Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Lenin Bakını yandırmaq istəyirdi

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (Baksovetin üzvlərinin siyahısı)

 

   Bakı Ticarət Limanı İdarəsi

 

   Komissar - kapitan A.Klevtsov

   Sərnişin Daşıma Nizamlanması üzrə Komissiya

   Komissiyanın sədri - Jiyenti

   16 N-li körpünün komissarı - Kostin

   Dəmir yolu körpüsü komissarı - Semyonov

   Qaraşəhər rayonu komissarı - Kusmartsev

   Maliyyə komissarı - A.V.Kireyev

   Xəzinədarlıq komissarı - Çekalov

   Vergi palatası - Kovel-Bojinskiy

   Dövlət Bankı komissarı – Erzinkyan

 

   Bakı gömrük komissarlığı sədri - İ.Arxipitsev

   Şöbə müdirləri - A.T.Qolovan, M.Q.Koşelyev, M.Volkoviç, K.Poletayev

 

   Kredit müəssisələri komissarları

 

   Rus xarici ticarət bankı - N.İ.Juravlov

   Rus-Asiya bankı - Q.K.Yaralov

   Birləşmiş bank - T.Q.Arutyunov

   Volqa-Kamsk bankı - A.Q.Mirzoyev

   İrandakı hesab-borc bankı - M.N.Mosrepov

   Qafqaz bankı - Z.S.Xeyfets

   Bakı tacir bankı - İ.P.Qırtıxov

   Azov-Don bankı - Y.V.Petrov

   Petroqrad Beynəlxalq bankı - M.İ.Vitaşkin

   Tiflis Dvoryan-Torpaq bankı - A.S.Kolmanov

   Tiflis Ticarət bankı - M.İ.Molodkin

   Rus Ticarət-Sənaye bankı - M.U.Quskov

 

   Ədliyyə komissarlığı

 

   Komissar - Karinyan

   İstintaq komissiyası sədri - Ter-Qasparov

   Fövqəladə hərbi-istintaq komissiyası sədri - Kojemyaka

   Hərbi-istintaq komissiyası sədri - Ardişvili

   Cəzaçəkmə yerləri üzrə komissar - L.Dalin

   Xalq dairə məhkəməsi komissarı - Şaxtaxtinskiy

   Müsadirə edilmiş qiymətli əşyalar üzrə komissar - A.İoannisyan

   Xalq təsərrüfatı komissarı - İ.F.Fioletov

   Ərzaq komissarı - Tsibulskiy

   Komissar köməkçiləri - Kaplunov, İoannisyan, Avakyan, Roxlin

   Şəhər təsərrüfatı komissarı - doktor Nərimanov

   Tikinti şöbəsi müdiri - mühəndis N.Q.Bayev

   Torpaq şöbəsi, iüdiri - N.İ.Drujinin

   Maliyyə şöbəsi müdiri - Q.M.Qriqoryan

   Tibb-sanitariya şöbəsi, müdiri - doktor Slonevskiy

   Su kəməri şöbəsi, müdiri - M.S.Baqdaryan

   Təsərrüfat şöbəsi, müdiri - T.Q.Terequlov

   Əmək mühafizəsi şöbəsi, müdiri - Q.Qriqoryants

   Məktəb şöbəsi, müdiri - İ.İoanisyan

   Əmək birjası, müdiri - Forer

   Konka idarəsi, müdiri - mühəndis Boçinskiy

 

   Himayədarlıq komissarı - N.N.Nərimanov

            Köməkçisi - A.Serebrekyan

   Teatr və tamaşa zalları üzrə komissar - Serebrekyan

   Qaçqınlar üzrə iş komissiyası (məsul olanı göstərilməyib - T.Q.)

   Hərbi əsirlərin işi üzrə komissiya - komissar Baqdasarov

 

   Torpaq komissarı - M.H.Vəzirov

   Komissarın katibi - Korqtse

 

  Əmək komissarlığı

 

   Komissarlar - Y.Zevin və A.Zərgərov

 

   Maarif komissarı

 

   Komissar - N.N.Kolesnikova

   Mərkəzi Tibb-sanitar şurası

             Şuranın sədri - S.İ.Slonevskiy

 

   Üzvləri - Doktor A.İ.Məlikaşayev, doktor M.N.Bilenkiy, doktor İ.Q.Şpilberiz, doktor İsrafilbəyov

   Şuranın katibi - V.Y.Mamikonov

 

