Qlobal Bakı Forumu: Qlobal COVID-19 və qlobal münaqişələrdə qaliblik yolu birlik + sülhdür

Münaqişə bitib və yenidənqurma başlayıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev

 

(VIII Qlobal Bakı Forumunda çıxışından)

 

XXI əsr Azərbaycanı öz inkişafının ən yeni mərhələsinə - bütün sahələri əhatə edən çoxistiqamətli və dayanıqlı islahatlar yoluna qədəm qoydu. “Tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” paradiqmalı islahatlar xətti bütün sahələri əhatə edən çoxşaxəli və dinamikdir. Bu məhz daxili ictimai-siyasi sabitlik, iqtisadi uğurların şərti olub, ölkədə milli inkişaf xəttinin təminidir. Qeyd edək ki, xalq-hakimiyyət, dövlət-ordu birliyi hər dövlətdə ictimai-siyasi sabitliyin və təhlükəsizlik amilinin əsas şərtidir. Bu şərtdə siyasi-hərbi-iqtisadi məsələlərlə yanaşı insan sağlamlığı amili də təhlükəsizlik kontekstidir. Bu birlikdə də vacib olan xalqın önündə gedən güclü, iradəli Lider və dövlətin xalqına qayğısı da önəmli faktordur.

 

Prezident İlham Əliyev siyasətində xalqın rifahı, sosial həyatı Azərbaycanın milli maraqları və mənafeyindən irəli gələn dövlət proqramları ilə, çoxmədəniyyətli, çoxmillətli və çoxkonfessiyalı balanslı strategiya əsasında həyata keçirilir. Bu balanslı siyasət ölkədə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, sosial-mədəni tərəqqi, güclümüasir ordu quruculuğunda öz təsdiqini əks etdirir. Prezident İlham Əliyevin həllinə start verdiyi çoxmiqyaslı və hərtərəfli islahatlar xətti sayəsində Azərbaycan strateji modern ölkəyə çevrilmişdir. Modern, dayanıqlı inkişaf, demokratikhüquqi dövlət kursu Azərbaycanın strateji yoludur.

 

Prezident İlham Əliyev hadisə və prosesləri öncəgörən, praqmatik, prinsipialstrateji qətiyyətli baxış tərzi olan, ardıcıl və sistemli qərar qəbuletmə bacarıqlı və siyasi iradəli liderdir. Bu reallıq bütün dünyanı sarsıdan

 

COVID-19 pandemiyasına qarşı mübarizədə və eləcə də Vətən müharibəsində də özünü  büruzə etdi.

 

Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, dünyada birlik, həmrəylik və məsuliyyətin gücləndirilməsinə hədəflənmiş təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən birmənalı dəstəkləndi. Bu göstərdi ki, Azərbaycan dövləti və onun lideri İlham Əliyev qlobal baxışlı modern liderdir.

 

COVID-19 pandemiyası “Əsrin görünməz soyuq müharibəsi”dir. Beynəlxalq ictimaiyyət də gördü ki, pandemiyaya qarşı  qlobal mübarizənin aparılması və dünyada ümumi səyləri birləşdirmə çağırışına səsləyən dövlət Azərbaycan Respublikası, lideriqlobal düşüncəli Prezident İlham Əliyev olmuşdur. Pandemiyaya qarşı dünya dövlətlərinin iqtisadi, sosial, humanitar,əsasən də tibbi-səhiyyə sahələrində qarşılıqlı əməkdaşlığında bu səylər də Azərbaycanın yeni hədəfləridir. Bu aspektdən də dünyanın gözlədiyi COVID-19 əleyhinə peyvəndin meydana gəlməsi də stratejiaktual problem idi. Həmçinin belə peyvəndlərin hər bir dünya ölkəsinə əlçatanlığının təmini də vacib məsələlərdən idi. Bu həqiqətdə isə dövlətlərin faciəvi pandemiya zamanı, hətta  bir-birinə qarşı geosiyasi iddialardan əl götürməməsi, “əlinə bəhanə düşmüşkimi sərhədlərin qapadılmasından belə bəzi iqtisadi təzyiq elementi olaraq istifadəsi də real gerçəkliklərdir. Məhz bu kimi aktual problemlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-də reallaşdırılan BMT Baş Məclisinin xüsusi sessiyasının gündəliyini müəyyənləşdirdi. Ümumi bəla olan pandemiya ilə mübarizədə dövlət başçısının qətiyyəti, tələbkarlığı, peşəkarlığı, onun humanizminin, xeyirxahlığının, Azərbaycan vətəndaşlarının pulsuz vaksinasiya edilməsi nümunəsi də xalqına xidmət, insanlara qayğısının bariz göstəricisidir.

