MDB-nin ilk kino festivalı
Tiflisdə keçirilən festivalda Azərbaycanı
"Milli bomba" təmsil edib
Tiflisdə Rusiya və digər MDB ölkələrinin
ilk kino festivalı keçirilib. "APA"-nın Gürcüstan
mətbuatına istinadən
yaydığı xəbərə
görə, festival MDB ölkələri
Humanitar Əməkdaşlıq
Dövlətlərarası Fondunun dəstəyi,
Tiflis İncəsənət və Mədəniyyətlərarası
Beynəlxalq Fondunun və Moskvanın "Kino
Proses" Prodüser Mərkəzinin təşkilatçılığı
ilə baş tutub. Festivalın prezidenti kinorejissor
Eldar Ryazanovdur. "Rustaveli" kinoteatrında
keçirilən festivalda
Azərbaycanı kinorejissor
Vaqif Mustafayevin "Milli bomba" filmi təmsil edib.
Qeyd edək ki, festivala həsr olunmuş mətbuat konfransında digər rejissorlarla yanaşı, Vaqif Mustafayev də iştirak edəcək. Festivalın nəticələri noyabrın 8-də açıqlanacaq.
AYXAN
Ekspress.-2010.- 3 noyabr.-
S.14.