V Beynəlxalq Türkoloji Qurultayda

 

Bu günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində V Beynəlxalq Türkoloji Qurultay keçirilmişdir. Türkiyə Respublikasının Bilkənd Universiteti ilə Sofiya Dövlət Universitetinin birgə təşkil etdikləri qurultaya dünyanın 30 ölkəsindən nümayəndələr dəvət olunmuşdu. Onu da qeyd edək ki, iki milyona qədər türkün yaşadığı Bolqarıstanın bu universitetinin pedaqoji fakültəsində türk dili və ədəbiyyatı ixtisası da fəaliyyət göstərir. Beynəlxalq konfrans öz işini həmin universitetin türklərin çoxluq təşkil etdikləri Kırcaali vilayətindəki filialında davam etdirmişdir.

V Türkoloji Qurultayda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, müxbir üzv Əbülfəz Quliyev də iştirak etmişdir. Azərbaycanlı alimin "Ümummilli lider Heydər Əliyev və türk dünyası" mövzusunda etdiyi məruzə iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

 

 

Elm.- 2010.- 12 oktyabr.- S.10.