Mənsum İbrahimovun 50 illiyi dövlət səviyyəsində qeyd edildi

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun 50 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Azərbaycan prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunan xalq artistinə mədəniyyət turizm naziri Əbülfəs Qarayev tərəfindən orden təqdim edilib.

Nazir Mənsum İbrahimovun yaradıcılığından söz açıb, onun Azərbaycan səhnəsində ən uzunömürlü Məcnun olduğunu vurğulayıb: "Hər bir azərbaycanlı sevinir ki, bu Vətənin Mənsum İbrahimov kimi sənətkarı var. O, həm insanlığı, həm də sənətkarlığı ilə xalqın böyük sevgisini qazanıb. Ona bu ordeni təqdim etməkdən şərəf duyuram".

Gecədə Mustafa Çəmənlinin ssenarisi əsasında hazırlanan, Mənsum İbrahimovun həyat yaradıcılığına həsr edilmiş "Zirvəyə ucalan səs" sənədli filminin nümayişi təşkil edilib.

Akademik Vasim Məmmədəliyevin aparıcılığı ilə keçən yubiley tədbirində çıxış edən akademik Bəkir Nəbiyev Mənsum İbrahimovun ifasını dinləyəndə yorulmadığını, özünü göydə hiss etdiyini vurğulayıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, Milli Musiqi Konservatoriyanın rektoru, xalq artistləri Siyavuş Kərimi, xanəndələr Arif Babayev, Canəli Əkbərov, Əlibaba Məmmədov başqaları yubilyarı təbrik edib, ona arzularını bildiriblər.

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Zabit Nəbizadə, Səbuhi İbayev, Təyyar Bayramov digərlərinin ifaları dinlənilib.

   Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi də nümayiş etdirilib.

   Yubiley tədbiri xalq artisti Mənsum İbrahimovun ifası ilə başa çatıb.

Qeyd edək ki, Mənsum İbrahimovun 50 illik yubileyi münasibətilə növbəti tədbir doğulub boya-başa çatdığı Ağdamda keçiriləcək.

Xanəndənin sözlərinə görə, bununla bağlı artıq Ağdam Rayon İcra Hakimiyyətinin təklifini alıb: "Yubiley tədbiri yaxın günlərdə, təxminən bir həftədən sonra baş tutacaq. Mən Ağdamda, xüsusən də cəbhə bölgəsində bu tədbirin təşkil olunmasını çox vacib hesab edirəm. Çünki Ağdam da, erməni tapdağında olan digər rayonlarımız da əzəli Azərbaycan torpaqlarıdır. Qoy hamı bilsin ki, Qarabağ bizim torpağımızdır, bizimolacaq".

Mənsum İbrahimov onu da bildirib ki, yubiley tədbirlərinin sonu olaraq dekabr ayında Heydər Əliyev Sarayında solokonsert verəcək.

 

 

AYXAN

 

Ekspress.- 2010.- 4 noyabr.- S. 14.