Oqtay Rza-75

 

Hörmətli Oqtay müəllim!

Sizi - tanınmış şairimizi anadan olmanızın 75 illiyi münasibətilə təbrik edirik.

Siz ədəbi yaradıcılığa erkən başlamısınız. Hələ orta məktəbdə oxuyarkən şeirləriniz rayon qəzetində dərc olunmuşdur. Sonralar "Azərbaycan pioneri", "Azərbaycan gəncləri", "Kommunist", "Ədəbiyyat incəsənət" qəzetlərində, müxtəlif almanaxlarda şeirləriniz işıq üzü görüb. Orta məktəbin sonuncu sinfində oxuyarkən respublika gənc yazıçılarının Bakıda keçirilən müşavirəsində iştirak etmiş, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahimin məsləhətlərini dinləmisiniz.

Əsərlərinizdə vətəni, xalqı, təbiəti, insanı məhəbbətlə tərənnüm edirsiniz. Elə ayrı-ayrı illərdə çapdan çıxmış kitablarınızın adları da şeirlərinizin mövzusu ilə bağlıdır: "Torpağı dinləyirəm", "Hara gedirəmsə", "Fəsil dəyişəndə", "Günəşin adından", "Yasəmən çiçəkləyəndə", "Vətən, yas saxlama". 1987-ci ildə Moskvanın "Sovetski pisatel" nəşriyyatında "Daş çıraq" adlı şeirlər toplunuz çapdan çıxmışdır. "Gördüm səni uzaqlarda, Azərbaycan!" silsiləsindən əsər yazmaq üçün Yazıçılar Birliyinin xətti ilə dəfələrlə uzaq-yaxın ölkələrdə səfərlərdə olmusunuz. Beynəlxalq Rəsul Rza mükafatı laureatısınız.

1956- ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının geoloji kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək Bayıl - Bibiheybət neft mədənlərində əmək fəaliyyətinə başlamısınız. Sonra bir müddət Milli Elmlər Akademiyasında işləmisiniz. 1966- ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışırsınız, geologiya-mineralogiya elmləri namizədisiniz. "Geologiyanın əsasları" adlı iki hissəli dərs vəsaitinin, çoxsaylı elmi məqalələrin müəllifisiniz. Azərbaycan Televiziyası Radiosu ilə əməkdaşlıq etmisiniz. Uzun müddət "fəhlə" televiziya proqramının aparıcısı olmusunuz. Bir çox şeirlərinizə mahnılar bəstələnmişdir.

Hörmətli qələm dostumuz, sizi bir daha 75 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, ədəbi yaradıcılığınızda pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-13 noyabr.-S.5.