"Ədəbiyyat muzeyində Cəlil Məmmədquluzadə fondu"

 

"Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır" - deyən böyük yazıçı, ictimai xadim, mütəfəkkir, məşhur "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadə əsərləri ilə Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlər göstərmişdir.

Cəlil Məmmədquluzadə məslək adamı olmuşdur. O, sadəcə yazı yazmamış, xalqın azadlığı üçün yollar axtarmış, qurtuluşu üçün çarələr düşünmüşdür.

Bir dəfə yazıçı dostları C.Məmmədquluzadəyə ehtiyatlı olmağı, özünü düşmənlərdən qorumağı məsləhət görmüş, ədib isə onlara belə cavab vermişdir:

"Mənim məqsədim eybəcərlikləri görmək, gülmək yazmaqdır. Adını yazıçı qoyub ortalığa çıxan gərək hər bir vəziyyəti nəzərdə tutsun. Yəqin ki, haqqı müdafiə edən yazıçının düşməni çox olacaqЕ Düşməndən qorxanın adını yazıçı qoymağa haqqı yoxdur."

C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi daha çox şöhrət qazanmışdır. Onun hekayələri, əsərləri yeni dövr Azərbaycan həyatının güzgüsüdür.

1967-ci ildən fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatını dərindən öyrənmək geniş təbliğ etmək məqsədilə bir çox işlər görülmüşdür. fondda olan eksponantlar komplektləşdirilmiş, görkəmli elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinə, yazıçı şairlərə şəxsi fondlar yaradılmış, oxuculara, tamaşaçılara ətraflı məlumat vermək üçün kataloq xidməti tərtib edilmişdir.

Fondlardan biri eksponantların zənginliyi ilə digər fondlardan fərqlənən, 1989-cu ildən təməli qoyulan bu gün davam etdirilən "Ədəbiyyat muzeyində Cəlil Məmmədquluzadə fondu"dur. fond 7 bölmədən ibarətdir. Bu bölmələrə çap əsərləri - kitablar, qəzet jurnal materialları, fotoşəkillər, əlyazmalar, sənədlər, xatirə əşyaları, yubiley nişanları, təsviri tətbiqi sənət əsərləri daxildir.

Fondda olan kitablar əlifba kataloqu ilə yığılmış, fotoşəkillər, sənədlər, əlyazmalar elmi cəhətdən işlənilmiş, tarixləri müəyyənləşdirilərək muzey sərvətlərinin qeydiyyatı mühafizəsinə dair 2008-ci il tarixli təlimatına əsasən həyata keçirilir qorunub saxlanılır.

Muzeyin fondunda Cəlil Məmmədquluzadənin ailə üzvlərinin, qələm dostlarının, seminariya yoldaşlarının, onun sevdiyi oxuduğu klassiklərin, naxçıvanlı müasirlərinin, tədqiqatçıların, mollanəsrəddinçi şairlərin, tamaşaya qoyulan əsərlərin foto neqativləri, ədibin pedaqoji fəaliyyəti ilə bağlı sənədlər, yubileyinin qeyd olunması ilə əlaqədar müxtəlif təşkilatlarla birgə keçirilən tədbirlərin proqram dəvətnamələri, afişaları, xatirə medalı, nişanlar, buklet-kitabçalar öz əksini tapır.

Muzey əməkdaşları C.Məmmədquluzadə tədqiqatçıları ilə, ədəbiyyatşünas alimlərlə, yaradıcı ziyalılarla, yazıçı şairlərlə, rəssamlarla, kitab mağazaları ilə yaxından əlaqə saxlayaraq fondu zənginləşdirmək məqsədilə yeni materiallar əldə edirlər.

Ədibin qızı Münəvvər xanımın evindən götürülmüş, üzəri oyma üsulla naxışla bəzədilən şəxsi məişət əşyaları - mücrü, mis cam, fosforlu lampa, mis parç, telefon başqa şəxsi əşyalar, Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyorlarının ifasında səslənən C.Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı" tamaşalarının bütövlükdə maqnitafon lent yazısı, Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulan "Anamın kitabı" tamaşasının video kaseti, "Poçt qutusu", "Buz" hekayələrinin qramplastinkası "Cəlil Məmmədquluzadə fondu"nun maraqlı eksponatlarındandır.

