etmək
yaradıcılıq ruhumu
yüksəldir. Hər
üç sənətkara
dərin təşəkkürümü
bildirirəm. Xüsusilə,
hörmətli teatroloq-alim
Nərminə Ağayeva
ilə əvvəlki dialoqumuzdan aldığım
estetik və intellektual zövq bu inamı daha
da möhkəmləndirir.
Bu nöqtədə əsas tezis budur ki, XXI əsr teatr rejissoru üçün metodlararası dolaşma yaradıcılıq prosesinin
başlanğıc mərhələsidir.
Lakin bu mərhələ
ilə kifayətlənmək
artıq mümkün
deyil. Çağdaş
teatr idrakı rejissordan metoddan sonrakı mərhələyə
- məna, enerji və yaddaş sistemləri qurmaq səviyyəsinə keçidi
tələb edir.
İntuisiya resurslarının fəal
səfərbərliyi intellektual
düşüncənin dərinləşməsinə
xidmət edir. Bu isə teatr təcrübəsinin çoxşaxəli,
elastik improvizə prinsipləri üzərində
inkişafını təmin
edir. Mütaliə və müşahidələr
vasitəsilə genişlənən
zehni potensial, təcrübi eksperimentlərin
çoxprinsipli iş
modelləri ilə birləşərək polifonik
strukturlar yaradır. Klassik ənənə burada inkar edilmir,
əksinə, onun genetik yaddaşı üzərində yeni məna
və enerji sistemləri formalaşdırılır.
Beləliklə, teatr rejissoru artıq təkcə tamaşa quran yox, idrak
rejimi yaradan fiqura çevrilir.
Y.Ə.:
- Müasir həyatın
qeyri-sabit və qeyri-müəyyən dövründə
"Qeyri-səlis teatrı"
tamaşaçıya hansı
əsas mesajı ünvanlayır?
- Bu sual kulturoloji baxımdan son dərəcə
yerindədir. Müasir
dövr insanı müharibələr, ekoloji
böhranlar, texnogen risklər, rəqəmsal mühit və dəyərlər sisteminin
fragmentasiyası fonunda
qeyri-sabit idrak vəziyyətində yaşayır.
Tarixi təcrübə
göstərir ki, belə
dövrlərdə sənət,
xüsusilə teatr,
yeni düşüncə yollarının
kəşfində həlledici
rol oynayır.
Burada bir məqamı dəqiqləşdirmək vacibdir:
Qeyri-səlis teatrı nə
janrdır, nə üslubdur, nə də alternativ məktəb; o, teatrın
düşünmə rejiminin
dəyişməsidir.
"Qeyri-səlis teatrı"
tamaşaçıya hazır
ideoloji qənaətlər
təqdim etmir. Onun əsas məqsədi şüuru
aktivləşdirmək, idrak
prosesini dərinləşdirməkdir.
Qeyri-müəyyənlik burada
xaos kimi yox, yaradıcı potensial daşıyan idrak sahəsi kimi təqdim olunur. Tamaşaçı
passiv müşahidəçi
mövqeyindən çıxarılaraq
mənaların formalaşdığı
prosesin iştirakçısına
çevrilir. Teatr bu modeldə estetik obyekt olmaqdan çox, müasir insanın öz mövcudluğunu dərk etdiyi intellektual platforma rolunu oynayır.
E.M.: - Qeyri-səlis məntiqin bir sistem olaraq
klassik-ənənəvi məktəbdən
aktyorun rol üzərində işi baxımından əsas fərqləri hansılardır?
- "Qeyri-səlis teatrı"
metodologiyası aktyor sənətində köklü
bir idrak dəyişikliyidir. Bu sistem
aktyoru psixoloji sabitlikdən azad edərək, onu insan varlığının
dəyişkən və
izaholunmaz təbiətinə
yaxınlaşdırır.
Klassik məktəbdə aktyor obrazı anlamağa çalışır, qeyri-səlis
sistemdə isə anlamanı təxirə salır və səhnədə qeyri-müəyyənliyi
qoruyur. Obraz tamamlanmış psixoloji vahid deyil, davam
edən daxili proses kimi qəbul edilir. Rol "kimdir?" sualına cavab vermir, "kim ola bilməz?" sualını açıq
saxlayır.
