Məişət zorakılığı... Qanun qadını qorusunmu?

 

"Arvadını döyən ata gələcəkdə qızının əri tərəfindən döyülməsini normal qarşılayır"

 

Son günlər məişət zorakılığı haqqında tez-tez eşitməyə başlamışıq. Nədir məişət zorakılığı bu zorakılığa kimlər məruz qalır? "Məişət zorakılığı haqqında" Qanuna ehtiyac varmı? Yazıda bu suallara cavab tapmağa çalışacağıq.

   Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovaya görə, "məişət zorakılığı" dedikdə beynəlxalq termin kimi ailədaxili zorakılıq başa düşülür. Yəni, bir ailə üzvü digər ailə üzvünü öz nəzarəti altında saxlamaq istəyir. Zorakılıq əsasən fiziki, psixoloji, iqtisadi cinsi cəhətdən ola bilər.

   Fiziki zorakılıqda söhbət döyülməkdən gedir. Psixoloji zorakılıqda qadın özünə qəsd həddinə qədər çatdırıla bilər. İqtisadi zorakılıq - evi maliyyələşdirən bir nəfər hegemon qüvvəyə çevrilir. Həm fiziki, həm iqtisadi zorakılıq olduqda qadının işi daha da çətinləşir: "Bizə bir qadın müraciət etmişdi. Onun həyat yoldaşı hüquq-mühafizə orqanlarından birində çalışırdı. Qadının 2 oğlu var idi onlar pullu liseylərdə oxuyurdular. Qadın mütəmadi olaraq döyülürdü. Əri polis olduğundan qadının şikayət ərizəsi qəbul edilmirdi. Digər tərəfdən, qadın bilirdi ki, uşaqlarını iqtisadi cəhətdən təmin edə bilməyəcəkdi. Ailədə iqtisadi zorakılıq olduqda qadın susmağa məcburdur".

   Cinsi zorakılıqda isə zorlanmalardan söhbət gedir. M.Əzizovanın dediyinə görə, onlara daha fiziki psixoloji zorakılığa məruz qalanlar müraciət edirlər.

   "Məişət zorakılığı haqqında" qanun layihəsinə toxunan mərkəz rəhbərinə görə, bu qanun daha çox kişilərə sərf etmir: "Məişət zorakılığı ilə bağlı qanun layihəsi müzakirə olunmağa başlayanda Milli Məclisdə kişilər üstünlük təşkil etdiyindən mən onun qəbul ediləcəyinə inanmırdım. Bu qanun daha çox kişilərə sərf etmir. Onların arqumentlərinə görə, əgər mən oğlumu vursam, o, sabah gedib məni məhkəməyə verəcək?. Yaxud mən xanımıma bir söz desəm, məhkəməyə müraciət edəcək? Bunlar hamısı primitiv düşüncədir. Digər tərəfdən, deputatlar bu qanunun qəbul edilməsini ailədə boşanmaların sayının artmasına səbəb olacağını düşünürlər. Amma bu qanun qəbul edildikdən sonra boşanmaların sayı azala bilər. Belə ki, zorakılıq törədən insanın bu gün məsuliyyətdən kənarda qalması onun ailədə daha çox zor tətbiq etməsinə gətirib çıxarır. Ancaq qanun bunu tənzimləyər. Qanun zorakılığı tənzimləməklə qalmaz, boşanmaların da sayı azalar".

   Əsas məsələnin təhlükəsizlik olduğunu bildirən müsahibimiz son zamanlar ərləri, keçmiş həyat yoldaşları tərəfindən qətlə yetirilən qadınların sayının artdığını bildirir. Eləcə cəzaçəkmə müəssisələrində öz həyat yoldaşlarını öldürən qadınların da sayı artır. Bu faktların ailə zorakılığı ilə bağlı qanunun qəbulunu labüdləşdirdiyini deyən M.Əzizova "qanun həm ailəni qoruyar, həm qadınların uşaqların təhlükəsizliyini təmin edər", - söyləyir.

 

   Ağır psixoloji durum, döyülən ana uşaqlıq...

