Gənc rəssamların "X nöqtəsi..." Muzey Mərkəzində daha bir sərgi

 

   Dünən Muzey Mərkəzində Azərbaycan rəssamlarının "X nöqtəsi..." adlı sərgisinin açılışı keçirilib.

 

   APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mədəniyyət Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bildirib ki, sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Qalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah Gündüz Ağayevin əsərləri nümayiş etdirilir: "10 il bundan əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradılması Azərbaycan rəssamlarının sırasına bir çox istedadlı gənclərin qatılmasına səbəb olub. Akademiyanın, eləcə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin məzunları bir çox sərgilərdə uğurla iştirak edərək öz istedadlarını, bilik bacarıqlarını nümayiş etdiriblər".

   Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov bildirib ki, bu sərginin keçirilməsində məqsəd artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək vermək, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim etməkdir: "Adları qeyd edilən rəssamlar ciddi-cəhdlə irəli getməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. Konsepsiyaya görə, sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur".

   Sərginin nümayişi noyabrın 14-dək davam edəcək.

 

 

   Ekspress.- 2010.- 9-10 noyabr.- S. 14.