Vaqif Səmədoğlu - 70

 

Bu günlərdə AYB-nin Natəvan klubunda xalq şairi, millət vəkili Vaqif Səmədoğlunun 70 illik yubileyi qeyd olundu. Yubiley tədbirini idarə edən AYB-nin sədri, xalq yazıçısı Anar giriş sözündə ədəbiyyatımızın böyük simalarından biri, istedadlı şair dramaturq Vaqif Səmədoğlunun həyat yaradıcılıq yoluna nəzər salaraq onun təkcə şair kimi poeziyasının deyil, dram, kino sahəsinədəki xidmətlərini ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirdi. Anar müəllim, bu günlərdə Prezidentin sərəncamı ilə V.Səmədoğlunun "Şərəf" ordeni ilə təltif olunmasını da bu dəyərə "söykəndiyini" vurğuladı yubilyarı təbrik etdi.

AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca Vaqiflə tanış olduğu qırx il ərzində onun dəyişməyən kişi xarakterindən, yaradıcılığındakı orijinallıqdan, ictimai xadim kimi cəmiyyətdəki sağlam mövqeyindən danışdı, "altmışıncılar" ədəbi nəslinin bu görkəmli nümayəndəsini yetmiş illik yubileyi münasibətilə ürəkdən təbrik etdi.

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək öncə yubilyarı təbrik etdi onun Azərbaycanın müstəqilliyi ərəfəsində, meydan hərəkatında xalqa, cəmiyyətə öz sözünü demək bacarığını, bu yöndə xidmətlərini xatırlatdı.

Digər deputatlardan Asim Mollazadə, Cəmil Həsənli, Elmira Axundova da çıxış edərək V.Səmədoğlunun insani keyfiyyətlərindən, poeziyasından dramaturgiyasından, onun ciddi vətəndaş mövqeyindən, cəmiyyət olaylarına sağlam müdaxiləsindən bütün bunlara "bəzək vuran" özünəməxsus yumorundan danışaraq öz həmkarlarını yetmiş yaşı münasibətilə səmimi təbrik etdilər.

Şair Ramiz Rövşən, yazıçı Natiq Rəsulzadə, tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, həmçinin, yaxından, uzaqdan gələn qonaqların bir qismi çıxış edərək Vaqif Səmədoğluna möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları dilədilər. Tərcüməçi Yusif Savalan isə V.Səmədoğludan alman dilinə çevirdiyi bir şerini oxudu. Müxtəlif idarə, təşkilat nazirliklərin yubilyara ünvanlanmış təbrikləri sırasında Təhsil Nazirliyi adından Misir Mərdanovun təbriki iştirakçıların xüsusi marağına səbəb oldu.

Sonda V.Səmədoğlu özünəməxsus təvazökarlıq yumorla tədbirin bütün iştirakçılarına təşəkkürünü bildirdi.

 

 

A.Savalan

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.5.