Berdyayev. Azadlıq fəlsəfəsinin mübəlliği

 

Berdyayev Nikolay Aleksandroviç (18 mart 1874 - 24 mart 1948) - rus ilahiyyatçı filosofu, rus ekzistensializmi personalizminin nümayəndəsi. Berdyayevin atası Aleksandr Mixayloviç general M.N.Berdyayevin oğlu idi. Berdyayevlər tatar knyazı Baxmetlərin şəcərəsinə aiddir. Berdyayevin ana tərəfdən əcdadları da məşhur tatarlar olmuş, Moskva knyazlarına xidmət etmək üçün Rusiyaya gəlmişdilər.    

Fevral inqilabını Berdyayev ruh yüksəkliyi ilə qarşılamışdır. Lakin Oktyabr inqilabına bolşeviklərə çox mənfi münasibət bəsləmişdir. 1919-1922-ci illərdə Berdyayev "Azad Ruhani Mədəniyyət Akademiyası"nı yaratmış onun üç il fəaliyyət göstərməsini təmin etmişdir.

Dili qələmi "dinc durmayan" Berdyayev 1920-1922-ci illərdə iki dəfə həbs edildi. Berdyayev xatirələrində bu həbsi zamanı şəxsən Feliks Dzerjinski Vyaçeslav Menjinski tərəfindən dindirildiyini qeyd edirdi. 29 sentyabr 1922-ci il tarixdə ölkəni tərk edən Berdyayev bir müddət Berlində yaşadı. Burada o, bir sıra alman filosofları ilə yaxından tanış oldu, burada 1922-ci ildə Dini-Fəlsəfi Akademiyanı yaratdı rəhbərlik etdi.

Nikolay Berdyayev fəlsəfi fəaliyyətə marksist kimi başlasa da, sonra tədricən ekzistensializm fəlsəfəsinə meyil göstərməyə başladı.

Berdyayev göstərir ki, "həyatın mənasını həyatın qüvvəsi kimi anlamaq" yanaşması estetik dünyagörüşü şəklini alır. Bu mövqe Nitsşenin fikirlərində parlaq şəkildə ifadə olunub. Nitsşenin nəzərində dünya mənəvi deyil, estetik fenomen kimi özünü doğruldur. Dünya estetik mənaya malikdir bu, həyatın instinktlərinin qüvvəsi ilə təmin olunur.

Həyatın mahiyyəti bir neçə əsas elementi əhatə edir: özünüreallaşdırma, maariflənmə özünütəsdiq: insanın özünü anlamağa, maariflənməyə potensialını tam açmağa gedən yolu.

Berdyayev "İnsanın missiyası" kitabında yazır: "Mədəniyyət insanın Tanrıya qayıdış yoludur".

Berdyayevin ekzistensial düşüncəsinin əsas problemi - insan varlığının onunla bağlı ümumi mövcudluğun mənasıdır. Berdyayevin fəlsəfəsində insan baxışının zəruriliyi vurğulanır burada həqiqət mövcuddur.

Berdyayevə görə, yaradıcılıq - Allahın insandan gözlədiyi şeydir: dünyanı yaratmış Yaradan, insana yaradıcılıqla yaradıcı fəaliyyətlə, itaətkarlıq təvazökarlıqla deyil, mütləq xilas olmaq yaradıcılıqda iştirak etmək imkanı verib.

Berdyayev rus dini fikrinin əsas ideyası kimi, Allah-insanlıq ideyasını, tandemini görürdü, lakin onun üçün başlanğıc nöqtəsi şəxsiyyət ideyası idi, yəni "cisimləşmiş ilahi ruh"dur.

Berdyayev tez-tez özünü "azadlıq filosofu" adlandırırdı. O, azadlığı əsas ontoloji reallıq kimi anlayırdı. Yəni insan real dünyadan, "gerçəkliklər dünyasından" azadlığa çıxmaq üçün çalışmalıdır.