 

   "Uşaqlarda vəziyyət bir az ayrı cürdir. Son zamanlar ailələrdə narkoistifadəçi, eləcə də alkoqol qəbul edən ata-anaların sayı artır", - deyən müsahibimizə görə, ümumiyyətlə, uşaqların gözü qarşısında fiziki, yaxud da psixoloji zorakılıq varsa, bu da uşaqların psixoloji sağlamlığını çox böyük zərbə altında qoyur. Onun sözlərinə görə, ailədə zorakılıq görən uşaqlar daha çox özlərinə qəsd edirlər. Zorakılıqla üzləşən qadınların "uşaqlarıma görə dözürəm" deməsini doğru saymayan M.Əzizova hesab edir ki, mübarizəni elə uşaqlara görə aparmaq lazımdır. "Çünki söhbət uşaqların gələcək həyatından, onların psixoloji durumundan gedir. Yetkinlik dövründə olan yeniyetmələr zorakılığa qarşı özlərinə qəsd yolunu da seçə bilərlər".

   Dediyinə görə, uşaq valideynlərindən diqqət görməyəndə, problemləri haqqında onlara danışa bilməyəndə də intiharı düşünür. "Uşaq ölmək istəmir və o fikirləşmir ki, ölə bilər. Bu adımı atmaqla atası ilə anasını bir araya gətirmək, problemləri çözməyə çalışır".

 

   "Qadınlara qarşı törədilən qətllər "namus üstündə oldu" ifadəsi altında pərdələnir"

 

   ""Öləndə də var, öldürəndə də" deyimini yada salsaq, ola bilərmi ki, zorakılıqla üzləşən insanın bu zülmdə payı olsun", - sualını cavablandıran ekspert deyir ki, zorakılığa məruz qalan insanın səhvindən asılı olmayaraq heç kəsə haqq verilmir ki, zor tətbiq etsin: "Qadınlara qarşı törədilən qətllər "namus üstündə oldu" ifadəsi altında pərdələnir".

   Polisə müraciət edən qadınlara ictimaiyyət arasında normal münasibət bəslənmədiyini, bəzən polislərin də bu qadınların ərizələrini ciddiyə almadığını deyən M.Əzizova belə bir hadisənin şəxsən şahid olduğunu vurğuladı: "Çox vaxt polis idarəsində qadın normal qəbul edilmir və ərizələri də qeydiyyata alınmır. Bunu şəxsən mən özüm görmüşəm. Ya şikayətçi qadını küçədə gözlətdirir, ya onu təhqir edirlər ki, utanmırsan ərindən şikayət edirsən? Elə də olur ki, ərizə qəbul olunur və qadının ərini polis idarəsinə çağırırlar. Burada ondan rüşvət alınır və bağlanır. Bunu da barışıq kimi sənədləşdirirlər. Qadın çıxış yolu tapa bilmir və özünəqəsdi seçir".

   Bir neçə il əvvəl Cənub bölgəsində iki qadının özünə qəsd etdiyini xatırladaraq, bu hadisələrin ssenarisinin eyni olduğunu deyir: "Qadınlar həyat yoldaşları tərəfindən döyülürdü. Oğlana heçdeyilmirdi. Qadınlar öz ailələrinin üstünə gedir, onları da hər dəfə geri qaytarırdılar. Axırda hər iki qadın eyni üsulla - üstlərinə benzin tökməklə özlərini yandırmışdılar. Çünki çıxış yolu tapmamışdılar", - deyən həmsöhbətimiz öz hüquqlarını bilən insanların da bu hüquqları necə qorumalı, hara müraciət etməli olduqlarını bilmədiklərini söylədi: "Bəzi hallarda isə buna sadəcə iradələri çatmır".

 

   Qadının qadına qarşı zorakılığı da mövcuddur

 

   Müsahibimizin sözlərinə görə, qadın qadına qarşı daha qəddar və aqressiv ola bilər: "Bəzən gəlin-qayınana, gəlin-baldız arasında olan problemlər zorakılıq səviyyəsinə qədər gəlib çıxır. İki qadın bir-birini bağışlamaq istəmir və bir-birinə münasibətdə çox aqressiv olurlar".

 

   "Qanunu əngəlləmək mənasızdır"

 

   Deputat Fazil Mustafanın sözlərinə görə, gender bərabərliyi Azərbaycan kimi cəmiyyətlərdə müəyyən problemlər yaradır: "Əgər belə bir qanunun qəbulu mümkün olarsa, ailəiçi ənənəvi münasibətlərin zədələnməsi baş verə bilər. Bu da bizim üçün, ümumiyyətlə, cəmiyyət üçün narahatçılıq yaradar. Qadınlar öz həyat yoldaşlarını məhkəməyə, polisə verə bilərlər. Kişilərlə qadınlar arasında ailədə və başqa məsələlərdə problemlər çıxa bilər".

