MEK “Nizami Gəncəvi-880” adlı növbəti videoslayd hazırlayıb

Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilinNizami Gəncəvi İlielan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.

Nizami Gəncəvi İli” çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Nizami Gəncəvi-880” adlı növbəti videoslayd hazırlanıb. Videoslayda  MEK-in Şərq ədəbiyyatı fondunda saxlanılan XX əsrin ən böyük şərqşünaslarından biri, SSRİ Dövlət mükafatı laureatı, nizamişünas alim Yevgeni Eduardoviç Bertelsin (1890-1957) kolleksiyasından Nizami Gəncəvinin yaradıcılığına dair qiymətli kitablardan seçmələr daxil olub.

Qeyd edək ki, rus və digər keçmiş SSRİ xalqlarının dillərində olan 4253 nüsxə nəşrdən ibarət Y.E.Bertelsin şəxsi kolleksiyası alimin vəfatından sonra Azərbaycan SSRİ EA MEK-in Şərq ədəbiyyatı fonduna daxil edilib. Kolleksiyada Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid çox nadir, qiymətli kitablar əhəmiyyətli yer tutur.

Elm  2021.- 12 fevral.- S.4.