“Azərbaycan uşaq ədəbiyyatı:
tarixi təcrübəsi və müasir istiqamətləri”
adlı kitab nəşr edilib
Tənqidçi-ədəbiyyatşünas filologiya
elmlər doktoru, Milli Məclisin deputatı Elnarə
Akimovanın “Azərbaycan uşaq ədəbiyyatı: tarixi təcrübəsi
və müasir istiqamətləri” adlı yeni kitabı
çap olunub.
“Elm və təhsil” nəşriyyatında işıq
üzü görən kitabın elmi redaktoru və “Ön
söz”ün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya üzrə fəlsəfə
doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər
Turan və filologiya üzrə
fəlsəfə doktoru Aygün Bağırlıdır.
Kitabda çağdaş humanitar fikrinin kontekstində
Azərbaycan uşaq ədəbiyyatının tarixi təcrübəsi
- təşəkkülü, yaranması və inkişafı
ümumiləşdirilir. “Uşaq ədəbiyyatı: tarixdən
çağdaşlığa”, “Klassika modern
işığında”, “Uşaq mətnləri diskurs kimi”,
“Uşaq ədəbiyyatında müharibə və zəfər
duyğuları”, “Dərsliklərin vəziyyəti: problemlər,
qayğılar”, “Müsahibələr: analitik müstəvidə”,
“Müzakirə saatı: söhbətlər, düşüncələr”,
“Uşaq ədəbiyyatında imzalar” adlı bölmələrdə
sistemləşdirilən mətnlərdə uşaq ədəbiyyatının
müasir istiqamətləri ilə bağlı dəyərləndirmə
aparılır, müxtəlif uşaq ədəbiyyatı
nümunələrinin poetikası, üslub və növ zənginliyi
nəzəri analizə cəlb olunur, habelə Zəfər
tariximizdən sonra uşaq ədəbiyyatının
vardığı yeni hüdudlar tədqiqat predmetinə
çevrili
Kitab humanitar fikir adamlarına, elm, ədəbiyyat və
geniş oxucu auditoriyalarına ünvanlanıb.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.12.