Milli Teatr Festivalı

 

III mərhələ başlayır

 

Azərbaycanda Milli  Teatr Festivalının növbəti III mərhələsi oktyabrın 11-dən dekabrın 10-dək davam edəcək.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun məlumatına görə, festivalda Bakı Sumqayıt şəhərlərində 200 nəfərdən ibarət yaradıcı kollektivin iştirakı nəzərdə tutulub. Bu müddətdə Bakı Sumqayıt şəhərlərində Qax Gürcü Dram Teatrı, "Yuğ" Teatrı, Pantomim Teatrı, Qazax Dram Teatrı, İrəvan-Azərbaycan Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının çıxışları planlaşdırılıb.

Qeyd edək ki, 2010-cu il fevralın 22-də start götürmüş Milli Teatr Festivalının birinci mərhələsində 6 teatr, ikinci mərhələsində isə 11 teatr iştirak edib. Tamaşalar Bakının müxtəlıf teatrlarında, Azərbaycan Teatr Xadimləri İttifaqının Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılıb.

Dövlət  Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib.

 

 

AYXAN

 

Ekspress.- 2010.- 8 oktyabr.- S. 23.