Mərkəzi Elmi Kitabxananın
100 illiyinə həsr
olunmuş sənədli
film nümayiş etdirilib
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Mərkəzi Elmi
Kitabxanasının (MEK) yaranmasının
100 ili tamam olur. Kitabxananın 100 illiyi ilə əlaqədar “Mədəniyyət”
televiziyası tərəfindən
“100 illik tarix” adlı sənədli film hazırlanıb.
Sənədli filmə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, kitabxananın əməkdaşları və
oxucular çəkilib.
MEK-in tarixi, fondları, missiyası və hədəfləri haqqında məlumatları özündə əks etdirən sənədli filmdə video və fotoxronikalardan, arxiv materiallarından istifadə olunub.
Elm 2025.- 3 oktyabr (№30).- S.6.