Tariyel Cahangir-70

 

Hörmətli Tariyel Cahangir!

Sizi anadan olmanızın 70 illiyi münasibətilə təbrik edirik. Siz ADU-nun filologiya fakültəsini bitirmisiniz. Ədəbi fəaliyyətə ötən əsrin 60-cı illərində başlamısınız. Həmin ildən respublikanın qəzet jurnallarında radio televiziyada əsərlərinizlə müntəzəm çıxış edirsiniz.

"Kiçiklərin tərsliyi", "Səlbinaz nənəm" kitablarında toplanmış şeirlərinizdə Azərbaycan gözəllikləri, vətənə, xalqa, əməyə vurğunluq hissləri, gənclərimizin saf, təmiz məhəbbət duyğuları tərənnüm olunur.

Uzun illərdir ki, nəsr publisistika sahəsində fəaliyyət göstərirsiniz. Oxucular tərəfindən maraqla qarşılanan "Daş ürəklər", "Keçmə məndən", "Qubadlı", "Vətən oğul istəyəndə", "Mir Sədi ağa", "Fədakar insan" ölkəmizdə ilk dəfə nəşr edilən "Azərbaycanda kim kimdir" kitablarının müəllifisiniz. Satira yumor yaradıcılığınızda xüsusi yer tutur. Təmsilləriniz, satirik şeir hekayələriniz, yumoristik novellalarınız geniş oxucu auditoriyası qazanmışdır. Yenicə işıq üzü görmüş, irihəcmli "Ağıl dərmanı" kitabınız da diqqətlə qarşılanmışdır.

Siz uşaqlar üçün yazıb yaradırsınız. Balaca oxucuların sevə-sevə oxuduqları şeir hekayələriniz, nağıl poemalarınız xüsusilə "Artıq tamah", "Kirpinin hünəri", "Qisas", "Qafqaz aslanı" əsərləriniz uşaq psixologiyasına dərindən bələd olduğunuzdan xəbər verir.

Siz "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində redaksiya müdiri vəzifəsində çalışırsınız.

Hörmətli Tariyel müəllim!

Sizi 70 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-20 noyabr.-S.4.