Vəcihə Səmədova adına Sərgi salonunda AMEA

əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgi

 

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə Vəcihə Səmədova adına Sərgi salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarətAkademiya rəssamlığı elmi idrakla bədii düşüncənin qovşağındaadlı sərginin açılış mərasimi olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov elmi zəkanın estetik təcəssümü olan, elmlə incəsənətin qovuşduğu belə bir sərginin ideya təşəbbüsünə, həmçinin aktiv iştiraka görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. O, AMEA-da çalışan alimlərin əsərlərindən ibarət sərginin əhəmiyyətindən danışaraq bunu əlamətdar hadisə kimi qiymətləndirib Akademiyanın 4 əməkdaşınınMemarlıq İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin, həmin institutun əməkdaşları memarlıq üzrə fəlsəfə doktoru Rizvan Babaşov, Rüxsarə Əlizadə Əlyazmalar İnstitutunun böyük elmi işçisi Xoşqədəm Mirzəyevanın Rəssamlar İttifaqına üzv qəbul edildiyini diqqətə çatdırıb, onları təbrik edib.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək AMEA-nın 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin 18 mart 2025-ci il tarixli Sərəncamının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb bildirib ki, bu sərginin əhəmiyyəti həm AMEA-nın 80 illiyinə həsr olunmasıdır.  O, sözügedən sərgini Azərbaycan Rəssamlar İttifaqının, təsviri incəsənət tariximizin mühüm hadisəsi adlandırıb. AMEA rəhbəri qeyd edib ki, indiyədək Xalq rəssamlarının, görkəmli fırça ustalarının, həyatını bu sahəyə həsr edən görkəmli rəssamlarımızın əsərləri bu möhtəşəm sərgi salonunda nümayiş etdirilib. İlk dəfədir ki, bir kollektiv özünün alim əməkdaşlarının rəsm əsərlərini ictimaiyyətə təqdim edir. 80 ildə ilk dəfədir ki, Akademiya əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgisi elmi qurumdan kənarda möhtəşəm sərgi salonunda belə bir miqyasda nümayiş etdirilir.

Akademik İsa Həbibbəyli AMEA-nın təklifini qəbul edərək əksəriyyəti gənclərdən ibarət olan Akademiya əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgisini Vəcihə Səmədova adına möhtəşəm salonda təşkil etdiyinə, yaratdığı imkanlara görə ittifaqın sədri Fərhad Xəlilovun da əməyini yüksək qiymətləndirib. AMEA prezidenti çıxışında bildirib ki, rəsm əsərləri bəzi cəhətləri ilə bir-birindən fərqlənir: “Ənənəvi rəssamlıqdan fərqli olaraq bu sərgi elm adamlarının, elmi tədqiqat institutlarında çalışan, həyatını elmə həsr edən, bir çoxu dissertasiya müdafiə etmiş, bəziləri dissertant olan elm adamlarının Azərbaycanda açdığı birinci sərgidir. Bu sərgidə alimlik rəssamlıq özünü bir çox cizgilərdə, təsvirlərdə göstərir. Tarix Etnologiya İnstitutunun əməkdaşı Cəmaləddin İsmayılovun çəkdiyi rəsmlər tipində olan əsərlərə dünyada az müraciət edilir. Burada dərin mütaliə qabiliyyətinə malik olmaq, tarixçi kimi araşdırma aparmaq tələb olunur. Onun rəsmlərində kiçik bir detalla alim səriştəsi rəssam məharəti birləşmişdir. Bundan əlavə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Həşimovanın Azərbaycan dövlətçiliyinə həsr etdiyi rəsmlər xüsusi əhəmiyyətə malik əsərlərdir. Akademiyanın digər əməkdaşlarının da rəsm əsərləri özünəməxsusluğu orijinallığı ilə diqqət çəkir. Alimlərin çəkdiyi rəsm əsərləri ciddi bir araşdırma tələb edən işlərdir”.

Akademik İsa Həbibbəyli bildirib ki, bu rəsmləri birləşdirən əhəmiyyətli cəhət həm bədii mütalilə ilə elmi idrakın bərabər sintezidir. Alimlərimizin təqdim etdiyi rəsm əsərlərinin intellektual düşüncənin təzahürü olduğunu deyən akademik İsa Həbibbəyli ədəbiyyatda olduğu kimi, artıq incəsənətdə akademizm cərəyanının məhz bu yeni qüvvələrin hesabına formalaşmaqda olduğunu vurğulayıb. Qeyd edib ki, burada rəsmləri nümayiş etdirilən 28 müəllifin əsərlərinin mövzusunda, ideyasında onun bədii kompoziyası qədər, müəllifin elmi düşüncəsi, axtarışı, tədqiqatı özünəməxsus yer tutur.