   Qanun layihəsinin MM-də müzakirəsi zamanı deputatların bu kimi problemləri əsas gətirdiklərini deyən deputat qanunu əngəlləməyin mənasız olduğunu da bildirdi.

   "Ailəiçi münasibətlərin ən xırda incəliklərinin qanun müstəvisində araşdırılması müəyyən çətinliklər yarada bilər. Amma bu imkanın verilməsi, bu hüququn mövcudluğu müəyyən qanunsuzluqların aradan qaldırılmasına kömək də edə bilər", -deyən F.Mustafa qadınların müdafiə imkanlarının kişilərdən az olduğunu vurğuladı: "Mən də onu fikirləşirəm ki, hüququn verilməsi hələ onun istifadə olunması deyil. Profilaktika üçün bu məsələ faydalı ola bilər. Faydalı olduğu halda ondan niyə imtina olunmalıdır".

   Mentalitet tabularının çox işlədildiyini, bu tabuların pozulmasında isə kişilərin daha çox rol oynadığını deyən deputat qadağanın olmasını imtiyaz kimi qəbul etdiklərini söylədi.

 

   Əxlaq, yoxsa faciə...

 

   Millət vəkili İlyas İsmayılovun fikrincə, Azərbaycan mühitində qadınlar ailədəki problemlərdən çox şikayətçi olmaq istəmirlər. Məsələnin ailə içində həll olunmasına çalışırlar: "O, Avropa qadını deyil ki, problemini məhkəməyə çıxarsın. Mentalitet var və ailənin qorunmasının müsbət tərəfləri də var. İctimai müzakirələrə çıxarılan hər şey həmişə effektiv nəticələnmir".

   Qadına qarşı törədilən zorakılıqlara gəlincə, həmsöhbətimiz cəmiyyətdə həmişə istisnaların olduğunu deyir: "Məhkəməyə müraciət etmək Azərbaycan qadınının əxlaqına xas deyil. Qəzəblənən bir adam sonradan sakitləşir və ailənin saxlanmasına çalışır. Azərbaycanlılar üçün anadan müqəddəs heçyoxdur. Mən bunu həmişə hiss etmişəm. Həyat yoldaşı namus timsalıdır. Qız ailəyə mülayimlik gətirir. Gəlin ailənin ən sevimli adamıdır. Bütün obrazlarda qadın bizim üçün əziz bir adamdır. Ayrı-ayrı istisnaların olması Azərbaycan üçün xarakterik deyil".

   Bütün bunlara baxmayaraq, qadınların hüquqlarının müdafiəsi üçün lazımi təşkilatların yaranmasının tərəfdarı olduğunu deyən İsmayılov, "qadın cəmiyyətdə əziz tutulmasa inkişaf edə bilmərik", - söyləyir.

 

   "Qanunun işlənmə mexanizmləri olmasa kağız üzərində    qalacaq"

 

   Digər deputat İqbal Ağazadə bütün millət vəkillərinin məişət zorakılığının əleyhinə olduğunu dedi. Qanun layihəsinin növbəti oxunuşda keçəcəyini söyləyən İ.Ağazadə bəzi maddələrin yenidən işlənməyə ehtiyacı olduğunu bildirdi: "Həmin iradlar aradan qalxdıqdan sonra bu qanun layihəsi keçəcək".

   İ.Ağazadənin fikrincə, məişət zorakılığı dedikdə ailə-məişətdə qadınların hüquqlarının tapdalanması və ona zorakılığa qarşı mübarizə tədbirlərinin formalaşdırılması nəzərdə tutulur. "Ümumilikdə bu qanunun ruhu Azərbaycanın qanunçuluq məfkurəsi və fəlsəfəsi ilə uyğundur. Çünki söhbət insan haqlarının qorunmasından gedir. Ola bilsin ki, mental dəyərlər və s. bu istiqamətdə kimlərisə narahat edir. Yaxud da məişət zorakılığından söhbət gedəndə daha çox qadınlardan danışılır deyə, bəzi kişilərdə qıcıq doğura bilər. Bütövlükdə məişət zorakılığı anlayışı bütün dünyada varbu zorakılıqdan bütün sferalarda əziyyət çəkən qadınlardır. "Məişət zorakılığı haqqında" qanun qadına daha çox diqqət ayrılması və tədbirlər görülməsi ilə bağlıdır".

