Baxış Babayev - 60

 

Hörmətli Baxış müəllim!

Sizi - istedadlı yazıçımızı 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz bədii yaradıcılığıa ötən əsrin yetmişinci illərində başlamısınız. İlk qələm təcrübəniz mətbuatda dərc edilmişdir. İlk kitabınız "Tutanxamon" ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Sonralar "İkilikdə tənhalıq", "Ötən payızın xəyalları" kitablarınız işıq üzü görmüşdür. "Tutanxamon" əsəriniz Misir Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Qahirədə ərəb dilində çap edilmişdir.

Siz 1970-ci ildə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisiniz. "Azərnəşr" "Yazıçı" nəşriyyatlarında redaktor işləmisiniz. Hazırda "Bakinskiy raboçiy" qəzetinin müxbirisiniz.

Hörmətli Baxış müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.7.