Muğamın fəlsəfəsi: Üzeyir Hacıbəyli,
Asif Əfəndiyev, Bəxtiyar Vahabzadə
Üzeyir
Hacıbəyli-140
AMEA-nın
Fəlsəfə və Soiologiya İnstitutunda “Muğamın
fəlsəfəsi: Üzeyir Hacıbəyli, Asif Əfəndiyev,
Bəxtiyar Vahabzadə” mövzusunda Dəyirmi masa
keçirilib.
Dəyirmi
masanın əsas məruzəçisi fəlsəfə elmləri
doktoru, professor Adil Əsədovdur.
Tədbiri giriş
sözü ilə İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə
açaraq, bu tədbirin mahiyyətindən,
Azərbaycan mədəniyyətinin
ən mühüm incilərindən biri olan muğamın, həm musiqi janrı, həm də fəlsəfi-estetik
düşüncə sistemi
kimi dəyərləndirildiyindən
bəhs edib. Onun fəlsəfəsi təkcə musiqi forması ilə məhdudlaşmır, insanın
varlıq duyumunu, milli kimliyi və
bəşəri dəyərləri
ifadə edən konseptual bir məna daşıdığını
vurğulayıb. Muğamın
fəlsəfəsini anlamaq
üçün həm
musiqişünaslıq, həm
fəlsəfə, həm
də ədəbiyyat
müstəvisində yanaşmağın
vacib olduğunu qeyd edib.
Professor çıxışında
muğamın Azərbaycan
xalqının milli yaddaşının ən
mühüm daşıyıcılarından
biri olduğunu vurğulayıb. Tarix boyu xalqın sevinci və kədəri, mübarizəsi
və ümidləri muğamın musiqi dilində qorunaraq nəsildən-nəsilə ötürülmüşdür.
Bəxtiyar Vahabzadə
muğamı "xalqın
varlığının fəlsəfəsi"
adlandıraraq onun milli kimliyin əsas sütunlarından
biri olduğunu bildirmişdir. Buradan aydın olur ki, muğamın fəlsəfəsi həm
də milli-mənəvi
identiklik fəlsəfəsidir.
Sonra
professor İ. Məmmədzadə sözü əsas məruzəçi professor Adil Əsədova verib.
Professor öz çıxışında
muğamın mahiyyətində
insanın daxili aləminin bədii ifadəsi dayandığını
bildirib. Bu musiqi janrı kədər, sevinc, nisgil, eşq və ümid kimi emosiyaları yüksək
bədii dildə təqdim edir. Fəlsəfi baxımdan muğam, ruhun dilə gəlməsi fenomenidir. Üzeyir Hacıbəylinin fikrincə,
muğam "xalqın
mənəvi ruhunun səsdə təcəssümü"
kimi qiymətləndirilə
bilər. Muğamın
fəlsəfəsi ruh,
zaman, kainat və milli
kimlik fəlsəfəsidir.
O, həm fərdi insanın daxili dünyasını işıqlandırır,
həm də xalqın tarixi yaddaşını yaşadır.
Muğam, eyni zamanda, ümumbəşəri
dəyərləri ifadə
etməklə Azərbaycan
musiqisini dünyanın
mənəvi xəzinəsinə
daxil edir.
Asif Əfəndiyevin yanaşmasına
görə, muğamın
fəlsəfəsi zaman, varlıq,
azadlıq və milli kimlik anlayışlarının
musiqi dili ilə ifadəsidir.
Əfəndiyev muğamı “zamanın musiqi modeli” adlandırır. Onun fikrincə, muğam ifası heç vaxt eyni şəkildə təkrarlanmır. Bu, həyatın və zamanın təkrarsızlığına bənzəyir. Muğam insanı "hər anın dəyərini anlamağa" yönəldir, həm varlığın fəlsəfəsi kimi muğamda insanın bütün daxili dünyası sevgi, həsrət, ümid və iztirab öz bədii ifadəsini tapır.Muğam varlığı anlamağın, insanın öz daxili aləminə enməsinin musiqi vasitəsidir. Əfəndiyevin əsas vurğuladığı məqamlardan biri muğamın improvizasiya ruhudur. Üzeyir Hacıbəyli muğamı elmi-musiqi baxımından izah etdi və onun universal dəyərini ortaya qoydu. Asif Əfəndiyev muğamın fəlsəfi-estetik qatını açaraq onu həyatın, zamanın və varlığın simvolunu təqdim edərək özünü göstərdi. Bəxtiyar Vahabzadə isə muğamı milli ruh və kimliyin poeziyada ifadəsi kimi şərh etdi. Beləliklə, professor muğam həm elm, həm fəlsəfə, həm də ədəbiyyat prizmasından Azərbaycan xalqının varlığını, ruhunu və bəşəriyyətə bəxş etdiyi böyük mənəvi dəyəri ifadə etdiyini qeyd edib.Tədbirdə fəlsəfə elmləri doktoru, prof. Rafail Əhmədli, İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, f.ü.f.d, dos. Mətanət Şəkixanova, filologiya üzrə fəlsəfə doktoru, dosent. Firudin Qurbansoy (AMEA Nizami adına Ədəbiyyat İnstitutu), f.ü.f.d.,dos. Radif Mustafayev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Elm.-
2025.- 19 sentyabr, ¹28.- S.5.