Maraqlı layihə

 

Aprelin 16-da Yazıçılar Birliyinin “Bayatı” kitab mağazasında Səlim Babullaoğlunun “İlyas Göçmənin şəkil dəftəri” şeirlər kitabının imza və satış günü keçirildi. AYB-nin gənclər üzrə katibi Rəşad Məcid mərasimi açaraq S.Babullaoğlunun yaradıcılığı yenicə nəşr olunmuş kitabı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdü, müəllifi təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı.

Tədbirə qatılan şair Oqtay Rza, millət vəkili Asim Mollazadə, yazıçı Məqsəd Nur başqaları, eləcə Səlim Babullaoğlu Azərbaycan Yazıçılar Birliyi tərəfindən gerçəkləşdirilən bu qəbil ədəbi-mədəni hadisələri yüksək qiymətləndirdilər.

Bir neçə saat davam edən mərasimdə S.Babullaoğlu ədəbiyyatsevərlər tərəfindən alınan kitablarına imza ataraq ürək sözlərini yazdı.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.-2009.-17 aprel.-S.8.