Erməni vandalizminin qurbanı: Dərin qatlarında hələ də Azərbaycan izlərini saxlayan İrəvan
Qərbi Azərbaycan
araşdırmaları
İrəvan Qərbi Azərbaycanın
mədəniyyət mərkəzi
olub. Bu şəhərin tarixi eramızdan əvvəl
8-ci əsrdə Urartu
kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının
qoyulması ilə başlayır. Hazırda Ermənistan Respublikasının
yerləşdiyi ərazi
yaxın keçmişdə
- XIX əsrin əvvəllərində
Azərbaycan dövləti
olan İrəvan xanlığının torpaqları
idi. Bu torpaqların
ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri
olub. İrəvan xanlığının yarandığı
ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan
xalqının formalaşmasında
yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə
Göyçə gölü
ətrafındakı torpaqlarda
yaşamış və
özlərindən sonra
zəngin tarixi-mədəni
iz qoyublar.
Mövzu ilə
bağlı Publika.az AMEA-nın
Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru Cəbi Bəhramovla söhbətləşib.
“İrəvan torpaqları onların olmadığı halda yalan və saxtakarlıqla
öz adlarına keçirməyə çalışıblar”
İrəvanın tarixi Azərbaycan xalqının minillər boyunca yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tarixinin
ayrılmaz tərkib hissəsidir. Biz tarixçilərin Qərbi
Azərbaycan ərazisində
tədqiqat aparmaq şansımız olmayıb.
Orada keçmiş
SSRİ-nin Elmlər Akademiyasının alimləri
araşdırmalar aparıblar.
Bu zaman çoxlu saxtalaşmalar olub. İrəvan torpaqları onların olmadığı halda yalan və saxtakarlıqla
öz adlarına keçirməyə çalışıblar.
İstər arxeoloji, istərsə də geoloji amillərə diqqət yetirsələr həqiqəti görərlər.
İrəvan şəhərinin
salınmasını 1509-cu illə götürsək,
bu il şəhərin
515 yaşı tamam olur. 1504-cü ildə Səfəvi hökmdarı
I Şah İsmayılın
tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Zəngi
çayının sahilində,
indiki İrəvan şəhərinin yerində
İrəvan qalası
inşa edilib. Səfəvilər dövlətinin
sərhədlərini xarici
basqınlardan qorumalı
olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilib.
Erməni mənbələrinin
də təsdiq etdiyi inkarolunmaz həqiqət…
Bu şəhər
xanlıqlar dövründə
müstəqil İrəvan
xanlığının mərkəzinə
çevrilib. Osmanlı-Səfəvi,
Rusiya-Türkiyə, Rusiya-Qacarlar
arasında olan müharibələrdə ən
çox ziyan görmüş, təcavüzə
məruz qalmış
şəhər İrəvandır.
XVIII əsrdən XIX əsrin
əvvəlinə qədər
Çar Rusiya tərəfindən bura 4 yürüş edilib. Bu yürüşlərin
üçündə rus
qoşunları məğlubiyyətə
uğrayıb. Xanlıqlar
içərisindən ən
çox Rusiya işğalına müqavimət
göstərən xanlıq
İrəvan xanlığı
olub. İrəvan xanlığının ərazisində
tarix boyu Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri,
kəndlər, şəhərlər
salınmış, minlərlə
abidələr, qalalar,
məscidlər, minarələr
ucaldılmış, karvansaralar,
hamamlar inşa olunub. Bölgədəki bütün yer adları - toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri
də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız
qədim oğuz-türk
qəbirləri, Azərbaycan
xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr
var.
“Bu, Azərbaycan
xalqının təhqir
olunması demək idi”
I Nikolayın 1828-ci il 21 mart tarixli
fərmanı ilə Azərbaycan torpaqlarında
“Erməni vilayəti”
yaradıldı. Çavçavadze
isə həmin vilayətə rəis təyin edildi. Beləliklə, tarixi Azərbaycan torpaqlarında
“Erməni vilayəti”
yaradılıb, gürcü
isə ona rəis təyin edilmişdi. “Erməni vilayəti” adlandırılan
qurum 1840-cı ildə
ləğv edildi.
1849-cu ildə keçmiş
İrəvan və Naxçıvan torpaqları
əsasında İrəvan
quberniyası yaradıldı.
Bu quberniya 1918-ci ilin mayın 29-a qədər qaldı.
“İrəvanın ermənilərə verilməsi
Cümhuriyyətin səhvidir”
Bundan sonra
isə böyük dövlətlərin və
bəzi siyasi dairələrin təzyiqi
ilə Xalq Cümhuriyyəti hökuməti
1918-ci il mayın 29-da
qədim Azərbaycan şəhəri olan İrəvanı ətrafındakı
9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə
gedib. Sənədlər
sübut edir ki, erməni tərəfi Batum danışıqları və
müqavilələrinə əsasən, İrəvan
və ətrafındakı
Azərbaycan torpaqlarının
onlara verilməsi müqabilində üzərinə
bir neçə öhdəlik götürüb.
Bütün bunlara baxmayaraq, bu görülməyən bir
hadisədir.
