Akademik ədəbiyyatşünaslığın

görkəmli siması

 

Professor Məmməd Qocayevin 85 illik yubileyinə

 

O, dahi yazıçı Fyodor Dostoyevski ədəbi irsindən keçib, onun oxucusu olub, daim mütaliə edib, mütaliə edə-edə tədqiqatçısına çevrilib, tərcümələr edib, bir sözlə, onu dərk edib, heç kimin bacara bilmədiyi bir işi görüb; hər tədqiqatçının Dostoyevskidən baş açmadığını, baş açmadığı üçün onun tədqiqatçısı ola bilmədiyini nəzərə almış olsaq, onda onun Azərbaycan ədəbi mühiti, ədəbiyyatşünaslıq elmi üçün qədər əhəmiyyətli, lazımlı gərəkli bir ağır işin altına girdiyini, böyük bir milli missiyanı şərəflə həyata keçirdiyini görmək mümkündür. Dünya bədii düçüncəsinin zirvələrindən biri (!) Dostoyevski irsi milli ədəbiyyatşünaslıq elmimiz üçün bir sınaqdır. Çünki Dostoyevski ədəbi mətnləri son dərəcə çətin təhlil olunan mətnlərdir; riyazi dəqiqliyə, dəmir məntiqə, hərtərəfli elmi, nəzəri, fəlsəfi analitik təfəkkürə əsaslanır. Bu imtahandan keçənlər ədəbiyyatşünaslığın bütün sahələrində eyni dərəcədə elmi, nəzəri tədqiqat əsərləri qoya bilirlər necə ki, onun şəxsində artıq ədəbiyyatşünaslığımızda bu baş vermişdir. Bədii düşüncədəki Dostoyevski zirvəsini eynən milli ədəbiyyatşünaslığa gətirmək axıra qədər elmi yaradıcılığında buna sadiq qalmaq onun həyat kredosuna, yaradıcılıq amalına çevrilib. Azərbaycanın ilk son dostoyevskişünası bunu özü, şəxsi karyerası üçün etməmiş, Azərbaycan mədəniyyətinin inkişafı üçün etmişdir. Dünya Dostoyevskişünasları içərisində onun tutduğu yer (bu da həm həcminə, həm bədii mətnlərin elmi-nəzəri təhlilinə görə öndə gəlir!) Azərbaycan mədəniyyətinin tutduğu yerdir. Bu, həm Azərbaycan ədəbiyyatşünaslığının dünyaya çıxması deməkdir. Akademik ədəbiyyatşünaslıq yollarında onun araşdırmaları yalnız Dostoyevski ilə məhdudlaşmamış, Azərbaycan ədəbiyyatının ayrı-ayrı şəxsiyyətləri problemlərilə bağlı konseptual tədqiqatlar yazmışdır. Onun araşdırmaları Azərbaycan ədəbiyyatşünaslığının nüfuzunu qaldırır, ləyaqətini təmsil edir, ahəngini nizamlayır, milli humanitariyamızın, vicdanın səsinə çevrilir. O, geriyə baxmadan, gördükləri işin müqabilində heç kimdən heç gözləmədən yazıb yaradır...

Portretini yaratmağa çalışdığımız 85 yaşlı ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Məmməd Qocayevi, cüzi dəyişikliklərlə hamı belə tanıyır; buraya, hələ bəlkə çoxlu əlavələr etmək, epitetlərin sayını artırmaq olar (bu, lap yerinə düşər, lakin təbiət etibarilə son dərəcə təvazökar olan professor bunları sevmir!), ancaq oradan hansısa bir fikri çıxarmaq onun obrazına xələl gətirmiş olar, uzun illərin zəhməti, alın təri ilə qazandığı halal haqqını danmağa gətirib çıxarar. Bu, Məmməd Qocayevin obrazıdır, hamı tərəfindən tanınan, heç kimdə etiraz doğurmayan, eyni dərəcədə qəbul edilən illər uzunu dəyişməyən sabit obrazı...

