Görkəmli dramaturq Hüseyn Cavidin 128 illik

yubileyi ilə əlaqədar tədbir keçirildi

 

Oktyabrın 26-da AMEA Hüseyn Cavidin Ev Muzeyi və Yasamal Rayon İcra Hakimiyyətinin (YİH) birgə təşkilatçılığı ilə görkəmli dramaturq Hüseyn Cavidin abidəsi önündə onun 128 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirildi.

 

Yubiley mərasimini giriş sözü ilə Bakı şəhəri YİH-in başçısı İ.Mehdiyev açaraq dramaturqun yaradıcılığı haqqında məlumat verdi. 0, ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin Hüseyn Cavidə, cavidlər ailəsinə göstərdikləri yüksək diqqət və qayğıdan söhbət açdı.

Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü T.Kərimli Hüseyn Cavidin keşməkeşli həyat yolu,  çoxşaxəli  yaradıcılığı,  XX  əsr Azərbaycan dramaturgiyasının inkişafındakı əvəzsiz xidmətləri haqqında ətraflı məlumat verdi.

Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru G.Babaxanlı, Bakı Metropoliteninin rəisi T.Əhmədov, professor C.Qasımov və başqaları dramaturqun repressiya illərindəki həyat və yaradıcılığı haqqında çıxışlar etdilər.

 

Elm.- 2010.- 27 oktyabr.- S.8.