İlham Qəhrəman - 50

 

Hörmətli İlham Qəhrəman!

Sizi - istedadlı şairimizi 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz bədii yaradıcılığa ötən əsrin 90-cı illərində başlamısınız. "Ədəbiyyat qəzeti"ndə, "525-ci qəzet"də, "Yeni Azərbaycan", "Səhifələr" s. qəzetlərdə, "Azərbaycan", "Ulduz", "Literaturnı Azərbaycan" jurnallarında şeirlərinizlə çıxış etmisiniz. 1999-cu ildə ilk şeirlər toplunuz - "Gülüm yarpıza döndü" çapdan çıxmışdır. Sonralar "Ağlama, qu quşu", "İlham qapısı", "Ey dil" kitablarınız işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Cənubi Azərbaycan şairlərinin yaradıcılığından ibarət "Dəyirmanın alt daşı" kitabının tərtibçisi redaktorusunuz. Türkiyədə İranda şeirləriniz dərc olunub.

Bakı Maliyyə-kredit Texnikumunu bitirmisiniz. Bir müddət ixtisasınız üzrə, daha sonra mətbuat sahəsində işləmisiniz.

Hörmətli qələm dostumuz!

Sizi bir daha yarıməsrlik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.6.