"Aktyorun yubileyi

 

Lütfəli Abdullayevin 95 illiyi ilə əlaqədar film çəkilib

 

Mərhum xalq artisti Lütfəli Abdullayevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçiriləcək.

Mədəniyyət Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə mərhum aktyorun həyat yaradıcılığına həsr edilmiş "İkinci ömür" sənədli filminin təqdimatının keçirilməsi nəzərdə tutulur. Filmin rejissoru Gülnarə Abdullayevadır.

Tədbir iyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.

 

 

Ekspress.- 2010.- 8 iyun.- S. 10.