Tariximizin şanlı səhifəsiAzərbaycan paytaxtının işğaldan azad olunmasından 92 il ötdü

 

Bakı şəhərinin işğaldan azad olunmasından 92 il ötür.

 

Anadoludan yola çıxan Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bununla həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm ermənilərin bolşeviklərin Bakı ətraf rayonlardakı ağalığına son qoyulub.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Azərbaycanın dövlət müstəqilliyini Bakısız təsəvvür etmək mümkünsüz idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə Osmanlı Türkiyəsi özü çox ağır durumda olmasına baxmayaraq, qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Türkiyənin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etirazlarına baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Osmanlı türkləri xilaskarlıq missiyasını uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı. Qəhrəman Türk əsgərlərinin şücaəti qanı bahasına Bakı digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının bolşeviklərin Bakıda Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara özbaşınalığa son qoyuldu.

Möhtəşəm tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir.

Son iki gündə Bakıdakı Türk Şəhidliyi müxtəlif diplomatik korpus nümayəndələri, hərbçilər, ictimai-siyasi təşkilatlar, ayrı-ayrı vətəndaşlar tərəfindən ziyarət olunub. Dünən AXCP Müsavat Partiyasının fəalları da Şəhidlər Xiyabanına baş çəkiblər. Onlar Azərbaycan Türk şəhidlərinin məzarlarını ziyarət ediblər.

 

  

A.CAMAL

 

Ekspress.- 2010.- 16 sentyabr.- S. 10.