Mən onu qiyabi olaraq tələbələrinin - keçmiş APİ Axundov - bugünkü Bakı Slavyan Universitetini bitirən iki qardaşımın "yaxşı müəllimdir", "gözəl mühazirə deyir", "insan adamdır", "savadlıdır" kimi fikirlərindən tanımış, 80-ci illərdə ədəbi, elmi məcmuələrdə məqalələrini oxumuşam. "Nizaminin insan fəlsəfəsi" monoqrafiyasında dövrün ədəbiyyatşünaslığı üçün yeni olan elmi üslub yanaşma görmüşəm. Mövcud ədəbiyyatşünaslıq Nizami irsinin obraz xarakterlərindən, əsərlərindəki konfliktlərdən yazarkən, M.Qocayev dahi şairin insan fəlsəfəsinə müraciət edir, onun fəlsəfəsinin, yaşarılığının sirlərini açır. Nizami irsində ədəbi-fəlsəfi fikrə böyük maraq onu araşdırmaya cəlb etmək Məmməd Qocayevin adı ilə bağlıdır. Nizaminin ədəbi-fəlsəfi görüşlərini, estetikasını, insan konsepsiyasını açan bu monoqrafiya Nizamişünaslıqda yeni bir mərhələnin istiqamətin əsasını qoydu. Yaradıcılıq qaynağını, mənbəyini iki dahi sənətkardan - Nizami Gəncəvi Fyodor Dostoyevskidən alması onun mənəvi çeşməsinin elmiliyini, sabitliyini, nəzəriliyini, obyektivliyini, təfəkkür yeniliyini s. xüsusiyyətlərini özündə ehtiva etmişdir.

Məmməd Qocayevin yaradıcılığının böyük bir hissəsi dahi yazıçı F.Dostoyevskinin ədəbi, bədii irsi ilə bağlıdır. Zamanında elmi mühitdə çox böyük əks-səda doğuran "F.M.Dostoyevski yaradıcılığında xarakter konsepsiyası" adlı doktorluq dissertasiyası (1990), "F.Dostoyevskinin xarakter ideyaları" (rus dilində) monoqrafiyası ilə milli ədəbiyyatşünaslıqda dostoyevskişünaslığın əsasını qoydu. "Ədəbiyyatda obrazlar xarakterlər" (rus dilində) məqalələr toplusu da onun bu sahədəki araşdırmalarını daha da zənginləşdirir. Bundan sonra da Dostoyevski əsərləri görkəmli alimin yaradıcılığının həmişəlik qaynağını təşkil edir. Onun bu sahədə gördüyü işlərin miqyasını təsəvvür etmək çətin olsa da, deməliyik ki, milli ədəbiyyatşünaslığımızda tərcümə etdiyi M.Baxtinin "Dostoyevski poetikasının problemləri", Lev Anninskinin "Cevizin içi" monoqrafiyaları nəzəri ədəbiyyatşünaslığımızı zənginləşdirən faktlardandır.

Artıq yüz əlli ildən çoxdur ki, dünyada təhlilçilər, cəmiyyətşünaslar, filosof ədəbiyyatşünaslar Dostoyevski əsərlərindəki obrazların, konfliktlərin kodları üzərində çalışır. Dünyanın müxtəlif dillərinə tərcümə olunan Dostoyevski əsərlərindən qidalananlar, necə deyərlər, həm onun çörəyini yeyirlər. Dostoyevskişünaslıq bir neçə mərhələdən keçib. Azərbaycan ədəbiyyatşünaslığında isə Dostoyevskişünaslıq Məmməd Qocayevin araşdırmaları ilə özünün yeni mərhələsinə daxil olub. Onun araşdırmaları Dostoyevski fikirlərini oxumaqda, gizlin kodlarını açmaqda dünya Dostoyevskişünaslığına böyük qatqılar verib. Bu mənada, Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" (2012) monoqrafiyası strukturu, yanaşma tərzi, fəlsəfi vüsəti ilə yeni bir istiqamətdir. Məmməd Qocayev burada ənənəvi araşdırma metodundan imtina edərək, yeni yanaşma sərgiləyir, yəni monoqrafiyada Dostoyevski yaradıcılığına bir tədqiqatçı kimi deyil, cəmiyyətşünas, filosof kimi yanaşır, əsərlərini fikirlərini yeni aspektdə təhlilə cəlb edir. Burada ədəbiyyat göstəriciləri, mənbələrlə istinadların yer almaması da tədqiqatın xarakterindən irəli gəlir. Ömrünü Dostoyevski yaradıcılığına həsr edən ədəbiyyatşünasın yekunda bu cür əsər yazması gözlənilən olduğu kimi, mənalı həyatının, yaradıcılığının da məntiqi nəticəsidir. Elə müəllifin son cümləsi fikrimizi təsdiq edir: "Mən bu kitabı Dostoyevski haqqında tədqiqat əsəri kimi təqdim etmək fikrindən uzağam. Bu, sadəcə olaraq Dostoyevski ilə bağlı düşüncələrimin ifadəsi hesab edilə bilər". Tədqiqatçı bununla, bəlkə bədii düşüncənin sərhədsizliyilə tanınan Dostoyevski yaradıcılığını mövcud ədəbiyyatşünaslığın məhdud, dar anlayışları çərçivəsində anlatmanın mümkünsüzlüyünə işarə edir.

