Taleyimin günəşi
Ay görünməz, gördüm
səni - hər yerdəsən...
Mən görünən hardayam, bəs?
Tapılmıram...
Kündələnib öz ömrümün, köz ömrümün
təndirinə yapılmıram.
İtməmişəm,
Bitməmişəm.
Düşüncəmdə külçə-külçə
fikirləri əritmişəm,
Şah damardan alıb qanı,
şax misranın damarına yeritmişəm.
Düşüncənin quş qonmayan zirvəsini
Dağdan
ağır söz etmişəm.
Nə etmişəm, düz etmişəm...
Çiy
qalmaram, küləklənib
körük sinəm,
Mən ürəyi köz etmişəm.
Söz üstündə qərar
tutub
şeir
adlı asimanın bənd-bərəsi.
Düzlük - hiyləm, əməlimdi,
Fikir mənim təməlimdi.
Dünya
cismim,
Dünyam
ruhum,
Dünya
- mənim göz yükümdü.
Mən sözdəyəm - söz
yükümdü.
Kök ataram məzarımda ağac kimi,
Göydən yerə endirilmiş
əlac kimi.
Ən vəfalı torpaq dosta söykəyərəm
kürəyimi,
Boşaldaram ürəyimi.
Yağış kəsər, külək
bitər,
Zaman gələr, qəbrim üstdən
ürək bitər.
Dən düşəndə dan yerinə,
Dönər ruhum can yerinə.
Öpər bahar mənim könül gülzarımdan,
Bu dünyaya günəş
doğar məzarımdan.
Taleh MANSUR
Ədəbiyyat qəzeti.- 2026.- 30
yanvar, №4.- S.4.