Məhsuldar elmi, pedaqojiictimai fəaliyyətdə

 

Bu yaxınlarda tanınmış alim, AMEA-nın həqiqi üzvü, Moskva PedaqojiSosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor Ə.F.Daşdəmirovun 70 yaşı tamam olmuşdur. Ə.F.Daşdəmirovun elmi fəaliyyətə başlaması millət, milli münasibətlər problemlərinə elmi marağın artması dövrünə təsadüf edir. Görünür, bu məqam milli problematikanın fəlsəfi obyektlərinin Ə.F.Daşdəmirovun tədqiqatlarının uzun müddət əsas tematikası olmasında az rol oynamamışdır. 1983-cü ildə 41 yaşında Ə.F.Daşdəmirov Azərbaycan MEA-nın müxbir üzvü, 6 il keçəndən sonra - 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Hazırda o, həmçinin Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktorudur.

 

Ə.F.Daşdəmirov elmi yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyətə və elmin təşkili məsələlərinə çoxlu vaxt sərf edir. O, vaxtilə Cənubi Qafqaz respublikaları üçün sovetideoloji kadrların hazırlığını və yenidən hazırlanmasını həyata keçirmiş unikal təhsil müəssisəsi olmuş Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur. Bütün bu vəzifələrdə çalışarkən Əfrand Daşdəmirov bir güclü, səriştəli rəhbər və gözəl alim, dərin ziyalı insan, humanist və vətənpərvər kimi öz şəxsi nümunəsilə gələcək rəhbər işçilərinə verdiyi misilsiz dərsləri ilə layiqli töhvəsini vermişbu gün də verməkdə davam edir.

Onun elmi maraqları dairəsinə ən geniş problemlər spektri daxildir. Belə ki, bunlardan bir neçəsini göstərmək kifayətdir - müasir dünyada milli münasibətlərin, etnosiyasi problemlərin, şəxsiyyətin milli mənsubluq, etnik müəyyənliyi, identikliyi, vətənpərvərlik və beynəlmiləl tərbiyəsi, millətlərarası ünsiyyət mədəniyyətinin formalaşması məsələlərinin sosial-fəlsəfi, nəzəri-metodoloji problemlərinin araşdırılması.

Qeyd etmək vacibdir ki, Ə.F.Daşdəmirov milli prosesləri və münasibətləri, fərdi həyat fəaliyyətinin millətin mövcudluğu və inkişafı, etnoslararası münasibətlərlə əlaqəli mürəkkəb sosial-psioxoloji mexanizmlərini və bağlılığını tədqiq edən ilk sovet alimlərindən biridir. Son illər Ə.F.Daşdəmirov son vaxtlar etnikgeosiyasi zəmində yaranmış etnosiyasi gərginliklərin və konfliktlərin təbiətinin öyrənilməsi ilə məşğuldur.

O, 8 monoqrafiyanın və 200-dən artıq elmi əsərin müəllifidir. Ə.F.Daşdəmirovun "Milli münasibətlərin sosioloji strukturu", "Şəxsiyyət və millət", "Milli ideyaetniklik", "Cəmiyyətşünaslığın nəzəri-metodoloji problemləri: yeni yanaşmalar haqqında qeydlər və düşüncələr" və b. nəşri tarixindən asılı olmayaraq, bu günöz aktuallığını saxlamaqdadır. Bu əsərlər təkcə elmi planda deyil, həm də mühüm praktik əhəmiyyətə malikdirlər.

Bu əsərlərin hər birində Ə.F.Daşdəmirov millətlərarası münasibətləri fəlsəfi, politoloji aspektləri ilə milli mənlik şüurunun təşəkkülü məsələləri ilə bağlı öz baxım bucağını təklif edir. Tarixən məlumdur ki, şəxsiyyət problemi, onun cəmiyyətdə yerinin müəyyənləşdirilməsi məsələsi bütün dövrlərdə mütəfəkkiri dərindən düşündürən problemlər olmuşdur. Şəxsiyyət faktorunu yaradan insanın özüdür. İnsan özünü bir şəxsiyyət kimi öz əməllərində, gündəlik fəaliyyətində və başqaları ilə ünsiyyətdə, siyasiideoloji mübarizədə, informasiya məkanında, millətlərarası münasibətlər sahəsində təsdiq etdirir. Belə ki, "Millət və şəxsiyyət" monoqrafiyasında şəxsiyyəti milli aspektdə nəzərdən keçirərək şəxsiyyəti bir milli mənlik şüurunun, milli psixologiyanın, məişətinin, mədəniyyətinin və sosial həyatın daşıyıcısı kimi təsdiq edir. Bu əsərdə milli mənsubluğu şəxsiyyətin formalaşmasının faktoru kimi ayırmaq və təhlil etmək mənasında olduqca uğurlu cəhd göstərir. O, özünün uğurlu cəhdi ilə, yəni "millət və şəxsiyyət" problematikasını öz mövqeyi baxımından araşdırmaqla o dövrdə (Sovet dövründə) cəmiyyətşünaslıq elmində millətlər və milli münasibətlər sahəsində yeni istiqamətin meydana gəlməsinə zəmin yaratmış, şəxsiyyətin milli, etnik identikliyinin tədqiqinin nəzəri əsaslarının yaradılmasına, milli birlik və millətlərarası münasibətlərin insan şəxsiyyətinin formalaşması və ictimailəşməsi problematikasına daxil edilən təməl amillər kontekstində baxılması işinə böyük töhfə verərək, onların diapozonunu genişləndirmiş, onları zənginləşdirmişdir.