"Dostoyevski ətrafında düşüncələr" həm janr, struktur baxımından fəlsəfi traktatdır. Müəllif burada Dostoyevski əsərlərinin obraz xarakterlərindən daha çox, onların daşıdığı həyat fəlsəfəsini, yazıçının özünün həyatını, kədərini, sevincini, düşüncələrini araşdırır. Kitabda ədəbiyyatşünaslıq problemlərini fəlsəfi araşdırmalar əvəz etmişdir. "Cənnət gözəllik fədaisi", "Dostoyevskini sevmək olarmı?", "Yoxsul insanlar" ya məhəbbətin iflası qələbəsi", "Cənab Proxarçin sosial dəyərin mənəvi dəyəri üstələməsi", "Mənəviyyatın sosial başlanğıc üzərində qələbəsi", "Cinayət onun cəzası", "Gözəllik dünyanı xilas edəcək", "Eybəcərlik dünyanı məhv edəcək", "Həyati məsələlərin insani həlli İvan Karamazovu nəyə gətirib çıxardı" s. fəsillərdə bir filosof kimi çıxış edərək, Dostoyevski fəlsəfəsinin kodlarını açmağa çalışır. Ömrü boyu üzü gülməyən, amma son anda, ölümü zamanı çəkilən fotoda dodaqlarında ilişib qalan xəfif bir təbəssümün nədənlərini axtarır: "Dostoyevski daim insanın yer üzündəki cəhənnəmə bənzər həyatını, əzab-əziyyətini təsvir etməklə yanaşı, daim gözəllik cənnət haqqında düşünən, o əbədi səadətə inanan bir yazıçı idi. Dünyada Dostoyevski qədər zülməti duyan işığa can atan ikinci bir yazıçı göstərmək çətindir. O, zülmət içində işığa, cəhənnəm içində cənnətə sidq-ürəkdən inanan bir yazıçı idi. Dostoyevski gözəllik cənnət fədaisi idi. Cənnəti , gözəlliyi o, insanın ruhunda axtarıb tapırdı".

Məmməd Qocayev Dostoyevskinin dünyada məşhur olan "Gözəllik dünyanı xilas edəcək" sözlərindən yola çıxaraq, "İdiot" romanının məhz bu məsələyə - "yəni gözəlliyə, onun həyatdakı missiyasına, acı aqibətinə" həsr olunduğu fikrinə bizi eyni dərəcədə inandırır. Tədqiqatçı bunu izah edərkən romanla Dostoyevskinin düşüncələri arasındakı uyğunluğa istinad edir, yazıçının "gözəllik idealdır, ideal isə - bizimki, sivil Avropanınkı - hələ yaranmamışdır" fikrinə istinad edərək, belə bir doğru qənaətə gəlir: "Gözəlliyin bu dünyadakı faciəsi bitdi, amma onun gələcək qələbəsinə bir ümid inam da yarandı. qədər ki, dünyada insan deyilən bir məxluq vardır, bu ümid inam itməyəcəkdir. Bu da Dostoyevskinin pessimizm içindəki optimizmi, ümidsizlik içindəki inamıdır".