Muzeydə daha çox orijinallığı ilə diqqəti cəlb edən gözəl sənət nümunələrindən biri təsviri sənət əsərləridir. Xalq rəssamı O.Sadıqzadə tərəfindən işlənmiş "C.Məmmədquluzadə həyat yoldaşı Həmidə xanımla "Molla Nəsrəddin" jurnalı redaksiyasındaФ, Q.Bağırov "M.Ə.Sabir C.Məmmədquluzadə", R.Əlizadə "Mirzə Cəlil düşünür", M.Qasımov "Cəlil Məmmədquluzadə" linoqrafiq üsulla işlənmiş portret, xalq rəssamı, heykəltəraş H.Əliyev "Ölülər" əsərində Kefli İsgəndər, "Poçt qutusu" hekayəsində Novruzəli surətləri, "Molla Nəsrəddin" obrazı, E.Şamilov "Cəlil Məmmədquluzadə" metaldan barelyef, f.Nəcəfov "C.Məmmədquluzadə M.Ə.Sabir birlikdə" gips heykəl başqa sənət əsərləri muzeyin ekspozisiyası ilə tanış olan tamaşaçının marağına səbəb olur.

"Fond"da C.Məmmədquluzadə əsərlərinə çəkilmiş bir-birindən maraqlı, rəngli, qrafik illüstrasiyalar vardır. Bu illüstrasiyalarda rəssamlar ədibin yaratdığı surətlərin daxili aləmini öz fırçalarında yaratmış əks etdirmişlər. Buna misal olaraq O.Sadıqzadənin "Ölülər", "Danabaş kəndinin əhvalatları", "Qurbanəli bəy", D.Kazımovun "Kişmiş oyunu", "Poçt qutusu", "Usta Zeynal", "Anamın kitabı" s. göstərmək olar.

Muzeyimizin fondunda ədəbiyyatşünas alimlərdən Mirzə Cəlil tədqiqatçılarından Qulam Məmmədli, Əziz Şərif, Abbas Zamanov, Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov, Əziz Mirəhmədov, firidun Hüseynov, Yəhya Əliyev, İsa Həbibbəyli, Xeyrulla Məmmədov başqalarının Cəlil Məmmədquluzadəyə onun redaktorluq etdiyi "Molla Nəsrəddin" jurnalına, rəssamlarına həsr olunmuş avtoqrafla hədiyyə olunmuş kitabları, Gürcüstan Dövlət Arxivi tərəfindən təsdiqlənmiş "Molla Nəsrəddin" jurnalının nəşrinə dair arxiv sənədləri, 1907, 1908, 1909, 1911, 1926, 1927-ci illərin "Molla Nəsrəddin" jurnalının orijinal nüsxələri mühafizə olunur muzeyə gələn tamaşaçıların diqqətini cəlb edir.

Muzeydə Mirzə Cəlilin zəngin ədəbi-bədii irsini hərtərəfli öyrənmək təbliğ etmək məqsədilə 1986- ildən "Mirzə Cəlil lektoriyası" fəaliyyət göstərir. fəaliyyət göstərdiyi illər ərzində muzeydə bir sıra silsilə tədbirlər keçirilmiş, görkəmli ədəbiyyatşünas alimlərimizdən, yazıçı şairlərimizdən, ziyalılarımızdan professor Abbas Zamanov, akademik İsa Həbibbəyli, filologiya elmləri namizədi Lətif Hüseynzadə, professor Yavuz Axundlu, xalq yazıçısı Hüseyn İbrahimov, sənətşünaslıq namizədi Əli Qəhrəmanov, teatrşünas Cəlil Vəzirov başqaları lektoriyanın qonağı olmuş, müxtəlif mövzularda çıxışlar etmişlər.

Cəlil Məmmədquluzadə yaşayıb-yaratdığı dövrdə olduğu kimi, bu gün , gələcəkdə həmişə xalqının, millətinin sevimli yazıçılarından biri olmuş olacaqdır.

 

 

Xanım İSMAYILOVA

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.5.