“XIX əsr Qarabağ
şairlərinin şeir antologiyası” kitabı işıq
üzü görüb
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı
ilə Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının
tədqiqi şöbəsinin müdiri fil.e.d. Raqub Kərimovun
tərtib edib nəşrə hazırladığı “XIX əsr
Qarabağ şairlərinin şeir antologiyası” kitabı
işıq üzü görüb.
Ümumazərbaycan ədəbiyyatının
inkişafında yeni çalarları, orijinal forma və məzmun
zənginliyi ilə xüsusi yer tutmuş XIX əsr Qarabağ ədəbi
mühitini özündə əks etdirən bu antologiya
Qarabağ torpağının yetişdirdiyi şairlərə
və onların şeir sənətinə həsr olunub.
Əfsuslar olsun ki, bu şairlərin əksəriyyətinin Azərbaycan
dilində yazdığı şeir nümunələrini əldə
etmək mümkün olmayıb, onların fars dilində
yazdıqları şeirlər isə antologiyaya daxil edilməyib.
Məhz bu səbəbdən müəllif antologiyanın
davamlı olacağını nəzərə alaraq onu I kitab
adlandırmağı məqsədəuyğun bilib.
Qeyd edək ki, yeni nəşrin redaktoru akademik Teymur Kərimli,
naşiri Turan İbrahimov, “Ön söz”ün müəllifi
fil.e.d. Raqub Kərimovdur.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.12.