   Göründüyü kimi, 1919-cu ildə Bakı İcraiyyə Komitəsinin mətbəəsində nəşr olunmuş siyahıda məsul rəhbər işçilər arasında Nəriman Nərimanov, Məşədi bəy Əzizbəyov və Mirhəsən Vəzirovdan savayı soydaşımız yoxdur. Bəs onlar - "Hümmət"in təşkilatçıları buraya necə düşmüşdü? Məlum olduğu kimi, 1917-ci il iyunun 16-da "Hümmət" üzvlərinin P.A.Caparidzenin iştirakı ilə ümumi iclasında partiyanın yeni komitəsi yaradılmışdı. Komitənin tərkibində Nəriman Nərimanov (sədr), S.M.Əfəndiyev, M.N.İsrafilbəyov, A.B.Yusifzadə, B.M.Sərdarov, H.H.Sultanov və başqaları vardı. Müsavatçılara düşmən mövqeyində olan yeni hümmətçilər daşnakların və bolşeviklərin təsiri altında idilər. Həmin illərdə nə bolşevik, nə də "Hümmət"çi və "Ədalət"çi sıralarında adı çəkilməyən Mir Cəfər Bağırov 1954-cü ildə istintaq materiallarına bu şəkildə salınmışdır: "İstintaq müəyyənləşdirib ki, Bağırovun cinayətkar əksinqilabi fəaliyyəti hələ 1917-ci il fevral inqilabından dərhal sonra Qubada yaşadığı illərdə başlanıb. Bağırov bu cinayətkar fəaliyyətini ciddi-cəhdlə ört-basdır eləməyə çalışaraq, özünü 1917-ci ilin martından partiyanın üzvü, Qubada Sovet hakimiyyəti qurulmasında fəal iştirakçı, 1917-1921-ci illərdə əksinqilaba qarşı fəal mübariz kimi qələmə vermişdir. Lakin müəyyən edilmişdir ki, Bağırov 1917-ci ildə partiyanın üzvü olmamışdır. Bağırovun anket, tərcümeyi-hal və digər sənədlərində partiya sıralarına daxil olmaq üçün ona zəmanət verənlər kimi göstərilən N.A.Abramova, A.A.İnozemtseva, V.S.Narçemaşvili bildirdilər ki, Bağırov 1917-ci ildən partiyanın üzvü olmamışdır, onlar da ona zəmanət verməmişlər. 6 N-li xüsusi şöbənin kommunist özəyinin və 1-ci atıcı diviziyanın inqilabi tribunalının ümumi yığıncağının 1921-ci il 16 noyabr tarixli protokolunda Bağırovun dilindən yazılıb ki, o, partiyaya Bakı şəhərində 1918-ci ilin iyununda daxil olub. Bütün digər sənədlərdə isə partiyaya daxilolma tarixi 1917-ci ilin martı, yeri isə Quba şəhəri göstərilir. Bu məsələ ilə bağlı sorğuya müttəhim Bağırov bir-birilə düz gəlməyən dolaşıq bir ifadə verib bildirdi ki, heç özüm də bilmirəm, necə olub ki, mən sənədlərdə 1917-ci ildən partiyanın üzvü kimi qeyd olunmuşam" (Bax, Mir Cəfər Bağırovun məhkəməsi. Bakı. "Yazıçı" nəşriyyatı, 1993, səh. 14-15).

   Araşdırmalar göstərir ki, hələ gənclik illərində Mir Cəfər Bağırov müstəqillik uğrunda mübarizə aparanların mənafeyini müdafiə edənlərin yanında olmuşdur. O yaxşı dərk edirdi ki, Bakı Soveti İcraiyyə Komitəsi bilavasitə rus bolşeviklərinin və daşnakların əlində oyuncaqdır. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Komitəsi ilə "Daşnaksutyun" arasında işbirliyi vardı. 1905-ci ilə Bakıda türk-erməni qırğınını "proletar inqilabı", Mirzə Ələkbər Sabiri "proletar şairi" kimi qiymətləndirənlər 1918-ci il martın 20-də Novruz bayramı axşamı bolşeviklərin və daşnakların törətdiyi soyqırımı "müsavatçıların qiyamı" kimi tarixə sırıyırdılar.

   Daşnakların qənimi Mir Cəfər Bağırova 1954-cü ildə məhkəmə quranların davamçıları 1982-ci ildə yazırdılar: "Martın 29-da Bakı limanından Lənkəran əksinqilabçılarına köməyə gedən "Dikaya diviziya" hissələri oraya göndərilən Qırmızı qvardiyaçılara atəş açdı. Bakı Sovetinin tələbi ilə "Dikaya diviziya" əsgərləri tərksilah edildi. Martın 30-da müsavatçılarla Bakı Soveti arasında "Dikaya diviziya"nın silahlarını qaytarmaq haqqında danışıqlar başlandı. Danışıqlar zamanı müsavatçılar Şamaxı (indiki C.Cabbarlı) və Tatarski (indiki Krupskaya) küçələrində sovet qoşun hissələrinə atəş açdılar. Azərbaycanda vətəndaş müharibəsi başlandı. Müsavat qiyamının yatırılmasına rəhbərlik etmək üçün martın 30-dan 31-nə keçən gecə (köhnə təqvimlə martın 20-dən 21-nə - T.Q.) N.Nərimanov, S.Şaumyan, P.Caparidze və başqalarından ibarət İnqilabi Müdafiə Komitəsi yaradıldı. Sovet qoşlunları martın 31-də (21-də - T.Q.) qəti hücuma keçdi". (Bax: Azərbaycan Sovet Ensiklopediyası, VI cild, Bakı, 1982, səh. 375)

