Bakı Slavyan Universitetində                                               

                                                                                                           

Bu günlərdə Bakı Slavyan Universitetində görkəmli ədəbiyyatşünas alim Məmməd Arif Dadaşzadənin şəxsi kitabxanasının sözügedən universitetə bağışlanılması ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru prof. AMEA-nın müxbir üzvü Kamal Abdulla böyük alim Məmməd Arifə məxsus bu kitabların BSU-ya bağışlanılmasını universitetin həyatında hadisə hesab etdiyini vurğuladı həmin kitabların müəllim-tələbə heyəti üçün oynadığı əhəmiyyətli rolu diqqətə yetirdi. K.Abdulla M.Arifə BSU-nun kitabxanasında ayrılan guşəyə böyük alimin öz adının verildiyini söylədi.

AYB-nin sədri, xalq yazıçısı Anar M.Arifin oğlu Araz Dadaşzadə ilə dostluğundan, illər boyu aralarında davam edən isti ünsiyyətdən danışaraq bu kitabların BSU-ya bağışlanılmasını məqsədyönlü hesab etdi onu da xatırlatdı ki, sözügedən kitabxana üç alimin - Məmməd Arif, Araz Dadaşzadə Zümrüd Dadaşzadənin şəxsi kitablarından ibarətdir. 

Bu tədbiri "əlamətdar hadisə" hesab edən akademik Bəkir Nəbiyev vaxtilə onun elmi rəhbəri olmuş Məmməd Ariflə bağlı unudulmaz xatirələrini danışdı.

Görkəmli jurnalist, professor Şirməmməd Hüseynov M.Arifin gözəl insan dəyərli alim olmasını isbatlayan epizodlarla öz xatirələrini iştirakçıların diqqətinə çatdırdı.

BSU-nun kafedra müdirlərindən Məmməd Qocayevin, Rəhilə Qeybullayevanın, həmçinin, digər əməkdaşların çıxışında da M.Arif xatırlandı bu böyük hədiyyə minnətdarlıq hissi ilə qarşılandı.

Məmməd Arifin nəvəsi Zümrüd Dadaşzadə bu kitabların məhz BSU-ya bağışlanılmasında bir məntiq gördüyünü vurğulayıb bütün iştirakçılara öz təşəkkürünü bildirdi.

 

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.5.