"Qeyri-səlis teatrı"nda
emosiyalar nümayiş
obyekti deyil, formalaşmaqda olan vəziyyət kimi dəyərləndirilir. Aktyor
emosiyanı oynamır,
onun yarandığı
qeyri-sabit zonada mövcud olur. Burada tərəddüd zəiflik deyil, səhnə həqiqətinin
əsas enerji mənbəyidir. Qərarsızlıq
psixoloji qüsur yox, insan davranışının
real modelidir.
Bu sistemdə rejissor izah edən fiqur deyil, qeyri-müəyyənlik
üçün şərait
yaradan moderatordur. Aktyor-rejissor münasibəti
iyerarxik idarəetmədən
çıxaraq tandeial
tədqiqat münasibətinə
çevrilir. Səhnə
hazır məna istehsal edən məkan yox, məna ehtimallarının
açıq sahəsi
olur. Tamaşaçı
isə anlama mövqeyindən çıxarılaraq
təcrübə iştirakçısına
çevrilir.
N.A.: -
XXI əsrdə "teatr
sistemi" anlayışı
klassik ənənənin
məna çalarlarını
qoruyur, yoxsa artıq hibrid və açıq metodologiyalarla əvəz olunub?
- "Teatr sistemi"nin klassik mənası itmir. Əksinə, XXI əsr teatrında bütün novator modellər klassik ənənənin genetik yaddaşına söykənir.
Açıq və hibrid sistemlər klassikanı ləğv etmir, onu yeni modullar və düşüncə mexanizmləri
ilə genişləndirir.
Y.Ə.:
- Fraqmental diqqət və "klip təfəkkürü" dövründə
"Qeyri-səlis teatrı"
tamaşaçının diqqətini
qoruya bilirmi?
- "Qeyri-səlis teatrı"
fraqmental şüura uyğunlaşmır, əksinə,
ritm, improvizə və çoxqatlı performans vasitəsilə fraqmentləri mənaya çevirir.
E.M.: - Şekspir dramaturgiyasında
qeyri-səlis məntiqlə
səsləşən məqamlar
hansılardır?
- Şekspir dramaturgiyası klassik forma daxilində qurulmuş, lakin mahiyyət etibarilə qeyri-səlis məntiq üzərində işləyən
poetik sistemdir. Onun obrazları sabit psixoloji modellər deyil; ziddiyyətli impulsların
və dəyişkən
daxili vəziyyətlərin
daşıyıcılarıdır. Hamletin tərəddüdü,
Brutun ikili mövqeyi, Maqbetin daxili parçalanması qeyri-səlis məntiqdə
qərarsızlığın funksional dəyərinə
uyğun gəlir.
Şekspirdə monoloq nəticəyə
aparan aydınlaşma
yox, düşüncənin
dağılması və
öz-özünü təkzibi
aktıdır. Konfliktlər
çox vaxt həll olunmur, sadəcə başqa formaya keçir. Tamaşaçıdan tələb
olunan əsas keyfiyyət anlamaq deyil, qeyri-müəyyənliyə
daxil olmaqdır.
N.A.: - Elçinin "Şekspir"
pyesində qeyri-səlis
məntiqin sinergetik adaptasiyası varmı?
- Elçinin "Şekspir"
pyesi qeyri-səlis məntiqin teatr sənətində sinergetik
adaptasiyasının parlaq
nümunəsidir. Burada
"Şekspir" konkret
tarixi şəxsiyyətdən
çox, mədəni
simvol və dəyişkən estetik kateqoriya kimi çıxış edir.
Müəllif mövqeyi
sabit deyil, mətn öz-özünü
şərh və inkar edən struktur qazanır.
Konflikt dramatik deyil, semantik xarakter daşıyır; həll
edilmir, şərh imkanlarını artırır.
İroniya üslubi vasitə yox, düşüncə mexanizmi
rolunu oynayır. Tamaşaçı hazır
oxunuş axtarmır, məna istehsalının iştirakçısına çevrilir.
Forma klassik çərçivəni
xatırladır, məzmun
bu çərçivəni
sarsıdır, düşüncə
mexanizmi isə qeyri-səlis məntiq üzrə işləyir.
Bu sinerji "1+1=3" effekti
yaradır.
İftixar Piriyev
Ədəbiyyat
qəzeti.- 2026.- 23 yanvar, №3.- S.18.