Cingiz Huseynov - 80

 

Hörmətli Çingiz müəllim!

Sizi - tanınmış nasir ədəbiyyatşünas alimi 80 yaşınızın tamam olması münasibəti ilə təbrik edirik.

Siz ədəbi fəaliyyətə ötən əsrin əllinci illərində başlamısınız. İlk qələm təcrübələriniz mətbuatda dərc edilmişdir. 1962-ci ildə "Mənim bacım" adlı kitabınızı oxuculara təqdim etmisiniz. Sonralar "Əriyən heykəl", "Çətin yoxuş", "Novruz gülü", "Adını demədi", "Məhəmməd, Məmməd, Məmiş", "Adalar", "fətəli fəthi", "Ailə sirri", "Canlı fenomen" s. kitablarınız işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Əsərləriniz bir çox xarici dilə tərcümə olunmuşdur. Bədii tərcümə ilə məşğulsunuz.

Siz eyni zamanda ədəbiyyatşünas alimsiniz. 1952-ci ildə Moskva Dövlət Universitetini bitirmiş, SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almısınız. filologiya elmləri doktoru, professorsunuz. "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüsünüz. Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi, Sov.İKP MK-nın nəzdindəki İctimai Elmlər Akademiyasında kafedra müdrinin müavini vəzifələrində çalışmısınız.

Hörmətli Çingiz müəllim!

Sizi bir daha 80 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.4.