Bir az da gözlə
məni
Mən yuvası boş qalan
Bir qaranquş balası.
Bilirsən ki, mənimlə
Bitməz
qışın davası.
Baharı
gözləyirəm,
Gəlib
çatacam sənə.
Aramızda bir qış
var...
Uzaq deyilsən mənə,
Bir az da gözlə məni.
Bilirəm, orda yazdır,
Ləçəklənib ağaclar.
Təzələnib təbiət,
Çiçəklənib yamaclar.
Qızılgüllər açmamış,
Gərək ki çatam sənə.
Görürsən ki, ay ömrüm,
Uzaq deyilsən mənə,
Bir az da gözlə məni.
Bu qədər çırpınmağı
Edərəmmi heç hədər?
İllər ilə döyüşüb,
Dönəcəyəm birtəhər.
Körpə qanadlarımı
Yelkən
edəcəm qəmə.
Qanadlarım var ikən,
Uzaq deyilsən mənə.
Bir az da gözlə məni!
Mən zülmət kəlamıyam
Mən bir dəli küləyəm,
Fırtınadan yarandım.
Dənizlərlə döyüşdüm,
Dalğalarla sınandım.
Min payızın içindən
Keçib bahara çatdım.
Dirənib ümidlərə,
Arzuları yaşatdım.
Nağıla dönən ömrə
Noğul
qata bilmədim.
Rəngli
xəyallarıma
Yenə
çata bilmədim.
Dərə aşıb, düz
keçdim,
Yollarda yorulmadım.
Möhkəm çıxdım poladdan,
Əyilib,
qırılmadım.
Günəşə salam verib,
Ulduzlarla
görüşdüm.
Oda, alova dönüb,
Şimşəklərlə döyüşdüm.
Nə illər yordu məni,
Nə aylara qarğadım.
Nə qəmə boyun əydim,
Nə kədərə ağladım.
Zülmətə işıq saçan
Sabahın salamıyam.
Zülmətdən qorxum yoxdur,
Mən zülmət kəlamıyam.
Mənə yüksəkdən baxma...
Mənə yüksəkdən baxma!
En, yanıma gəl hərdən.
Təkliyin rəsmin çəkən
İkicəcik rəssam var,
Biri sənsən, biri mən.
Mənə yüksəkdən
baxma!
Səni
görə bilməkçün,
Mən də azıram orda,
Bədənim yerdə qalır,
Ruhumsa buludlarda.
Mənə yüksəkdən baxma!
Səni
yaxşı görmürəm.
Gözlərim bulanıqdı,
Düş, otur ürəyimdə,
Qəlbim
sənə qayıqdı.
Mənə yüksəkdən baxma!
Gəl,
toxun saçlarıma.
Titrət
könül varımı,
Sənə etiqad edim,
Silim yazdıqlarımı.
Mənə yüksəkdən baxma!
Görüm ki, yanımdasan.
Gəlib
çatıb gümanım,
Bu günə xoşbəxt olub,
Keçən dünəni danım.
Mənə yüksəkdən baxma!
Axı kimlər biləcək,
Guya ki, məndə olsan?
Dünyamı dağılacaq,
Bircə
gün bəndə olsan?!.
Hansı ürəkdə azmısan...
Hansı
ürəkdə azmısan,
Yol tapıb çıxa bilmirsən?
Bu tilsim necə tilsim ki,
Güc gəlib yıxa bilmirsən?
Bəlkə tor qurub hörümçək
Sənin
qismət pətəyinə.
Tanrı
bilib yapışmısan
Bir iblisin ətəyinə.
O səadət nədir, məgər,
Bəxtimə yaza bilmirsən?
Nəs gördüyüm bir yuxunu
İllərdir yoza bilmirsən...
Görmürsənmi xəyallarım
Yoluna düzülüb gəlir?
Göz yaşlarım muncuq kimi
Gözümdən süzülüb gəlir?!
Mənim
pərvanə ürəyim
Dərdi
hardan qanır axı?!
Harda eşitsəm adını
Od-alovsuz yanır, axı.
Onsuz özün də bilirsən,
Ruhum sənə alaçıqdır.
Nə vaxt dönsən mənə sarı,
Qapım
üzünə açıqdır.
Sahibə YUSİF
Ədəbiyyat
qəzeti.- 2026.- 30 yanvar, №4.- S.15.