Bəşir Səfəroğlu anıldı

 

Dünən ölməz yumor ustası Bəşir Səfəroğlunun anadan olmasının 85-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi, mədəniyyət incəsənət xadimləri onun Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.

Mərhum axşam Dövlət Musiqili Komediya Teatrında da anılıb. Bəşir Səfəroğlunun qızı və sənətdə davamçısı olan xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Bankir adaxlı" (E.Sabitoğlu, T.Vəliyeva) tamaşası göstərilib. Teatrın foyesində isə Bəşir Səfəroğlunun yubileyi münasibətilə hazırlanan fotosərgi təşkil edilib.

Qeyd edək ki, Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib.

  

 

AYXAN

 

Ekspress.- 2010.- 12 mart.- S. 14.