 

Prezident İlham Əliyev pandemiya dövründə hər bir vətəndaşın sağlamlığı, əhalinin sosial müdafiəsinin təminatı, paralel olaraq həm də iqtisadi aktivliyini həyata keçirilməsiistiqamətində silsiləli kompleks tədbirləri reallaşdırırdı. Pandemiyadan zərər görənözəl sektorsahəsinə, xırda və orta sahibkarlara da maliyyə dəstəyi verildi. Xüsusən də, işləməyən, yəni işsiz yeri müvəqqətiqapananlara da 190 manat birdəfəlik ödəniş verildi. Bu göstərici, Prezident İlham Əliyev siyasətinin əsasında Azərbaycan vətəndaşının sağlamlığı və onun sosial rifahının durması paradiqmasıdır.

 

Ölkədə COVID-19 pandemiyasına qarşı dörd istiqamətdə mübarizə aparıldı: 1) vətəndaşların həyatı və sağlamlığının qorunması; 2) əhalinin sosial müdafiəsinin təminatı; 3) iqtisadiyyatın  inkişaf etdirilməsində müəyyənləşən strategiya; 4) Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında Azərbaycan da bu pandemiya bəlasından yaranan çətinlikləri minimuma endirmə yolunu tutan dövlətlərdəndir. Bu reallıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dəfələrlə qeyd olunmuş və Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox ölkələrdə “Azərbaycan modeliolaraq öyrənilmişdir. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, 2020-ci ilin mayında Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoonlayn Zirvə görüşləri keçirildi. Bu isə regionalqlobal kontekstdə  pandemiyaya qarşı qüvvələrin birləşdirilməsi və təcrübə mübadiləsi aparılmasını əks etdirirdi. Dövlət rəhbəri qlobal COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsinə yönəlik - BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təklif 2020-ci il mayda Nyu-Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə edildi, dəstəkləndi və Qoşulmama Hərəkatı adından BMT Baş katibinə müraciət  qəbul edildi. Həmçinin Prezident İlham Əliyev 2020-ci il mayın 13-də Qoşulmama Hərəkatının sədri kimi BMT Baş katibinə də müraciət etmişdi. BMT Baş katibi təşkilatının Nizamnaməsinin 20-ci maddəsinə əsasən 2020-ci il mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması üçün üzv dövlətlərə müraciət etmişdi.

 

Nəzərə yetirək ki, BMT Nizamnaməsinin 20-ci maddəsinə görə üç məqsədlə təşkilatın Baş Məclisinin xüsusi sessiyasını keçirmək olar. Birinci, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bunu tələb etsin, ikinci, BMT Baş Məclisinin əksəriyyət üzvləri belə tələbi təsdiq etsinüçüncü, BMT-nin üzvü olan hər hansı bir dövlətin təklifi üzv dövlətlər tərəfindən müdafiə olunduqda xüsusi sessiyanı çağırmaq olar. Prezident  İlham Əliyevin bu təklifinə BMT Baş Məclisinin 130-dan çox üzvü tərəfdar çıxmışdı. Bu dövlətlər arasında Qoşulmama Hərəkatının 120 üzvü ilə birgə, Avropa İttifaqının, Asiyanın, Afrikanın və Latın Amerikasının da aparıcı dövlətləri yer alırdı. Bu təklifə qarşı çıxış edən tək dövlət işğalçı Ermənistan olmuşdu. Faşizmiterrorizmi dövlət siyasətinə çevirən bir “təkmillətli dövlət”in belə hərəkəti onun yenə əsl mahiyyətinin göstəricisi oldu. Bu mənada, Ermənistan dünyada tək ölkədir ki, COVID-19-la mübarizə təklifinə qoşulmadı və sanki “pandemiyanın müttəfiqi” kimi çıxış etdi. Bu nəzərdən Ermənistanın belə anti-bəşəri davranışına post-pandemiya dövründə siyasi və beynəlxalq hüquqi qiymət verilməsi də zəruri məsələdir.