Əslində, bu Azərbaycan təsviri sənət tarixində birinci intellektual sərgi kimi tarixə düşə bilər. Janr baxımından son dərəcə zəngin olan əsərlərdə  dekorativ tətbiqi sənətin müxtəlif formalarınanatürmort, portret, peysaj, kompozisiya, qrafika, boyakarlıq başqa nümunələrinə rast gəlmək mümkündür hər biri rəssamların özünün xarakteri üslubuna uyğun şəkildə cəmiyyətə təqdim olunub. Burada göstərilən rəsmlər təsviri sənət məktəbimizdə yeni üslub, yeni yanaşma ortaya qoyur”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin əhəmiyyətini böyük maraq doğurduğunu qeyd edərək dünya şöhrətli rəssam Leonardo da Vinçinin alim olduğunu bildirib vurğulayıb ki, bu sərginin xüsusi maraq kəsb etməsinin başlıca səbəbi məhz alimlərin əsərlərinin nümayiş olunmasıdır.

Milli Məclisin İctimai birliklər dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxış edərək sərginin əhəmiyyətindən söhbət açıb. Bildirib ki, bu tədbirin spesifikası fərqlidir peşəkar nöqteyi-nəzərdən burada dəyərli əsərlər vardır. Bildirib ki, insanlar cəmiyyətin mədəni həyatına da öz töhfələrini verməlidirlər AMEA böyük şövqlə bu prosesə dəstək verib, imkan yaradıb.

Sonra Xalq rəssamı, akademik Ömər Eldarov çıxış edərək Akademiya əməkdaşlarının rəsm əsərlərindən ibarət sərginin incəsənət tariximizdə mühüm yer tutacağını bildirərək, alimlərin əsərlərinin diqqətəlayiq səviyyədə olduğunu, sərginin əslində elmi  incəsənətin kəsişdiyi hadisə olduğunu vurğulayıb.

Daha sonra Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev çıxış edərək ilk dəfədir alimlərin əsərlərindən ibarət sərgidə iştirak etdiyini çox maraqla qarşılandığını vurğulayıb. Bildirib ki, incəsənət alimlərin gərgin elmi yükünü bir qədər azaltmaqla, onlara ruhi rahatlıq verməklə yanaşı, eyni zamanda onların istedadını üzə çıxarır. Sərginin açılması sıradan bir hadisə deyil bu birbaşa AMEA rəhbərliyinin incəsənət sahəsinə olan ehtiramını marağını ifadə edir.

Çıxış edən Memarlıq İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki,  AMEA-nın 80 illik yubiley ilində bu sərgi mühüm hadisədir Akademiya daxilində keçirilən sərgiləri daxil etsək, bu artıq 25-cisidir. O qeyd edib ki, bundan əvvəl Akademiyada belə sərgilər olmuşdur orada müxtəlif sahələr üzrə alimlər, o cümlədən fizikaçı riyaziyyatçılar, filoloqlar öz əsərlərini nümayiş etdirmişlər. Alim bildirib ki, bu sərgi janr baxımından zənginliyi ilə seçilir. Burada həm yağlı boya, həm akvarel boya, kompüter qrafikası, bədii keramikadan istifadə olunub ölkəmizin baş sərgi salonunda təşkil edilmiş bu sərgi AMEA-nın Rəssamlar İttifaqının tarixində dərin iz buraxacaqdır.

Memarlıq İncəsənət İnstitutunun əməkdaşı, rəssam Leyla Məmmədkərimova Arxeologiya Antropologiya İnstitutunun kiçik elmi işçisi, rəssam Minayə Feyzullayeva çıxış edərək alim rəssamların əsərlərindən ibarət bu sərgini yüksək qiymətləndirib təşkilatçılara təşəkkürlərini bildiriblər.

Açılış mərasimindən sonra sərgi açıq elan edilib qonaqlar rəsm əsərlərinə tamaşa ediblər.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Akademiya əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vəcihə Səmədova adına Sərgi salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarətAkademiya rəssamlığı elmi idrakla bədii düşüncənin qovşağındaadlı sərgi bir həftə boyu davam edəcək.

 

Elm.- 2025.- 19 sentyabr, ¹28.- S.3.