Yaddan çıxmaz QarabağФ

 

Bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin "Yaddan çıxmaz Qarabağ" tematik incəsənət həftəsinin bir günü Füzuli rayonunun Horadiz qəsəbəsində keçirildi. Sərhəd bölgəsində yerləşən Horadiz qəsəbəsinə qədəm qoyan qonaqlar - tədbiri təşkil edən nazirliyin məsul işçiləri, şairlər, incəsənət xadimləri öncə şəhidlər xiyabanını ziyarət edib sonra ulu öndər Heydər Əliyevin adını daşıyan parkda onun heykəli önünə tər çiçəklər qoyaraq görkəmli şəxsiyyətin xatirəsini yad etdilər. Horadizin mədəniyyət evində şairlərin incəsənət ustalarının iştirakı ilə "Yaddan çıxmaz Qarabağ" mövzusunda təntənəli tədbir düzənləndi. Tədbiri giriş sözü ilə açan füzuli rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov öncə sərhəd bölgəsinə qədəm qoyan qonaqları salamladı, sonra bu tədbirlərin məhz belə bölgələrdə keçirilməsinin əhəmiyyətindən danışdı. Söz musiqiyə poeziyaya verildi. Azərbaycan Dövlət Muğam Teatrının solistləri, əməkdar artistlər - Zeynəb Behbudova, Elza Qarabağlı, Vəsilə İbrahimova, Əsgər Əhmədovun, eləcə , gənc muğam ifaçılarından Bəyimxanım Mirzəyeva Ehtiram Musayevin çıxışları dinləyicilərin ruhunu oxşadı. AYB-nin Qarabağ filalının sədri şair, professor Ənvər Əhmədin, əslən füzuli torpağından olan şair, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin, şair, filologiya elmləri namizədi Adil Cəmilin, "Mars" jurnalının baş redaktoru şair Ağacəfər Həsənlinin Qarabağ mövzusunda, həmçinin digər mövzularda oxuduqları şeirlər sərhəd bölgəsində yaşayan insanların ruhuna qida verdi. Mədəniyyət Turizm Nazirliyi incəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın rəhbərlik etdiyi "Yaddan çıxmaz Qarabağ" tematik incəsənət həftəsinin Horadizdə keçirilən bir günü beləcə xoş ovqatla başa çatdı.

 

 

A.Savalan

 

Ədəbiyyat qəzeti.-2009.-9 oktyabr.-S.8.