 

4 noyabr 2021-ci il tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi VIII Qlobal Bakı Forumu da məhz  “COVID-19-dan sonrakı dünyamövzusunda idi. VIII Qlobal Bakı Forumunda COVID-19-dan sonra dünya nizamı və yeni dövrdə yeni dünya iqtisadiyyatı, sülh, təhlükəsizlik, insan hüquqları, iqlim dəyişikliyi, enerji tələbatı, tibb və insanların peyvənd olunması,  qida təhlükəsizliyi, Gənclər və uşaqlar, Şərq Tərəfdaşlığı, Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazdakı real vəziyyətə aid məsələlər müzakirə obyekti oldu.

 

Yada salaq ki, 7-8 may 2013-cü ildə ilk dəfə Qlobal Bakı Forumu keçiriləndə də qlobal, aktual mövzular müzakirə edilmişdi. Birinci Bakı Forumunda regional proseslər, Qarabağ məsələsi,qadın-ailə problemləri  dinlərarası, mədəniyyətlərarası dialoq  münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirəyə çıxarılmışdı. 2014-cü il 28-30 aprel II Qlobal Açıq Cəmiyyətlər Forumunda davamlı inkişafın təmini,açıq cəmiyyətlərin əhatə dairəsinin əsasları, iqtisadi dayaqları, mürəkkəb şəraitdə münaqişələrin həlli, multiidarəetmə və institusional məsələlər müzakirə olunmuşdu. Hər ildə bir dəfə keçirilən belə mötəbər tədbirlərdə etniks. tipli münaqişələr, terrorlar, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhprosesində qadınların rolu, münaqişələrin yatırılmasında dinlərarası dialoq məsələsi, miqrasiya, multikulturallıq və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmini radikallaşmamiqrasiya mövzularında aparılan müzakirələr məhz bu forumların beynəlxalq miqyasda tanınmasında və fikir mübadiləsi üçün vacib platforma olduğunu təsdiq etmişdir. Prezident İlham Əliyevin söylədiyi kimi: “Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirə salınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib”.

 

Bu mənada VIII Qlobal Bakı Forumu  regionda və dünyadakı dəyişikliklərə operativ yanaşması ilə yenidən aktual platforma oldu. Roma Papası Fransiskin xüsusi müraciətində: “Bu mühüm tədbir Beynəlxalq Birlik rəmzidir” deyərək dəyərləndiribdir.

 

VIII Qlobal Bakı Forumu Azərbaycanın qlobal dünyadakı yerinin böyük əhəmiyyət daşıdığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin apardığı strateji-humanitar siyasi xətti həm regionda, həm də qlobal məsələlərdə Azərbaycanın mühüm maraqlarının müdafiəsi ilə bərabər, eləcə də dünya məsələlərinin həllində onu müstəqil dövlət kimi tanıdır.

 

Bu aspektdən postmüharibə dövründə Cənubi Qafqazda yaranan  yeni reallıq Azərbaycan dövlətinin gücdiplomatik bacarıqlarını əks etdirir. Cənubi Qafqazda yeni reallıqlar qlobal miqyasda təhlil olunur. Regionda əməkdaşlıq və inkişafda yeni zəmin formalaşdırılır. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük qurum olan Qoşulmama Hərəkatına rəhbərliyi  qlobal ölçüdə ölkəyə  maraq və diqqətin artmasına səbəb yaradır. Bu nöqteyi nəzərdən də:

 

