Ukraynadan məktub

 

Hər vaxtınız xeyir, hörmətli Salatın xanım!

Məktubumun ilk sətirlərində göndərdiyiniz kitablara, jurnallara, qəzetlərə görə, həmçinin bizim kitabxanamızın şəxsən mənim ünvanıma xoş sözlər dərc etdirdiyiniz yazılara görə böyük təşəkkürümü bildirmək istəyirəm. Bizim üçün çox xoşdur ki, kitabxanamız xalqlarımız arasındakı dostluğun möhkəmlənməsi üçün gördüyümüz elə böyük olmayan barədə uzaq Azərbaycanda xəbər tutmusunuz. Bizim oxucular həmin məqalələri maraqla oxuyur fəxr edirlər ki, onlar Səməd Vurğun adına kitabxananın oxucularıdır.

Dərs ili başlanıb işləmək daha da maraqlı olub. Ancaq abonement zalı təmir edilməyib ki, bu da bizim üçün böyük narahatlıq doğurur. Mən belə bilirəm ki, böhran vaxtında kitabxananın təmirini davam etdirə bilməməyi başa düşmək olar. Maliyyə böhranı dövri illik nəşrlərə abunə yazılışına da öz təsirini göstərib.

Mən elə sentyabrın 21- məzuniyyətdən qayıtmışam indi böyük maraqla "Literaturnı Azərbaycan" jurnalına baxır bəzi yazıları oxuyuram. Həyatda çox qəribə hallar olur - Aybəniz xanım iyun ayında vəfat edib "Literaturnı Azərbaycan"ın iyun sayında eyni zamanda Vaqif Səmədoğlunun anadan olmasının 70 illiyi münasibətilə şeirləri dərc olunub. Vaqif Səmədoğlunun qardaşının vəfatından sonra yazdığı şeri xatırlayıram - sənə ən yaxın əziz adamların həyatdan getdiyini dərk etmək qədər ağırdır!

Sizə bu kədərli sətirləri yazdığım vaxt küçə günəşli istidir, adam yaşamaq, yaşanan hər dəqiqə üçün sevinmək istəyirЕ Səməd Vurğunun bahar hərarətli misralarını xatırlayıram ("Bahar xoş gəlir, ruha dad verir!").

ЕMən elə bilirəm ilin bütün fəsillərində həyat gözəldir. Salatın xanım, bağışlayın ki, necə oldusa kədər notları üstə kökləndim.

Mənim olmadığım vaxtlarda Azərbaycanın ədliyyə naziri Səməd Vurğunun abidəsini ziyarətə gəlmiş, abidə önünə çiçəklər qoymuşdur.

Ancaq çox təəssüf ki, həmin vaxt kitabxana bağlı olduğundan orada ola bilməmişdir.

Biz sizin hədiyyə etdiyiniz, göndərdiyiniz kitablardan ibarət bir sərgi hazırlamışıq. Həmin kiçik informasiya sərgisinin şəklini sizə göndərirəm. Bir neçə foto əlavə edirəm. Elə bilirəm bizim görüşlərimizi xatırlamaq sizin üçün xoş olacaq.

Sizi görməyimə həmişə şadam. Bütün kollektivimiz sizə çoxlu salam göndərir ən xoş arzularını bildirir.

 

 

Hörmətlə: Qalina xanım

 

Ədəbiyyat qəzeti.-2009.-23 oktyabr.-S.5.