Yeni yollar kəşf edən alim

 

Görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasif Məmməd Ağa oğlu Babazadə 80 illiyini qeyd edir.

O, 1938-ci il sentyabrın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir, 1964-cü ildə geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, 1975-ci ildə elmlər doktoru (Rusiyanın Novosibirsk şəhərində) elmi dərəcələrini, 1979-cu ildə isə professor elmi adını almışdır. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.

Vasif Babazadə əmək fəaliyyətinə tələbəlikdən başlayaraq 1959-cu ildən kollektor, böyük kollektor, böyük geoloq, dəstə və partiya rəisi vəzifələrində çalışmışdır. 1961-ci ildən BDU-da işləyən alim geologiya-coğrafiya fakültəsinin dekan müavini, dekan vəzifələrində işləmiş, 1986-cı ildən «Faydalı qazıntılar» kafedrasının müdiri, 1989-cu ildən isə “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” ETL-in elmi rəhbəridir. O, filiz yataqlarının geologiyası və metalloge¬niyası sahəsində tanınmış elmi məktəb yaradan alimdir. Strateji əhəmiyyətli «Azərbaycanın kosmotektonik xəritəsi» (miqyas 1:600 000; 2007) və «Filiz yataqlarının proqnozlaşdırılması ilə Azərbaycanın regional çatlılıq xəritəsi»nin (miqyas 1:600 000) redaktoru və əsas müəlliflərindən biridir. Azərbaycanın filiz yataqlarının formasion analizini, filiz-maqmatik sistemləri məfhumunu geoloji ədəbiyyata daxil etmiş və onların vulkano-plutonik komplekslərdə ayrılma prinsiplərini göstərmişdir. Kiçik Qafqazın civə qurşağının varlığını elmi cəhətdən əsaslandırmış, Azərbaycanın qızıl filizi əyalətini ayırmışdır. O, nəcib, əlvan, nadirqara metal yataqlarının respublika ərazisində yerləşmə qanunauyğunluqlarını müəyyən edərək onların proqnozunu vermişdir.

Vasif Babazadə 350 elmi əsərin, 40 monoqrafiya və dərsliyin, o cümlədən iri həcmli “Azərbaycan qızılı”, “Azərbaycanın mineral-xammal resursları”, “Nəcib metal filiz-maqmatik sistemləri”, “Kiçik Qafqazın cənubunun endogen metallogeniyası və nəcib metal filizləşməsinin proqnozunun müəllifidir. AliminMetallik non metallik ore deposits” monoqrafiyası xaricdə çap olunmuşdur. Alim bir sıra beynəlxalq konqreslərdə (Pekin, Barselona s.), simpozium konfranslarda məruzələrlə çıxış etmiş, ölkəmizi təmsil etmişdir, bir çox qrant layihələrinin qalibi olmuş, “Yerin təki haqqındaTəhsil haqqındaqanunların hazırlanmasında qəbul olunmasında iştirak etmişdir.

Vasif Babazadə AMEA Yer Elmləri Bölməsinin büro üzvü, Geologiya Geofizika elmləri üzrə Problem şurasının sədri, Mineral Xammal İnstitutu Elmi Şurasının, Azərbaycan Geoloqları Milli Komitəsinin üzvüdür. AAK-ın Yer elmləri üzrə Ekspert Şurası sədrinin müavini, «Bakı Universitetinin Xəbərləri» (Təbiət elmləri seriyası) jurnalının redaktoru, AMEA-nınXəbərlər” (Yer elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvüdür. Qafqaz Mineral Xammal İnstitutu Elmi Şurasının üzvü (Tbilisi), Qafqazın filiz yataqları üzrə ekspertidir. Alimin elmi rəhbərliyi altında 10 elmlər doktoru, 35 fəlsəfə doktoru hazırlanmışdır.

Vasif Babazadə elm sahəsindəki nailiyyətlərinə görə 1978-ci ildə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, 2000-ci ildə Əməkdar Elm Xadimi adlarına layiq görülmüş, 2009-cu ildəŞöhrətordeni ilə təltif olunmuşdur. 2008 2013-cü illərdə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, dəfələrlə Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin təşəkkürünə, xatirə medalı, diplomu mükafatına, 2017-ci ildə AMEA-nın akademik Musa Əliyev adına mükafata layiq görülmüşdür. Görkəmli alim Vasif Babazadə yer elmləri doktoru Şəhla Abdullayeva, Gürcüstan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşları S.Kekelia M.Kekelia ilə birgə hazırladığıAda qövsləri poleosistemlərinin qızıl saxlayan sulfid yataqları, onların metallogenik xüsusiyyətləri geodinamik inkişaf şəraiti “Alp dağlıq-qırışıqlıq qurşağının mərkəzi seqmentinin filiz yataqları onların mənşəyi problemiadlı monoqrafiyalarına görə Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına mükafatına layiq görülüb. Azərbaycan Respublikasının Prezidentinin 31 avqust 2018-ci il Sərəncamı ilə Azərbaycan Respublikasında geologiya elminin inkişafında böyük xidmətlərinə görə akademik Vasif Məmməd Ağa oğlu BabazadəŞərəfordeni ilə təltif edilmişdir.

Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, lakin gənclik əzmkarlıqla, yorulmadan çalışan, elmdə yeni yollar kəşf edən görkəmli alimi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirik.

 

Fəxrəddin Qədirov,

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik

 

Elm.- 2018.- 14 sentyabr.- S.7.