1) Azərbaycanın COVID-19 pandemiyasi ilə mübarizədə dünyaya təqdim etdiyi “Azərbaycan modelipozitiv nümunədir. Belə ki, çox az vaxtda ölkədə tibbi infrastruktur pandemiya ilə mübarizəyə uyğunlaşdırılıb. 2) Pandemiya nəzarətə götürülüb, qısa və uzunmüddətli qapanmalar virusun yayılmasının qarşısını alıb. 3) Həssas əhali təbəqəsinə sosial yardım paketləri paylanılıb, dövlət dəstəyi həyata keçirilib. 4) Ölkədə vaksinasiya aparılıbdır. 5) Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında, vaksin, maskas. aksiyalarhəyata keçirilibdir. 6) Azərbaycan “vaksin millətçiliyinə qarşı” mübarizə aparan dövlətdir. 7) Azərbaycan Vətən müharibəsində təsdiq etdi ki, BMT qətnamələrini özü həll etdiyi kimi, COVID-19 “soyuq müharibəsinə” qarşıda mübarizədə qalibdir. Bu qaliblik dövlət+xalq vəhdətindən irəli gəlir.

 

Prezident İlham Əliyevin qlobal təşəbbüslərlə çıxışları postpandemiya dövrünün dünyada baş verən dəyişikliklərin müzakirəsinə, bu yolda Birgə səylərin müəyyənləşdirilməsində ortaq nöqtə olur. BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya dediyi kimi: “Planeti narahat edən əsas məsələlərdən vacibi də “COVID-19 -un dünyadakı sosial bərabərsizliyi daha qabarıq üzə çıxartdı” məsələsidir.

 

Qlobal dialoq və müzakirələr diyarı Azərbaycanın, onun mərkəzi Bakıda keçirilən səkkizinci Qlobal Bakı Forumu qlobal miqyasda pandemiya dövründə dünyada keçirilən ilk qlobal tədbirlərdən biridir.

 

Pandemiya, post COVID-19 dövrü və sonrasında vacib olan tədbirlərdən, geoiqtisadi, geosiyasi problemlər, sülh, barış, təhlükəsizlik, insan hüquqları, iqlim dəyişiklikləri və enerji təchizatı,səhiyyə və qida təhlükəsizliyi ilə bağlı müzakirələr Azərbaycanın da üzərinə mühüm öhdəliklər aldığını göstərir. Belə mötəbər Qlobal platformaya ev sahibliyi etmək böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin balanslı xarici siyasəti, dünyanın aktual  məsələlərinə dair fikirləri, Qlobal çağırışlara çevik reaksiyası və beynəlxalq dünyada lider olaraq qazandığı etibarlı etimad Azərbaycan dövlətin də diskussiyadialoqlar üçün vacib platformaya çevrilməsində mühüm rola malik olduğunu əks etdirir. Azərbaycanın etibarlı tərəfdaş olaraq beynəlxalq müstəvidə rolu, beynəlxalq hüquq və prinsiplərə qanunlara müvafiq olaraq riayət etməsi onun mövqeyini  gücləndirir.

 

Azərbaycan COVID-19 dövründə “peyvənd millətçiliyinə” qarşı mübarizə edən ilk ölkələrdən biridir. Məhz bu gərgin mübarizə Bakının “COVID-19-dan sonrakı dünyamövzusunda Qlobal Bakı Forumuna ev sahibliyi etməsinə haqq verib. Çünki Azərbaycanın ortaya qoyduğu təşəbbüslər və eləcə də 2020-ci il Vətən müharibəsində öz tarixi Qarabağ torpaqlarını azad etməsi haqq-ədalət uğrunda qətiyyətli mübarizəsi bütün dünya tərəfindən qəbul edilib və təqdir edilib.

 

Beynəlxalq birlik Azərbaycan liderinin və dövlətinin pandemiya dövründə dünya üçün gördüyü işlərədə yüksək qiymət verir. Azərbaycan dövlətinin geosiyasi, geoiqtisadi platformalarda qazandığı yüksək etimad, etibarlı tərəfdaş kimi dünya ölkələrinin rəğbətini qazanması, həmçinin hər zaman ləyaqətli davranışı bu qiymətin əsasında dayanan komponentlərdir.

 

Bütün dünyanın diqqətinin yönəldiyi VIII Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində tutduğu yerirolunu təcəssüm etdirir. Azərbaycan Respublikası bu gün sözügedən istiqamətlərdə sadəcə müşahidəçi kimi çıxış etmir, irəli sürülən təşəbbüslər və müzakirə edilən problemlərin həllinin birbaşa iştirakçısı və öncüllərindən birinə çevrilmişdir.