...Filosofun şəxsiyyətlə bağlı fikirləri maraqlıdır. Onun fikrincə, şəxsiyyət empirik fərd deyil, obyektivləşməyə tabe olmayan, yaradıcı azad insandır. Cəmiyyət isə şəxsiyyətin bir hissəsidir. Şəxsiyyətin başqaları ilə ünsiyyəti onlarla birliyi onun daxili dünyasının ayrılmaz hissəsidir, lakin Berdyayev şəxsiyyəti arxa plana çəkən ona şəxssiz-universal kollektivin strukturlarını calayan məcburi sosiallaşmanın əleyhinədir. Berdyayevə görə, şəxsiyyətin azadlıq ləyaqəti dövlətdən üstündür.

Haşiyə. Qeyd etdiyim kimi, Nikolay Berdyayevin "Rus kommunizminin mənbəyi mənası"adlı əsəri elmi mühitdə daha məşhurdur. Bu əsərin sovetlər dönəmində nəşri uzun müddət qadağan edilmişdi. Həmin əsər yalnız totalitar sistemin dağıldığı ərəfədə kitab dükanlarında görünməyə başladı. Mən həmin kitabı ötən əsrdə - 90-ların əvvəlində əldə etdim. Bir dəfə söhbət əsnasında o zaman "Xəzər" jurnalının baş redaktoru olan hörmətli şairimiz Vaqif Cəbrayılzadə həmin əsəri tərcümə etməyimi təklif etdi. Mən tezliklə əsəri dilimizə çevirib redaksiyaya təqdim etdim. "Rus kommunizminin mənbəyi mənası"nın böyük bir parçası tezliklə, səhv etmirəmsə, 90-cı il saylarından birində nəşr edildi. Dediyim kimi, jurnalda əsərin bir parçası oxuculara təqdim edilmişdi. Sonralar bir sıra nəşrlərdə Berdyayevin məşhur əsərinin digər hissələri dərc olundu... Maraqlı burasıdır ki, aradan təxminən, iyirmi beş il keçəndən sonra yaxın dostum, mərhum professor Babək Qurbanov günlərin bir günü Türkiyədə türkcə nəşr etdirdiyi "Rus kommunizminin qaynağı mənası" kitabını mənə təqdim etdi. Kitab yüksək səviyyədə tərcümə edilmiş, elə yüksək poliqrafik biçimdə nəşr olunmuşdu. Təbii ki, Babək müəllim vaxtilə mənim etdiyim tərcümədən bixəbər idi. Mən mərhum dostumun kitabı haqqında müxtəsər bir rəy yazdım.

Filosof deyirdi ki, həqiqət azadlıqda azadlıq vasitəsilə dərk edilir.

Berdyayevə görə, Allah azadlıq deməkdir O, azadlıq verir. Tanrı hökmdar deyil, xilas edəndir - dünyanın köləliyindən qurtuluş bəxş edir. Allah zərurət vasitəsilə deyil, azadlıq vasitəsilə hərəkət edir azadlıq naminə fəaliyyət göstərir. O, özünü qəbul etməyi məcbur etmir. Habelə, "azadlığın ən böyük düşməni - tox məmnun kölədir". Bu fikir Berdyayevə aiddir.

Berdyayev belə hesab edirdi ki, ateizm - Tanrıya olan kölə münasibətimiz üçün bizə verilən cəza, dialektik materializm - bir-birinə uyğun gəlməyən şeylərin absurd şəkildə birləşdirilməsi, marksizm-leninizm isə daim dialektikadan vulqar materializmə, nəticədə isə nifrət etdiyi mexanizmə yuvarlanan bir baxışdır.