Özünün başqa bir tədqiqatında - "Milli ideyaetniklik" əsərində akademik Ə.Daşdəmirov etnoloji, fəlsəfi, politoloji mövqedən milli ideya fenomenini tədqiq edir. Burada müəllif Azərbaycan dövlətinin müstəqillik əldə etdiyi mərhələdə milli həyat quruculuğunun mürəkkəb prosesləri ilə üzvi bağlı olan Azərbaycan identikliyinin etnomədəni, etnoideoloji axtarışları təcrübəsinin öyrənilməsi əsasında milli mənlik şüurunun ideoloji sferasının genezisi problemini nəzərdən keçirir. Onun əqidəsinə görə, Azərbaycan etnik birliyinin ölkəmizin mövcud reallıqlarında siyasi millətə çevrilməsi müstəsna sosial-siyasi əhəmiyyət kəsb edir. Tədqiqatçı hesab edir ki, ölkəmizdə sosial-iqtisadisiyasi sabitliyin ən önəmli faktoru milləti vahid bütövə çevirməyə, xalqın şürurunda siyasi tərəqqi meyillərini stimullaşdırmağa qabil olan müasir demokratik ideyalardır.

Ə.F.Daşdəmirov bəşəriyyəti sarsıdan çoxlu sayda etnoslararası konfliktlərin meydana gəlməsinin səbəblərini dərindən tədqiq edir. Səciyyəvi haldır ki, bu tədqiqatlarında akademik Daşdəmirov buya digər hadisələrin təhlililə məhdudlaşmır, kifayətlənmir, həm də konflikt vəziyyətlərinin həlli yollarını təklif edir. Belə ki, "Mərkəzi AsiyaQafqaz" jurnalında dərc olunmuş "Qafqazda etnik siyasətin ideoloji ziddiyyətləri" məqaləsində Ə.F.Daşdəmirov qeyd edir ki, Qafqazda çoxlu sayda sülhinkişaf problemlərinə hansı bucaq altında baxılırsa-baxılsın labüd olaraq onun xalqlarının qarşılıqlı münasibətlərindən qırılmaz asılılığı ilə üzləşməli oluruq. Qafqazda mürəkkəb etnosiyasi vəziyyəti təhlil edərkən o, belə bir nəticəyə gəlir ki, bu region birləşmiş qablar prinsipi üzrə bir-biri ilə bağlı, əlaqəli çoxlu sayda öz dəyərli mədəniyyət aləmlərinin unikal simvoludur. Müxtəlif mədəniyyətlərin və dillərin, sivilizasiya təsirlərinin və mədəni ötürmələrin qovşağında olan hər bir Qafqaz etnosunun mədəniyyətində onu əhatə edən xalqlarla doğmalaşdıran və eyni zamanda onlardan özgələşdirən çoxtərəfli əlamətlər vardır. Daşdəmirovun fikrincə, Qafqaz sadəcə coğrafi, yaxud geosiyasi anlayış deyil, tarixi, tarixi-siyasi kateqoriyadır. Özünün bu keyfiyyətində, varlığında (ətraf mühitə nəzərən və burada məskunlaşan xalqların təsəvvüründə) o, ideoloji cəhətcə formalaşmış mədəni sivilizasiyalı bütövlükdür. Onun başlıca xüsusiyyəti bundadır ki, region Avropa ilə Asiya arasında strateji sərhəd, Şərq və Qərb sivilizasiyalarının, dünya dinlərinin, Şərqin avtoxton xalqlarının öz dəyərli mədəni ənənələri ilə qarşılıqlı təsirdə olan ən qədim mədəniyyətlərinin irsinin kəsişdiyi spesifik zona kimi cəsiyyələnir və dərk edilir.

Bu tədqiqatında Ə.F.Daşdəmirov belə bir nəticəyə gəlir ki, açıq-aşkar bütün fərqlərinə baxmayaraq Qafqaz mədəniyyətlərinin ümumi keyfiyyəti ondan ibarətdir ki, onlar tarixən məhz Qafqaza xas olan çoxlu sayda etnosların və etnik siyasətlərin çoxdilli, sivilizasiyalararası, dinlərarası dialoqu şəraitində formalaşmışlar. Hər bir Qafqaz xalqının ətraf mühitin plüralist təsirlərinə açıq olan mentallığı əsrlərin dərinliklərindən gələn mədəniyyətin, təsəvvürlərin, sosial və əxlaqi dəyərlərin bəzi ümumi cəhətlərini ərz etmişdir. Onlar özlərində Qafqaz ənənəsinin izini daşıyır və ümumqafqaz tarixinə aidliliyi, məxsusluğu təcəssüm etdirirlər. Qafqazdakı münasibətlər elə Qafqaz tarixinin özüdür, hər halda bu tarixin mühüm tərkib hissəsidir.