Məmməd Qocayevin ədəbiyyatşünaslıq tənqid sistemində obyektivliyi başlıca meyarlardandır; məsələnin qoyuluşunda ona yanaşmasında da akademizm, dərinlik dünya ədəbiyyatşünaslığı ilə səsləşmə səciyyəvidir. Onun dəyərləndirmələrində ümumdünya ədəbi-tarixi prosesinin vahid problemi, Qərb-Şərq əlaqələri kontekstində baş verir, dünya ədəbiyyatını dərindən bilməsi, problemə elmi-nəzəri cəhətdən yanaşması tədqiqatlarının əhəmiyyətini artırır. Onun tənqidi məqalələrində, tədqiqatlarında müraciət etdiyi şairləri, yazıçıları (Nizami, Dostoyevski, Sabir Azəri, Kamal Abdulla b.), bədii əsərləri yenidən dərk edirsən. Yazıçı Kamal Abdullanın son illərin ədəbi hadisəsi olan "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" romanları haqqında tənqidin ən yaxşı sözünü deyənlərdən biri Məmməd Qocayev oldu. Sonuncu "Unutmağa kimsə yox" romanı ilə bağlı yazdığı "Tarixi reallıq mif" məqaləsində onu yaradıcılıq təkamülündə "yeni mərhələ" adlandıran tənqidçi bütövlükdə yazıçının tarixə baxış konsepsiyasına münasibətini ifadə etdi: "K.Abdullanın özünün tarixə baxış konsepsiyası vardır. Bunu yazıçı ilk dəfə "Yarımçıq əlyazma"da nümayiş etdirdi".

Professor Məmməd Qocayevin ədəbiyyatşünas, tənqidçi keyfiyyəti üzərində düşünərkən bir məsələni xüsusi qeyd etmək lazımdır; o, son dərəcə məsuliyyətli özünə qarşı tələbkar bir elm fədaisidir. Hər mövzuda yazmadığı kimi, yazdığı fikrin məsuliyyətini dərk edir, axıra qədər onun arxasında dayanmağı bacarır, çünki onun dəyərləndirməsində mənafe şişirtmə yoxdur, fikirlərini zərrəbinlə ölçərək ifadə edir. "Resept"çilik səviyyəsində dəyərləndirmələr, "saxta nəzəriyyəçilik" onun araşdırmaları üçün yaddır. Məmməd Qocayevin nəzəri, praktik səviyyəsi istənilən problemə münasibət bildirməyə imkan versə , mövzu problematikasını tez-tez dəyişmir hər problem ətrafında araşdırma aparmır.

Məmməd Qocayevi tərcümə problemləri həmişə düşündürmüş, yaradıcılığında bədii elmi tərcümə sənəti problemlərinə geniş yer vermişdir. O, Dostoyevskinin "Yoxsul insanlar", "Yeniyetmə", "Şeytanlar" romanlarını, "Yazıçının gündəliyi" fəlsəfi-nəzəri qeydlərini bir sıra povest hekayələrini yüksək sənətkarlıqla tərcümə edib, "Karamazov qardaşları" romanının Azərbaycan dilinə tərcüməsinin (tərcüməçi Telman Vəlixanlıdır) redaktoru olub.

Professor Məmməd Qocayev əsasən rus ədəbiyyatı ilə bağlı araşdırmalar aparsa da, Azərbaycan ədəbiyyatına aid bir çox tədqiqat məqalələrin müəllifidir. Hər görüşümüzdə Azərbaycan ədəbiyyatının müxtəlif problemləri ilə bağlı (Azərbaycan renessansı, ədəbiyyat tarixinin dövrləşdirilməsi s.) maraqlı mülahizələr yürüdərək, bu problemlərin hələ öz həllini tapmamasıına diqqət çəkir.

Vətəndaşlıq hər hansı bir ədəbiyyatşünasın, tənqidçinin yazılarında çox nadir hallarda təzahür etməsinə rəğmən, Məmməd Qocayevin tədqiqatlarında Slavyan Universitetinin professoru kimi gündəlik işində həmişə boy verir. Bu, hər şeydən əvvəl, onun saf, təmiz şəxsiyyətindən, büllur kimi şəffaf təbiətindən irəli gəlir. Alimin azadlığı, vətəndaş "mən"i, ziyalı əxlaqı vicdanı, sahib olduğu mənəviyyatı, insanlığı şəxsiyyətini səciyyəvi edən cəhətlərdəndir.

Professor Məmməd Qocayevin akademik ədəbiyyatşünaslıq yollarında son dayanacaq ünvanı professordur, ancaq qəti əminliklə deyirəm ki, onun yaradıcılığı, şəxsiyyəti layiq olduğu akademik ünvanını almağa layiqdir, hətta deyərdim ki, haqqıdır.

Hörmətli Məmməd müəllimi, ədəbiyyatşünaslığımızın patriarxını, Dostoyevskişünas Nizamişünası yubileyi münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm...

 

Bədirxan ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2026.- 30 yanvar, №4.- S.18-19.