Bu gün paytaxtda Kıtab bayramıdır

 

Bu gün Müslüm Maqomayev adına Aərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə "Kitab bayramı-2010" adlı tədbirin açılış mərasimi keçiriləcək. İdarədən APA-ya verilən məlumata görə, bayramda 20-dən çox mövzunu əhatə edən 2056 adda 29260 nüsxə kitab sərgilənəcək. Tədbirdə Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin şəbəkəsinə daxil olan kitabxanalarla yanaşı, Bakı Kartoqrafiya Fabriki, M.Seyidzadə adına kitabxana-mağaza, "Əli Nino" Kitab Evi, Kitab Klubu, Bakıda fəaliyyət göstərən “Qlobal Publishing”, “Nurlar”, "Beşik", "Şərq-Qərb", "Xəzər", "Çinar-çap" "Qanun" nəşriyyatlarının kitablarının sərgi satışı da təşkil olunacaq. Burada qonaqlar həm sərgilənən kitablarla tanış ola, həm bəyəndikləri kitabları əldə edə biləcəklər.

"Kitab bayramı-2010"da Bakı şəhər musiqi məktəbləri mədəniyyət evlərinin kollektivləri, Bakı Uşaq Teatrı, "Cəngi", "Aysel" "Şəms" rəqs qrupları çıxış edərək bayrama musiqi nömrələri ilə rəng qatacaqlar. Tədbir iştirakçılarına xatirə hədiyyələri təqdim oluna-caq. Tədbirə Mədəniyyət Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Qəbələ Konserv Zavodu, "Azersun Holding" MMC, "Orli-servise" təşkilati dəstək verib.

 

 

Ekspress.- 2010.- 26 may.- S. 14.