Qeyd etmək lazımdır ki, postsovet məkanındakı elmi ictimaiyyətə akademik Daşdəmirovun elmi novatorluğu yaxşı məlumdur. Belə ki, hələ keçən əsrin 80-cı illərində millətlər və milli münasibətlər sahəsində milli xarakter problemi tədqiqatçıların diqqət mərkəzində olmuşdur. "Sovetskaya etnoqrafiya" səhifələrində aparılmış diskussiyada milli psixologiyanın və milli xarakterin spesifik cəhətlərinin tədqiqində nəzəri-metodoloji aspektlərin və konseptual yanaşmaların özənməxsusluğunun aşkar edilməsi xüsusi vurğulanmışdır.

Bu diskussiyaya yüksək tonusuimpulsu Ə.F.Daşdəmirovun "Milli-psixoloji problemlərin tədqiqi metodologiyasına dair" məqaləsi vermişdir (Milli-psixoloji problemlərin tədqiqinin metodologiyasına dair // Sovetskaya etnoqrafiya, 1983, №3). Bu problemin müzakirəsi həmin məqalənin ətrafında cəmlənmişdi. Həmin məqalədə müəllif milli psixologiyanın funksional statusunastrukturuna aid bir sıra aktual problemlər qaldırır; onun elementlərinin fərqli keyfiyyət xarakteristikalarının, həmçinin etnopsixoloji proseslərin meyilləri və qanunauyğunluqları məsələlərini araşdırır. Belə yanaşma, müəyyən mənada, milli xarakterin və bütövlükdə milli psixologiyanın tədqiqinin zəruri elmi-nəzəri bazasında o dövrdəki çatışmazlığı doldurmuşdur.

Son illər akademik Daşdəmirov Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ konfliktinin təbiətinin tədqiqinə çox diqqət yetirir. "Rusiya və Azərbaycan" (AMEA nəşri. B. 2000) kitabında o yazır: "Azərbaycan xalqının tarixi dəyərlərinin və milli müqəddəsləri iverarxiyasında Qarabağa bütövlükdə vahid tarixi-mədəni, geoiqtisadi, təbii-təsərrüfat regionu kimi həmişə və hazırda da prioritet yer ayrılmışdır. Çünki Qarabağ Azərbaycan xalqının etnogenezinin, Azərbaycanın siyasi tarixinin ən mühüm tarixi ocaqlarından olmuşdur. Qarabağla, Qarabağ xanlığı ilə tarixin digər qatları ilə azərbaycanlıları milli dövlətçiliyinin, etnik identikliyinin qorunmasının, möhkəmləndirilməsinin tarixi kökləri ilə bağlı olmuşdur.

Özünün "Qarabağ konflikti yenidəqurma kontekstində" adlı tədqiqatında bu konfliktin səbəblərini təhlil edərkən Ə.F.Daşdəmirov qeyd edir ki, yenidənqurma siyasi tarixin ən birmənalı olmayan, ziddiyyətli hadisələrindən, təzahürlərindən biridir. Onun fikrincə, o, çoxmillətli cəmiyyəti azad etdi, insanlara siyasi azadlıq və ləyaqət anlayışını vahid siyasi məkanın dağıdılması bahasına qaytardı. Lakin, müəllif yazır ki, onun özü ölkəni siyasi xaosa və millətlərarası ixtilaflara qərq etdi ki, bunun da nəticəsində yüz minlərlə insanın hüquqları tapdalandı, ləyaqəti alçaldı, faciəli qurban oldu, taleyi şikəst edildi. Məsələn, Dağlıq Qarabağın erməni əhalisinin özünümüəyyənləşdirmə hüququnun reallaşdırması bu cür baha başa gəldi. Dağlıq Qarabağ ətrafında baş verən hadisələr ölkənin islahatçı rəhbərliyinin adekvat siyasi hərəkətlərə tamamilə hazır olmadığını biruzə verdi.

Hər kimə akademik Əfrand Daşdəmirovla bir yerdə işləmək xoşbəxtliyi nəsib olubsa, o xeyli qazanıb. Onun basma - qəliblikdən uzaq, qeyri-standart təfəkkürü, onun müxtəlif elmi, yaxud siyasi problemlərə qeyri-standart yanaşmaları həmişə həmfikirlərində, həm də opponentlərində ona qarşı rəğbət hissi oyadır. Heç bir şübhə yoxdur ki, akademik Ə.F.Daşdəmirovun məhsuldar elmi, pedaqojiictimai fəaliyyəti hələ uzun müddət Azərbaycan xalqına fayda gətirəcəkdir.

 

 

Əliağa MƏMMƏDLİ,

AMEA Arxeologiya

Etnoqrafiya İnstitutu Etnososioloji

tədqiqatlar şöbəsinin rəhbəri

 

Elm.- 2012.- 30 aprel.- S.14.