Mehdi Hüseyn - 100

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 fevral 2009-cu il tarixdə görkəmli ədib, Azərbaycanın xalq yazıçısı Mehdi Hüseynin 100 illik yubileyinin keçrilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat muzeyində görkəmli nasir, dramaturq tənqidçinin guşəsi yeni materiallarla zənginləşdirilmiş, "Mehdi Hüseyn - 100" başlıqlı sərgi hazırlanmışdır.

Sərgi-ekspozisiyada Mehdi Hüseynin seçilmiş əsərləri - "Abşeron", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır", "Daşqın", "Kin", "Bir ay bir gün", "Hop-hop" başqa roman hekayələri, yazıçı haqqında yazılmış tədqiqat əsərləri - Yavuz Axundlunun "Ədəbi portretlər", Yəhya Seyidovun "Mehdi Hüseyn" başqa kitabları, əsərlərinə çəkilmiş illüstrasiyalar nümayiş olunur. Ədibin həyat yaradıcılığının müxtəlif anlarını əks etdirən - Mehdi Hüseyn, Bəxtiyar Vahabzadə, İslam Səfərli, Mehdi Hüseyn, akademik Məmməd Cəfər Cəfərov, Cəlil Məmmədquluzadənin qızı Münəvvər xanım, xalq artisti Rza Əfqanlı, Mehdi Hüseyn hərbiçilər arasında, Mehdi Hüseyn türk şairi Nazim Hikmət, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Mir Cəlal Paşayev, Osman Sarıvəlli başqa fotoşəkillər sərgidə öz əksini tapmışdır.

Muzeydə yubiley münasibətilə "Görkəmli ədib ictimai xadim" mövzusunda tədbir keçirilmişdir.

 

 

Zülfiyyə İsmayılova

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.4.