Üzeyir Hacıbəyli: ədəbi-mədəni

dəyərlər və mənəvi-estetik zənginlik

 

AMEA-nın Əsas binasındaÜzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər mənəvi-estetik zənginlikmövzusunda elmi konfrans keçirilib.

Tədbir AMEA Rəyasət Heyəti, Humanitar İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə baş tutub. Konfrans çərçivəsində Üzeyir Hacıbəylinin həyat yaradıcılığını əks etdirən sərgi təşkil olunub.

Konfransı giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin ölkə başçısınınÜzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamına əsasən keçirildiyini bildirib. Dövlət başçısının Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edildiyini söyləyən akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə təşkilatlarında, regional bölmə mərkəzlərində Üzeyir Hacıbəyliyə həsr olunan silsilə konfransların keçirildiyini, bir sıra nəşrlərin çap olunduğunu, məqalələrin hazırlandığını diqqətə çatdırıb. O, bu günlərdə akademik Zemfira SəfərovanınÜzeyir Hacıbəyli: həyat yaradıcılıq karyerasıadlı kitabının ingilis dilində işıq üzü gördüyünü deyərək, sözügedən nəşrin dahi bəstəkarın irsinin araşdırılması dünyada tanıdılması istiqamətində böyük elmi-mədəni məxəz rolunu oynayacağını vurğulayıb.

AMEA rəhbəri Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət musiqi tarixində oynadığı roldan bəhs edərək, onunSənsiz”, “Sevgili canankimi qəzəl incilərinə layiq musiqi əsərləri yaratdığını vurğulayıb. Qeyd edib ki, Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin, muğam aşıq sənətinin incə xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yarada bilmişdir. O, Məhəmməd Füzulinin poeması əsasındaLeyli Məcnunoperası ilə milli operamızın əsasını qoymuş, Azərbaycanın əsrlərdən bəri miras qalmış zəngin musiqisini ilk dəfə nota köçürmüşdür. Akademik İsa Həbibbəyli ötən il M.Füzulinin 530 illik yubileyi çərçivəsində AMEA kollektivinin Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı kollektivinin ifasındaLeyli Məcnunoperasına baxışının təşkil olunduğunu xatırladıb.

Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri olanKoroğluoperası ilə bağlı fikirlərini bölüşən AMEA prezidenti bildirib ki, dünya musiqi incilərinin siyahısına daxil olan bu əsərdə bəstəkar Şərq-Qərb ənənələrinin tam vəhdətinə nail olub, vətənpərvərlik ideyasını dolğun şəkildə ifadə edib. Dərin məzmuna malik olanKoroğluoperasını dünya qəhrəmanlıq operasının nadir nümunələrindən biri kimi dəyərləndirib. Həmçinin dahi bəstəkarınArazbari”, “Cəngiəsərlərinin Azərbaycan milli mədəniyyətinin təkrarsız nümunələri olduğunu vurğulayıb.

Üzeyir Hacıbəylinin Azərbaycan musiqi elmini yazan şəxsiyyətlərdən olduğunu söyləyən AMEA rəhbəri onunAzərbaycan xalq musiqisinin əsaslarıadlı fundamental elmi əsərinin musiqişünas-alimin mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün musiqi dərsliyi kimi istifadə edildiyini deyib. Qeyd edib ki, bundan başqa, Üzeyir HacıbəyliHesab məsələləriadlı dərslik tərtib edib, dünya miqyasında böyük şöhrət qazanmışArşın mal alanoperettasını yazıb. Akademik İsa Həbibbəyli Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyətinə toxunaraq, bəstəkarın mühacirətdə olan qardaşı Ceyhun Hacıbəyli ilə münasibətlərindən danışıb.

1945-ci ildə Akademiyanın 15 təsisçisindən birinin Üzeyir Hacıbəyli olduğunu vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, bu dahi şəxsiyyət AMEA-nın yaranmasında inkişafında əvəzsiz xidmətlər göstərib.

Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyət tarixində zirvədə dayanan dahi şəxsiyyətdir. Bəstəkarın möhtəşəm əsərləri musiqi mədəniyyətimizin inkişafına bu gün güclü təkan verir düşündürür”, - deyən AMEA rəhbəri ölməz sənətkarın musiqisinin xalqımızın zəngin xəzinəsi, mənəvi sərvəti olduğunu qeyd edib.

Çıxışının sonunda akademik İsa Həbibbəyli AMEA-da görkəmli bəstəkara həsr olunan ümumiləşdirilmiş böyük həcmə malik kitabın hazırlandığını söyləyib.

Tədbirdə AMEA-nın Memarlıq İncəsənət İnstitutunun şöbə müdiri professor İradə KöçərlininDahi Üzeyir Hacıbəylinin elmi irsinə bir baxış”, həmin institutun şöbə müdiri professor Nailə RəhimbəylininƏnənələrin sintezi mədəniyyətin müasirləşməsi: Üzeyir Hacıbəylinin irsinin kulturoloji aspektdən təhlili”, Fəlsəfə Sosiologiya İnstitutunun şöbə müdiri professor Adil ƏsədovunMuğamın fəlsəfi təqdimatına ilk söz müəllifi”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Şahbaz MusayevinÜzeyir Hacıbəylinin publisistikası”, Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor İsmayıl KazımovunÜzeyir Hacıbəylinin felyetonlarının dili Folklor İnstitutunun şöbə müdiri fil.e.d. Leyla MəmmədovanınÜzeyir Hacıbəylini dramaturgiyasında folklor kodları: xalq poetikasından bədii sintezəadlı məruzələri dinlənilib. Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin musiqi sənətinin inkişafında roluna toxunub.

 

Elm.- 2025.- 19 sentyabr, ¹28.- S.2.