MEK “Qərbi Azərbaycan” adlı
virtual sərgini təqdim edir
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qərbi
Azərbaycan” adlı virtual sərgi hazırlanıb.
Sərgidə Azərbaycanın ən qədim, təbiətinə
görə ən zəngin bölgələrindən biri Qərbi
Azərbaycanın qədim tarixi, İrəvan
xanlığı, Azərbaycan Xalq Cümhuriyyəti
dövrü, deportasiyalar, fotoşəkillər, Ümummili
Lider Heydər Əliyevin nitqlərində Qərbi Azərbaycan
məsələsi, Qərbi Azərbaycan icması və
başqa məlumatlar öz əksini tapıb.
Sərgidə Qərbi Azərbaycanın əhalisi, ərazisi,
coğrafiyası, elm və təhsili, folkloru, görkəmli
şəxsiyyətləri,
tarixi abidələri, erməni vandalizmi, şahid ifadələri
və s. əks olunduğu rus, ingilis, alman, türk və
başqa dillərdə 100-dən çox dərslik, dərs vəsaiti,
biblioqrafik göstərici, konfrans materialları, bədii və
elmi əsərlər təqdim olunur.
Nəşrlər sırasında “Qərbi Azərbaycan”
biblioqrafik göstərici, “Das Khanat Irevan” (“İrəvan
xanlığı”), “İrəvan əyalətinin kameral təsviri”
ikicildliyi, “İrəvan ədəbi mühiti”, “Göyçə
aşıqları və el şairləri”, "İrəvanın
maddi və mənəvi irsi", “Dərələyəz
folkloru”, “Başı dumanlı Göyçə”, “İrəvan
dəftəri”, “Zəngəzur toponimləri”, “İrəvan
xanlığı”, “Zəngəzurun türk mənşəli
yer-yurd adları”, “İrəvan əyalətinin müfəssəl
dəftəri”, “Vətənə doğru”, “İrəvan
müsəlman sakinli vilayət olmuşdur”, “Göyçə
aşıq mühiti”, “İrəvana 7 məktub”, “Göy ərləri”,
“Qərbi Azərbaycan abidələri”, “Göyçə
şəhidləri”, “Azərbaycan folkloru antologiyası”,
“Göyçə mahalı Kəsəmən”, “İrəvan
ziyalıları” və başqaları yer alıb.
Geniş oxucu kütləsi üçün nəzərdə
tutulan sərgi, MEK-də ənənəvi formada da təşkil
edilib.
Elm .- 2024.- 6 dekabr(¹40).- S.7.