...Berdyayev insanlar arasında onları bir-birinə bağlayan tellərin vacibliyini qeyd edirdi. Bu, məhəbbət, ehtiram, hörmət hissləridir. O, deyirdi ki, məhəbbət - başqasını Allahda görməkdir. Məhəbbət öz təbiəti etibarilə faciəvidir, çünki onun ehtirası empirik olaraq doyumsuzdur. O, insanı həmişə mövcud dünyadan çıxarır, sonsuzluğun sərhədinə aparır digər dünyaların mövcudluğunu üzə çıxarır. Vəzifə, qanun, cəmiyyətin fikirləri normaları naminə məhəbbətdən, məhəbbət hüququndan azadlığından imtina etmək olmaz, amma mərhəmət azadlıq naminə imtina etmək olar. Məhəbbət ruhun canın birləşməsindən doğulur. Məhəbbət - həyatın universal enerjisi kimi, pis ehtirasları yaradıcılıq ehtiraslarına çevirə bilən bir qabiliyyətə malikdir. Sevgi həmişə qanunsuzdur. Qanuni sevgi ölü sevgidir. Qanunilik yalnız adi hallar üçün mövcuddur, sevgi isə adilikdən kənardır. Sevgi həyatın şəxsi-intim sahəsidir cəmiyyət bu sahəyə müdaxilə etməməlidir. Məhəbbətimiz həmişə nifrətimizdən güclü olmalıdır.

Berdyayevin bir çox hadisə proseslər haqqında dediyi fikirlər bəzən aforizm kimi səslənir. O, yazırdı:

"Fanatizm - həqiqətin tamlığını dərk etməkdəki acizlikdən doğan bir növ ağılsızlıqdır.

Fəlsəfə - həqiqətə olan məhəbbət məktəbidir.

Xristianın həyatı - özünü çarmıxa çəkməkdir.

Yaradıcılığın sirri - azadlıq sirridir.

Dövlətin mövcudluğu yer üzündəki həyatı cənnətə çevirmək üçün deyil, onu tamamilə cəhənnəmə çevirməkdən qorumaq üçündür..."

Berdyayevin insan həyatı ilə bağlı düşüncələri maraq kəsb edir. O, deyirdi:

"Həyat zəifliyində deyil, gücündə, gərginliyində hədsizliyində ölümə sıx bağlıdır... Məhəbbəti hədsiz gücü faciəsiylə qəbul edən insan ölümü qəbul edir...

Yaxın bir insanın xəstəliyi ölümü təhlükəsi ilə bağlı narahatlıq qorxu yaşamaq olar. Amma ölüm anı gəldikdə, artıq narahatlıq adi qorxu yox olur, bunun yerini ölümün sirri qarşısında mistik qorxu ölümün olmadığı bir dünyaya həsrət tutur...

Ruhun ölməzliyi məsələsi tamamilə köhnəlmiş metafizikaya aiddir. Ölüm həyatın ən dərin ən əhəmiyyətli faktıdır... Yalnız ölüm faktı həyatın mənası haqqında sualı dərinliklərdə ortaya qoyur. ...Ölüm - ən son qorxu ... əbədiyyətə yeganə çıxış yoludur. Bənzərsiz həyat əbədiyyət yalnız ölüm vasitəsilə əldə edilə bilər. İnsan ümidlərinin sonu ölümə bağlıdır, çünki ölüm bu dünyadakı pisliyin hökmünü açıq şəkildə göstərir.        

Ölümün mənası ondadır ki, zamandan kənarda əbədiyyət mümkün deyil, zamanın sonu olmayan şey mənasızdır..."

Berdyayev rus vətənpərvəri idi. O, bəzən ifratçılığa da varır, "rus ruhu"nu idealizə edirdi. O, hesab edirdi ki, rus torpağının rus ruhunun genişliyi, sərhədsizliyi sonsuzluğu arasında, yəni fiziki coğrafiya ilə mənəvi coğrafiya arasında bir uyğunluq var.

nəhayət. Azadlıq mübəlliği Berdyayevin onillər öncə dediyi bir fikir onun bütün fikirlərinə bu gün epiqraf kimi qəbul edilə bilər. Filosofun ruhuna ehtiram hissi ilə yazını həmin fikirlə bitirirəm: "Azad vicdan ən böyük mənəvi nemət mənəvi həyatın mümkünlüyünün ən əsas şərtidir".

 

Firuz MUSTAFA

 

Ədəbiyyat qəzeti.- 2026.- 30 yanvar, ¹4.- S.22.