Teatr
biliciləri Bakıya toplaşır
Dünən Bakıda Beynəlxalq Teatr Konfransı işinə başlayıb.
Noyabrın 12-də konfransda Avropa, Asiya və
Amerikanın tanınmış
teatr mütəxəssislərinin,
rejissor və dramaturqlarının, kulturoloqlarının
iştirakı nəzərdə
tutulub.
Azərbaycanda
ilk dəfə keçirilən Beynəlxalq
elmi-praktik konfransın dəvətliləri
sırasında ABŞ, Kanada, Türkiyə,
İngiltərə, Fransa, Almaniya,
Gürcüstan, Rusiya,
Belorus, Estoniya, Özbəkistan,
Tacikistan, Qazaxıstan,
Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan,
Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış
teatr simaları var.
Azərbaycan Teatrının İnkişafı Dövlət Proqramında belə elmi-praktik konfransların
mütəmadi,
daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulub.
Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərslərinin və
treninqlərin keçirilməsi planlaşdırılır. Proqram üzrə ilk treninq dünən Akademik Milli Dram Teatrında keçirilib. Teatrın kiçik səhnəsində
teatr tənqidi üzrə Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının baş
katibi Mişel Vais (Kanada), daha sonra UNESCO-nun nəzdində fəaliyyət
göstərən teatr
təhsili və təlimi üzrə komissiyanın vitse-prezidenti
Piter Qoldfarb (ABŞ) teatr sənəti haqda maraqlı təlimlər keçib.
Eyni vaxtda, teatrın Bədii Şura otağında teatr rəssamlığı və
geyim rəssamlığı
haqda seminarlar ABŞ-dan gəlmiş mütəxəssislər İosif
Yusupov və İrina Krujilina tərəfindən keçirilib.
Novbəti seminarlar bu gün
eyni məkanda davam edəcək.
AYXAN
Ekspress.- 2010.- 9-10 noyabr.- S. 14.