MEK-də növbəti
könüllülük hərəkatına start verilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında (MEK) könüllü namizədlərlə
görüş keçirilib.
Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn
Hüseynov dövlət tərəfindən aparılan
uğurlu gənclər siyasətindən danışıb və
MEK-in fəaliyyət istiqamətləri haqqında namizədlərə
məlumat verib. Qeyd edib ki, AMEA-da ilk olaraq Mərkəzi Elmi
Kitabxanada fəaliyyətə başlayan
könüllülük hərəkatı gənclərin fərdi
inkişafına, məsuliyyətli bir vətəndaş və
gələcək peşəkar kadr kimi formalaşmasına təsir
edir. Budəfəki müsabiqəyə qoşulanların
sayında artım müşahidə olunduğunu vurğulayan
direktor gənclərin MEK-ə marağını yüksək
qiymətləndirib.
Daha sonra MEK-in elmi katibi, “MEK könüllüləri”nə
məsul şəxs Şəbnəm Rüstəmova
müsabiqənin şərtləri, eləcə də gələcək
üç ay ərzindəki fəaliyyətləri
haqqında onları ətraflı məlumatlandırıb.
Elmi katib son mərhələdə onlardan xüsusi keyfiyyətlərə
malik 20 nəfər gəncin seçiləcəyini, öhdəliklərini
uğurla başa vuran gənclərin hər birinə
AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən
sertifikatlar veriləcəyini, aktivliyi ilə seçilənlərə
isə xasiyyətnamələrin təqdim
olunacağını bildirib.
Sonda gəncləri maraqlandıran suallar
cavablandırılıb, kitabxana ilə
tanışlıqları baş tutub.
Elm .- 2025.- 7 fevral(№5).- S.4.