Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın
aktual problemləri
Sentyabrın 12-də
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
Dövlət mükafatı
laureatı, Əməkdar
elm xadimi, “Xalqlar dostluğu”, “Şöhrət” və “İstiqlal” ordenli akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunan “Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın
aktual problemləri” adlı elmi sessiya keçirilib.
Əvvəlcə ədəbiyyatşünas alimin
elmi yaradıcılığından
bəhs edən sərgiyə baxış
olub.
Tədbiri giriş
sözü ilə
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru akademik İsa Həbibbəyli açaraq XX əsr Azərbaycan ədəbiyyatşünaslıq
elminin görkəmli simalarından olan akademik Bəkir Nəbiyevin zəngin fəaliyyətindən söz
açıb, onun fundamental əsərləri
ilə elmimizə böyük töhfələr
verdiyini, ədəbiyyatşünaslıq
elminin və ictimai fikrin inkişafında əvəzsiz
xidmətlər göstərdiyini
bildirib.
Akademik Bəkir
Nəbiyevi ustad ədəbiyyatşünas alim
kimi səciyyələndirən
AMEA rəhbəri onun
Firudin bəy Köçərli haqqında
yazılmış ilk
monoqrafik əsərin
müəllifi olduğunu
vurğulayıb. Qeyd edib ki, arxiv
materallarına əsaslanan
bu kitab zaman keçsə də dəyərini qoruyub saxlayır. Sözügedən nəşr,
alimin namizədlik və doktorluq dissertasiyaları, çoxsaylı
monoqrafiyaları ədəbiyyat
tarixçiliyi üzrə
bu gün də fundamental tədqiqatlardan biri kimi qəbul olunur.
Azərbaycan ədəbi-elmi ictimaiyyəti
tərəfindən akademik
Bəkir Nəbiyevin əsasən tənqidçi
ədəbiyyatşünas kimi qəbul edildiyini söyləyən
AMEA-nın prezidenti bildirib ki, alimin
ədəbi tənqidi
irsi ədəbiyyatşünalığımızın
yarım əsrdən
çox salnaməsini
təşkil edir. Onun müasirləri və klassikləri haqqında məqalələri,
sanballı elmi əsərləri yeni nəsil tədqiqatçılar
üçün qiymətli
mənbədir.
Akademik İsa
Həbibbəyli qeyd edib ki, taleyini
Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayan görkəmli alim AMEA-da müxtəlif vəzifələrdə çalışıb,
Nizami adına Ədəbiyyat İnstitutunda
kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrini tutub.
O, 1971-1987-ci illərdə Nizami
adına Ədəbiyyat
Muzeyinin direktoru, 1987-
2001-ci illərdə Ədəbiyyat,
Dil və İncəsənət bölməsinin
akademik-katibi, 2002-ci ildən
ömrünün sonunadək
isə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olub.
“Akademik Bəkir
Nəbiyev səmərəli
elmi-təşkilati fəaliyyətlə
yanaşı, yüksəkixtisaslı
kadrların yetişdirilməsində
də böyük əmək sərf etmişdir”, - deyə bildirən AMEA rəhbəri
onun rəhbərliyi altında çox sayda fəlsəfə və elmlər doktorlarının hazırlandığını,
alimin Azərbaycan filologiyasında mükəmməl
elmi məktəb yaratdığını vurğulayıb.
Akademik İsa
Həbibbəyli bugünkü
mərasimin AMEA-nın
80 illik yubiley tədbirləri çərçivəsində
keçirildiyini söyləyib.
O, bütün mənalı
ömrünü ədəbiyyat
elminin, mədəni düşüncəmizin inkişafına
sərf etmiş Bəkir Nəbiyevin gələcək nəsillərə
örnək və nümunə göstəriləcək
Azərbaycanın görkəmli
alimlərindən biri
olduğunu bildirib.
Ədəbiyyatşünas
alimin zəngin fəaliyyətinin Azərbaycan
dövləti tərəfindən
hər zaman yüksək qiymətləndirildiyini
söyləyən AMEA rəhbəri
onun “Əməkdar elm xadimi” fəxri
adına, “Şöhrət”
və “İstiqlal” ordenlərinə layiq görüldüyünü, Azərbaycan
Respublikasının Dövlət
mükafatı ilə
təltif edildiyini diqqətə çatdırıb.
Sonra Dünya
Söz Akademiyasının
İdarə Heyətinin
sədri professor Hayrettin İvgin çıxış edərək
akademik Bəkir Nəbiyevlə bağlı
xatirələrini bölüşüb,
onun zəngin mənəvi keyfiyyətlərindən,
xeyirxah əməllərindən
və yüksək vətənpərvərliyindən söz açıb. Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyat
tarixçiliyinin tədqiqi
istiqamətində fəaliyyətindən
danışan Hayrettin
İvgin bildirib ki, o, Azərbaycan ədəbiyyatşünaslıq elmində, türk xalqlarının mədəniyyət
tarixində elmi əsərləri ilə adını əbədiləşdirmiş
alimlərdəndir. Bəkir
Nəbiyev daim öz araşdırmalarında
çoxsaylı tarixi
mənbələrə, elmi
qaynaqlara üstünlük
verib. Onun mənalı ömür yolu və zəngin
elmi-ədəbi irsi yeni nəsillər üçün ibrətamiz
məktəbdir.
Daha sonra
AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
direktoru akademik Teymur Kərimli “Akademik Bəkir Nəbiyev: Böyük ədəbiyyatşünas alim”,
Ədəbiyyat İnstitutunun
baş elmi işçisi professor Qəzənfər Paşayev
“Azərbaycan ədəbiyyatşünaslıq
elminin ustad dərsləri”, şöbə
müdiri professor Asif Rüstəmli “Akademik Bəkir Nəbiyev və Azərbaycan ədəbiyyatı
tarixçiliyi”, Ədəbiyyat
İnstitutunun aparıcı
elmi işçisi fil.e.d., dos. Esmira Fuad “Səfərnamələrindən
görünən Bəkir
Nəbiyev” və aparıcı elmi işçi fil.ü.f.d. Əsmər Hüseynova “Akademik Bəkir Nəbiyevin tənqidçi
fərdiyyəti” adlı
məruzələrlə çıxış
ediblər.
Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs
edən videoçarx nümayiş etdirilib.
Sonda akademik Bəkir Nəbiyevin ailəsi adından çıxış edən oğlu Sadıq Nəbiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Elm.-
2025.- 19 sentyabr, ¹28.- S.4.