Xalq yazıçısı ElçininQatiləsəri Moskvada Türkiyə teatrının quruluşunda göstərilmişdir

 

OstankinotelestudiyasınınKorolyovkonsert salonunda tanınmış Azərbaycan yazıçısı dramaturqu, xalq yazıçısı ElçininQatilpyesi İstanbul Böyükşəhər Bələdiyyə Teatrının quruluşunda böyük müvəffəqiyyətlə oynanılmışdır. Tamaşanın quruluşçu rejissoru İstanbul Böyükşəhər Bələdiyyə Teatrında çalışan Azərbaycan aktrisası Məlahət Abbasovadır.

Tamaşanın Rusiya paytaxtında premyerası Dünya Azərbaycanlıları Konqresinin (DAK) Rusiya nümayəndəliyinin Moskvada Nəsibə Zeynalova adına Musiqili Estrada Teatrının birgə təşəbbüsü sayəsində mümkün olmuşdur.

İstanbul Böyükşəhər bələdiyyəsi başçısının müavini xanım Tulay Erunsal tamaşadan əvvəl çıxış edərək bələdiyyənin sədri Qədir Topbaşının Azərbaycan xalqına təbriklərini xoş arzularını yetirmişdir. O demişdir ki, Azərbaycanın xalq yazıçısı Elçinin əsərinin Moskva səhnəsində oynanılması Rusiya paytaxtındakı Azərbaycan türk ictimaiyyəti üçün əlamətdar hadisədir. Xanım Erunsal pyesin müəllifinə, DAK-ın Rusiyadakı nümayəndəliyinə Nəsibə Zeynalova adına Musiqili Estrada Teatrının rəhbərliyinə minnətdarlığını bildirmiş, DAK-ın Rf nümayəndəliyinin başçısı Mirəşrəf fətiyevə hədiyyə təqdim etmişdir.

DAK-ın Rusiya nümayəndəliyinin başçısı Mirəşrəf fətiyev, N.Zeynalova adına Musiqili Estrada Teatrının bədii direktoru Sərxan Kərimoğlu tamaşanın quruluşçu rejissoru Məlahət Abbasova salondakıları salamlayaraq vurğulamışlar ki, tamaşa Moskvadakı Azərbaycan türk ictimaiyyətinin həyatında əhəmiyyətli hadisəyə çevriləcək, qardaş xalqlarımızı mədəniyyətlərimizi daha da yaxınlaşdıracaqdır.

Salona toplaşanlar pyesin yüksək bədii məzmununu tamaşaçıya çatdıra bilmiş, əsl peşəkarlıq nümayiş etdirmiş, qəhrəmanların hiss həyəcanlarını məharətlə ifadə etmiş türkiyəli aktyorları sürəkli alqışlarla qarşılamışlar. Türk səhnə ustaları Elçin Əfəndiyevin əsərinin qayəsinidəhşətli yalanla qarşılaşmış məktəb müəlliminin faciəsini, onun arzularının puç olduğu cinayətin baş verdiyi kulminasiya anını tamaşaçıya məharətlə çatdıra bilmişlər.

Xalq yazıçısı ElçininQatiləsərinin tamaşası həm Türkiyədə, həm Azərbaycanda böyük uğur qazanmışdır. Türkiyə teatrı bu əsəri 2007-ci ildə Krımda keçirilən festivalda təqdim etmişdir.

 

Asya Hacızadə

 

Ədəbiyyat qəzeti.-2009.-3 aprel.-S.2.