Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi konfrans

 

Noyabrın 19-da Azərbycan Bəstəkarlar İttifaqında "Ü.Hacıbəyli: Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə" mövzusunda elmi konfrans keçirilib

Tədbiri açan ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir bəyin yaradıcılığında muğamın rolundan danışıb.

Daha sonra isə sənətşünaslıq doktoru, professor Zemfira Səfərova "Səfiəddin Urməvinin (XIII əsr) və Üzeyir Hacıbəylinin (XX əsr) risalələrində bəzi lad problemlərinin müqayisəli təhlili", sənətşünaslıq namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Cəmilə Həsənova "Azərbaycan musiqisində ladların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri", sənətşünaslıq namizədi, dosent Sürəyya Ağayeva "Üzeyir Hacıbəyli və Azərbaycan muğamlarının səs sistemi məsələsi", sənətşünaslıq namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Elmira Pənahova "Yaxın və Orta Şərqin musiqi sistemlərində lad strukturlarının qarşılıqlı müqayisəsi", Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Ariz Abduləliyev "Şərq xalqlarının musiqisində Bayatı məqamı (makamı): tarixi mifologiyası və paralel strukturları" mövzusunda məruz ediblər.

  

 

Ekspress.- 2010.- 20-22 noyabr.- S. 20.