   Qanunun qəbulundan sonra Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilə biləcəyini vurğulayan İ.Ağazadə hesab edir ki, İnzibati Xətalar və Cinayət Məcəlləsində bu əlavələr olmasa, o zaman qanun işləməyib, kağız üzərində qalacaq: "Ər "əstəğfürullah" Allah deyil ki, o da insandır. Ər qadına qarşı zorakılıq edirsə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, ərdən də şikayət etmək olar. Bu, normal bir şeydir. Ərə Azərbaycanın Konstitusiyası, digər qanunlarla heç bir əlahiddə status verilməyib. Kimsə ailədə də qadının hüquqlarını pozmamalıdır. Bilirsiniz, əvvəlindən ailədə, nikah məsələsinin başlanğıcından proseslər düzgün qoyulmayıb. Qanunvericilik bazası təkmil deyil", - deyən Ağazadə bu istiqamətdə də qanunvericilik bazasını təkmilləşdirilməsinə ehtiyac duyur.

   Boşanma hallarına diqqət çəkən müsahibimizə görə, boşanmalar zamanı üzə çıxan əsas problemlərdən biri nikahların olmamasıdır. "Vətəndaşlar nikaha molla kəbini ilə girirlər. Boşanmadan sonra qadına heçdüşmür. Bu da qadının hüquqların tapdalamaqdır. Elə olur ki, ər qadınla nikaha girmir, yəni, onu həmin quruma aparmır. Bunu üçün də Ailə-Nikah Məcəlləsində bir prosedura olmalıdır. Öncədən bağlanmış razılaşmalar olmalıdır. Ailədə uşaq da varsa, ona düşən əmlaka qədər hər detal nəzərə alınmalıdır".

   Millət vəkili nikah müddətində əldə olunan əmlakın bölünməsi, nikahdan əvvəlki əmlakın bölünməsində ərə və yaxud da arvada müəyyən üstünlüklər verdiyini, amma qarşılıqlı nikaha girərkən öhdəliklər götürüldüyünübu öhdəliklərin də məsuliyyəti bir az da artırdığını dedi: "Bütün bunlardan sonra məişət zorakılığı da boşanma həddinə getmir. Kişiöz gücündən istifadə edib qadına qarşı zorakı ola bilmir. Çünki qadın boşanmaq istəyərsə, kişi nələrdən keçməli olacağını bilir. Bütün bunlar təkmil qanunvericilik bazasından asılıdır".

 

   Qanun qarşısında    hər kəs bərabərdir

 

   Cəmiyyətin qanunun tələblərini yerinə yetirməyə hazır olduğunu söyləyən deputat anormaldünya praktikasında həyata keçirilməyən qanunlar qəbul etmədiklərini vurğuladı: "Bu, əslində boş bir fəlsəfədir. Bəzən deyirlər ki, biz filan şeyə hələ hazır deyilik. Filan şeyə hazır olmasaq da qanunun vəzifəsi hazırlamaqdır. Vətəndaşın vəzifəsi qanuna riayət etməkdir. Hər kəs bilməlidir ki, qadınların da hüquqları var. Qanun qarşısında isə hər kəs bərabərdir".

   Onun fikrincə, arvadını döyən ata, qızının əri tərəfindən döyülməsini normal qarşılayır. "İnsan döyülmək, fiziki zorakılıq, mənəvi işgəncələr üçün deyil. İnsanla insan kimi davranmaq lazımdır. İnsan ailə həyatını ona görə qurmur ki, kimsə kimisə şapalaqlasın, kimsə kiminsə üstündə hegemonluq etsin. Ailə həyatı onun üçün qurulur ki, bərabər hüquqlarla insan kimi yaşasınlar. Bir-birilərinin tələblərini ödəyə-ödəyə, qarşılıqlı anlaşma şəraitində yaşasınlar. O tipli münasibətlər olmayan yerdə hansı uşaq normal böyüyə bilər və sabah o uşaq cəmiyyətə nə verə bilər?"

   İ.Ağazadə onu da vurğuladı ki, qanunun çatışmayan tərəfləri maddələr arasında icradan doğan problemlər və boşluqlardır. "Mən bu qanunun qəbul edilməsinə səs vermişəm", - deyə sonda İ.Ağazadə bildirdi.

 

   

Aytən FƏRHADOVA

 

Ekspress.- 2010.- 14 iyul.- S.5.