Xankəndidə
Ekoloji məsələlər üzrə İşçi
qrupun iclası keçirilib
Xankəndi şəhərində Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş
qaydada həll edilməsi üçün yaradılmış
Əlaqələndirmə Qərargahının nəzdində
fəaliyyət göstərən İdarələrarası Mərkəzin
Ekoloji məsələlər üzrə İşçi
qrupunun növbəti iclası keçirilib.
İclasda İşçi qrupda təmsil olunan
müvafiq dövlət qurumlarının nümayəndələri,
azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin,
eləcə də Bərpa, Tikinti və İdarəetmə
xidmətlərinin əməkdaşları iştirak ediblər.
İclasda İşçi qrupun üzvləri və dəvət
olunan digər qurumların nümayəndələri tərəfindən
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında infrastruktur layihələri həyata keçirilərkən
ekoloji tələblərin icra vəziyyəti, xüsusi
mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin
bərpası, yer təkindən istifadə sahəsində
görülən işlər, meşəbərpa və yeni
yaşıllıq sahələrinin salınması istiqamətində
“Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim
Mərkəzi”nin və “Ağıllı Tingçilik Təsərrüfatı”nın
yaradılması ilə bağlı görülən işlər
diqqətə çatdırılıb. Həmçinin
“İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nın icrası çərçivəsində həyata
keçirilən tədbirlər, Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında hidrometeoroloji
müşahidə şəbəkəsinin bərpası
istiqamətində görülən işlər, bu ərazilərdə
ekoloji pozuntuların qarşısının alınması, təhlükəsiz
bərk tullantıların idarə olunması ilə
bağlı yerinə yetirilmiş tədbirlər haqqında
iclas iştirakçılarına məlumat verilib.
İclasda infrastruktur layihələri həyata
keçirilərkən ekoloji icazələrlə bağlı
qaldırılan məsələlər və müvafiq
qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin
əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə
Qərargahı tərəfindən verilmiş
tapşırıqların icrası ilə bağlı məsələlər
müzakirə edilib.
Sonra iştirakçılar Xankəndi şəhərində
yenidən qurulmuş avtomat meteoroloji stansiyanın işi ilə
tanış olublar.
İclasda Akademiyanı AMEA-nın vitse-prezidenti, AR ETN
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş
direktoru akademik İradə Hüseynova təmsil edib.
Xankəndi şəhərinə səfər çərçivəsində
akademik İradə Hüseynova və AR ekologiya və təbii
sərvətlər nazirinin müavini Vüqar Kərimov
Qarabağ Universitetində olub, elm və innovasiya məsələləri
üzrə prorektor Fariz Əhmədovla görüşərək,
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının
Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş
3-cü nəşrini universitetin kitabxanasına hədiyyə
ediblər.
Elm .- 2024.- 13 dekabr(¹41).- S.10.