 

Beynəlxalq müstəvidə qazanılan yüksək etimad isə heç də təsadüfi xarakter daşımır. Azərbaycan dövləti, onun lideri, Prezident İlham Əliyev həm region üçün, həm də ümumilikdə bəşəriyyəti maraqlandıran problemlərin həllində təşəbbüslərlə çıxış edən modern dövlətə dəstək verən tərəfdaşdır. Azərbaycan Prezidenti İlham Əliyev istənilən beynəlxalq tribunadan çıxışı zamanı həm regional məsələlərə, həm də müasir dövrün çağırışlarına dair paradiqmalkonseptual hədəfləri bəyan edir. Azərbaycan Prezidentinin uzaqgörən strategiyası və qətiyyətli siyasi iradəsi dövlətin beynəlxalq dünyada tamhüquqlu iştirakçı kimi mövqe tutmasına əsas yaradır.

 

Bakı Qlobal Forumları isə Azərbaycanı dünya tribunasına çevirməkdədir. 2013-cü ildən bu yana Azərbaycan sözügedən Forumlar vasitəsilə qlobal miqyasda diqqət tələb edən məsələləri müzakirə obyektinə çevirir və həll yollarına da dialoq, birlik kontekstində nəzər yetirir. Dünya dövlətləri isə bu Forumlara yüksək diqqət ayırmaqla,həm də Bakının Cənubi Qafqazda liderlik keyfiyyətlərini qəbul etdiyini göstərir. Forumda tanınmış ekspertlər, yüksək qonaqlar və dövlət xadimləri Azərbaycanın nəzər yetirdiyi mövzuların mühüm olduğunu, onların həllinin vacibliyini qeyd edirlər. Bu mənada VIII Bakı Qlobal Forumda Bosniya və Herseqovinanın Reyasət Heyətinin sədri Şefik Caferovic vurğuladı ki: “COVID-19 hamıdan ümumi səylərin göstərilməsini tələb edir. Çünki bu böhran təkbaşına aradan qaldırıla bilməz” və yaxud Latviya Prezidenti Eqlis Levis videomüraciətində bildirdi ki: “Dünyanın hazırki vəziyyəti dəqiq nizam-intizamqlobal səfərbərlik tələb edir”.

 

Bu gün dünyada baş verən hadisələrə sərrast yanaşma, uyğun tədbirlərin görülməsi zamanı çeviklik nümayiş etdirilməsi, ortaq məsələlərin həllində fikirlərin dialoq çərçivəsində aparılması, müxtəlif baxışların müzakirəsiBakının ev sahinbliyi etdiyi forumda da mühüm rol oynaması şərtidir. Beləki, Böyük Britaniyanın Baş Naziri Boris Conson Foruma ünvanladığı müraciətdə deyir: “Birləşmiş Krallıq Qafqaz regionunda sülhsabitliyi postmünaqişə dövrünün problemlərinin həllini dəstəkləməyə davam edir”.

 

Azərbaycan dövlətinin belə samballı və səviyyəli beynəlxalq tədbirlərə rəhbərlik etməsi, qlobal miqyasda həmrəylik yaratmaq səyləri, Azərbaycanın dünyanın perspektivi ilə əlaqədar həssas diqqətinin nümunəsidir. Qlobal Bakı Forumu Azərbaycanın dünyada artan nüfuzubu yolda beynəlxalq dəstəyinin artması gerçəkliyidir.

 

Fikrimi Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2021-ci ilinNizami ilielan edilməsi kontekstində dahi Nizaminin fikri ilə bitirirəm:

 

Bir olsa yoldaşın, dostun əməli

 

Daşdan su çıxardar onların əli.

 

Nifaq olan yerdə, fəlakət var,

 

Səadət günəşi birlikdən doğar.”

 

Rəna MİRZƏZADƏ, AMEA-nın Fəlsəfə Sosiologiya İnstitutunun şöbə müdiri, professor

 

Elm  2021.- 12 noyabr.- S.10.