Azərbaycan Yazıçılar Birliyinin Bəyanatı

 

Türkiyə hökumətinin Ermənistanla sərhədləri açacağı barədə xəbərlər son zamanlar gündəmdə geniş yer tutur. Bu xəbərlər Türkiyə və Azərbaycanın milli təəssübkeşlik mövqeyində dayanan digər ictimai qurumlar kimi, Azərbaycan Yazıçılar Birliyini də ciddi şəkildə narahat etməkdədir.

Azərbaycan Yazıçılar Birliyi olaraq, bəyan edirik ki, öz işğalçı mövqeyindən qondarmasoyqırımıiddiasından əl çəkməyən, zəbt etdiyi Azərbaycan torpaqlarını boşaltmaqdan boyun qaçıran Ermənistanla sərhədlərin açılmasına dair ən xırda ehtimal belə bizi dərindən qayğılandırır. Azərbaycan Yazıçılar Birliyi belə bir ehtimalın gerçəkləşməsini türk xalqının milli maraqlarına ümumən Türk dünyasının mənafeyinə kökündən zidd bir hal kimi dəyərləndirir.

Hesab edirik ki, on minlərlə türkün qanını axıtması ilə öyünən erməni rejiminə münasibətdə birtərəfli qaydada güzəştli davranış türk millətinin tarixi ənənələrinə mənəvi dəyərlərinə sayğısızlıq olar. Eyni zamanda, belə bir addımın atılmasıbir millət - iki dövlətprinsipi ilə ifadə olunan doğma münasibətlərə, ictimai təmaslara mənfi təsir göstərə bilər.

Biz - Azərbaycan yazıçıları hesab edirik ki, indiki şəraitdə Ermənistanla sərhədlərin açılması Türkiyə ilə tarixi qardaşlıq münasibətlərimizə ciddi zərbə vura bilər.

Bütün bunları nəzərə alaraq, Türkiyə hökumətinin daha həssas diqqətli davranacağına, sonda Türk dünyasının ümumi mənafeyinə maraqlarına uyğun addım atacağına ümidvar olduğumuzu bəyan edirik.

 

 

Ədəbiyyat qəzeti.-2009.-10 aprel.-S.1.