Saakaşvili Zəlimxan Yaqubu "Şöhrət"ləndirdi

 

Xalq şairi Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə təltif olunub

 

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Gürcüstan prezidenti Mixail Saakaşvilinin imzaladığı sərəncama əsasən "Şöhrət" ordeni ilə təltif olunub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, orden dünən Tiflisdə keçirilən tədbirdə Gürcüstanın Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze tərəfindən Zəlimxan Yaquba təqdim edilib.

Gürcüstan prezidenti Z.Yaqubu Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə "Şöhrət" ordeni ilə təltif edib.

Qeyd edək ki, bu günlərdə xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun 60 illik yubileyi qeyd olunur. Bununla bağlı Gürcüstanda da bir sıra yubiley tədbirləri keçirilir.

 

 

Ekspress.- 2010.- 4 may.- S. 10.