Qərbi Azərbaycan tarixşünaslığına yeni töhfə

 

AMEA-nın A.A.Bakıxanov adına Tarix Etnologiya İnstitutu ənənəsinə sadiq qalaraq kitab çapına böyük önəm verir, Azərbaycanın elmi dövriyyəsini, elmi-ictimai fikrini daim tədqiqat əsərləri, monoqrafiyalarla zənginləşdirir.

Bu günlərdə Tarix Etnologiya İnstitutunun növbəti nəşri işıq üzü görüb. İnstitutun Qərbi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Elçin QarayevinQərbi Azərbaycan XIX yüzilliyin ikinci yarısı - XX yüzilliyin əvvəllərində (İrəvan quberniyasının materialları əsasında)” monoqrafiyası çap edilib. Monoqrafiya Tarix Etnologiya İnstitutunun Elmi şurasının qərarı ilə çapa məsləhət görülüb.

Əsərdə ilkin mənbələr arxiv materialları əsasında İrəvan quberniyasının siyasi, sosial iqtisadi mədəni həyatı tədqiq edilir. Burada İrəvan quberniyasının yaranması, ərazisi, inzibati-ərazi bölgüsü, idarəçilik sistemi, təsərrüfat məişəti, torpaq sahibliyi torpaqdan istifadə, vergilər digər mükəlləfiyyətlər, əhalinin etnik say tərkibi, sosial-silki tərkibi, şifahi xalq ədəbiyyatı, təhsil, mətbuat, teatr, bölgənin mədəni həyatının müxtəlif sahələri, eləcə 1870-ci il, 1912-ci il islahatlarının quberniyanın həyatına təsiri s. məsələlər araşdırılır.

Monoqrafiyanın yazılmasında məqsəd Qərbi Azərbaycan torpaqlarının bir parçası olan İrəvan quberniyasının tarixini ətraflı tədqiq etmək, bu bölgənin Azərbaycanın qədim ayrılmaz tərkib hissəsi olmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

 

Elm . -2024.- 25 oktyabr(¹34).- S.8.