   Arxiv materialları göstərir ki, 1918-ci ildə Azərbaycanda vətəndaş müharibəsi deyil, azərbaycanlılara qarşı soyqırım başlanmışdır. Azərbaycan türklərinin soyqırımına başda Şaumyan və Caparidze olmaqla Bakı Sovetinin Nəriman Nərimanov və Məşədi bəy Əzizbəyovdan savayı, bütün əməkdaşları, ilk növbədə daşnaklardan A.Arakelyan, A.Ter-Karapetyan, M.Yolçuyan, S.Tumanyants, X.Qriqryants, T.Korqanov, S.Markaryan, T.Arutyunov, İ.Fioletov və başqaları bilavasitə iştirak etmişlər. Məsələn, Arsen Əmiryan və Qriqori Korqanov "İsmaliyyə" binasının yandırılması əməliyyatına başçılıq etmişlər. Azərbaycanı Azərbaycan türklərindən təmizləmək kimi çirkin planın həyata keçirilməsində Rusiyanın Qafqaz işləri üzrə fövqəladə komissarı S.Şaumyanın dayağı kimlər idi? Lenin və "Daşnaksutyun" partiyasının liderləri.

   1918-ci ilin Novruz bayramı axşamı Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Leninin göstərişi ilə Saritsindən Bakıya göndərilən 2 hərbi təyyarə Bakının azərbaycanlılar yaşayan məhəllələrini havadan bombaladılar. Dənizə yaxın Abşeron kəndləri isə toplardan atəşə tutuldu. Rusiya bolşeviklərinin rəhbəri Zaqafqaziyanı S.Şaumyana, Bakı neftini S.M.Ter-Qabrielyana həvalə etmişdi. Qafqaz daşnaklara, Bakı nefti ruslara məxsus olmalıydı. Lenin, Şaumyan və Qabrielyan hətta lazım gələrsə, Bakı ərazisini tamamilə yandırmağı qərara almışdılar.

   Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində bu günlərdə tanış olduğumuz bir sənəd aşkar ortaya qoyur ki, 1918-ci il iyun ayının 3-də S.Şaumyanın silahdaşı Ter-Qabrielyan Moskvaya yola düşmüşdür. O, iki gündən sonra, iyunun 5-də Rusiya Xalq Komissarları Sovetində Bakı Soveti hərbi-dəniz hava qüvvələri komissarı T.Korqanovun müraciətini rus hökumətinə çatdırmışdır. V.Leninin göstərişi ilə Ümumrusiya Fəhlə-Kəndli Qırmızı Ordu Kollegiyasının Moskva Silah artilleriya idarəsi tərəfindən təcili olaraq Bakıya hava hücumu dəstələri üçün 10 və 25 funtluq min ədəd bomba göndərilmişdir.

   Azərbaycanın unudulmaz xalq yazıçısı və salnaməçisi Qılman İlkin "Bakı və bakılılar" kitabında ("Nurlar" nəşriyyatı, 2006, səh. 3690-364) yazırdı: "Krasnovodskdan Sovetlər üçün göndərilən silahlar, hərbi sursat əslində daşnakların sərəncamına keçirdi. Bu silahların çox hissəsi Mantaşovun zavodunda və Parapet yanındakı erməni kilsəsinin zirzəmisində gizlədilirdi. Martın 19-da daşnaklar Suraxanıda, Əmircanda və Bülbülədə zirehli avtomobillərin köməyi ilə əhalinin qanını axıtdı. Yaradılmış inqilabi müdafiə komitəsinin təkribində Şaumyanla yanaşı, "Daşnaksutyun" partiyasının Bakı təşkilatının lideri S.Məlik-Yolçuyan, Bakıda sağ eserlərin lideri S.Saakyan da daxil idi. Şaumyan 1918-ci il aprelin 13-də mart hadisələrindən bəhs edərkən yazırdı ki, "6 min sovet və 3-4 min daşnak milli hissələri Bakıda müsavatçıların təşkil etdikləri qiyamı yatırmışdır". Əslində Bakıda müsavatçıların heç bir qiyamı olmamışdı. Bu, Şaumyanın qızıl qvardiya dəstələrinin erməni hərbi hissələri ilə birlikdə fitnəkarlığa qarşı azərbaycanılalırın cıxışı idi. Bakı xalq komissarları sovetində ədliyyə naziri işləmiş Artaşes Karinyan sonralar ""Bakı kommunası" və "Daşnaksutyun"" sərlövhəli məqaləsində yazırdı: "Bakı sovet ordusu milli hissələrinin komanda heyəti inqilabın qarşısında duran vəzifələrə və kommunist partiyasına yabançı idi. Daşnak Avetisova, Hamazaspa, Bek-Zurabova oruya komandanlıq etmək həvalə olunmuşdu"..."

 

 

Teyyub Qurban

 

Ekspress.-2010.- 25-27 dekabr.- S. 13.