Osmanlı sultanı
IV Murad 1635-ci ildə İrəvan şəhərinə
səfər edib. O şəhər haqqında
belə yazıb:
“İran və Turan, Şirvan və Naxçıvan mülki Azərbaycanın
gözünün nuru,
abır-həyası İrəvandır”.
Bu sözlərdə
böyük bir həqiqət var. İrəvan şəhəri
namus simvolu idi. Bu şəhər güzəştə gedildi.
1924-cü ildən başlayaraq
İrəvanın simasını
dəyişdilər.
“Şəhərin adı dəyişdirildi”
Erkən
xristian erməni salnaməçiləri şəhərin
adının mənşəyini
Nuhun gəmisi əfsanəsi ilə əlaqələndirirdilər. Gəmi
Ağrı dağına
endikdən və sel suları çəkildikdən sonra
Nuh İrəvan istiqamətinə
baxarkən "Yerevatlar!"
(ermənicə "peyda
oldu!") dediyi bildirilir, İrəvan adı ondan yaranıb. İrəvanın
türklərin, daha sonra isə farsların hakimiyyəti altında olduğu son orta əsrlərdə və erkən müasir dövrlərdə
şəhər farsca
İrəvan (fars. ایروان) kimi tanınırdı. Şəhər
19-cu və 20-ci əsrin
əvvəllərində Rusiyanın
hakimiyyəti altında
olarkən rəsmi olaraq Erivan (rus. İğèâàíü) kimi tanınırdı. 1936-cı ildə
şəhərin adı
Yerevan (İrəvan) adlandırıldı.
1970-ci illərin ortalarına
qədər şəhərin
adı ingilis mənbələrində Yerevandan
daha çox İrəvan kimi yazılırdı.
“İrəvanda Azərbaycan
irsi bir əsrdir ki, sistemli şəkildə dağıdılır”
Ermənilər bütün Qərbi
Azərbaycan toponimikasını
dəyişdilər. Həmin
ərazidə Azərbaycan
adı ilə bağlı nə var idisə, hamısı bir-bir məhv edildi. Azərbaycan tarixində, mədəniyyətində
müstəsna yeri olan qədim İrəvan şəhəri
uzun illərdir ki, eyni aqibəti yaşayır. Beynəlxalq
qanunlara əhəmiyyət
verməyən, dünya
cəmiyyətinin qınağından
çəkinməyən ermənilər
tərəfindən İrəvan
şəhərində Azərbaycan
irsi bir əsrdir ki, sistemli şəkildə dağıdılır.
Artıq Azərbaycanın
milli-mədəni, tarixi
irsinin sonuncusu olan Təpəbaşı
məhəlləsi də
məhv edilməkdədir.
Ermənistan hökuməti
və əhalisi tərəfindən Azərbaycan
xalqına qarşı
edilən qeyri-insani hərəkət, soyqırımı
eyni zamanda Ermənistanda olan abidələrimizə də
yönəlib.
“Ermənilər ömür
boyu saxta tarix yaratmaqla məşğul olublar”
Nəticə etibarilə Azərbaycan
xalqının İrəvan
şəhərində mövcud
olmuş İrəvan
qalası, Xan sarayı,
Abbas Mirzə məscidi,
Zal xan məscidi,
Dəmirbulaq məscidi,
Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı
və digər dini, o cümlədən tarixi abidələrimiz tamamilə məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi
- Hacı İmamverdi məscidini və Göy məscidi Ermənistan fars məscidi adlandırır,
guya azərbaycanlılarla
heç bir bağlılığı olmadığını
iddia edir. XVII əsrə aid olan Hacı İmamverdi məscidi isə tamamilə məhv olmaq üzrədir.
“Bütün bunlar bir xalqa qarşı
törədilən ən
ağır cinayətdir”
Tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir. Onun XX əsrdə dağıdılması siyasi məqsədlər daşımış və müasir İrəvan şəhərinin indiki simasının qurulmasına xidmət edib. Tədqiqatlar bu şəhərin dərin qatlarında hələ də Azərbaycana aid məlumatların qaldığını söyləməyə imkan verir. Lakin Ermənistan üzərində yaşadığı bu tarixi məkanın torpaq altında qalan mədəni irsini qəbul etmədiyi üçün dağıntıları bu qatlarda da davam etdirir. Buna sübut kimi 2003-cü ildə İrəvan şəhərinin Respublika meydanında aparılan qazıntı işlərini göstərmək olar. Belə ki, Ermənistan rəhbərliyi qazıntı nəticəsində torpaq altında qalmış azərbaycanlı-müsəlman memarlığının nümunələri aşkar olunan zaman qəfildən abidənin üzərini yenidən torpaqla örtmək tapşırığı verib. Ermənistan hökuməti bütün beynəlxalq normaları və qanunvericiliyi pozaraq bu aktı törədib. Görünən budur ki, ermənilər öz kooperativ maraqlarına xatir bütün saxtakarlıqlara getməyə, Azərbaycanla, azərbaycanlılarla bağlı o torpaqlarda nə varsa, məhv etməyə hazırdırlar.
Elm . -2024.- 1 noyabr(¹35).- S.8.